Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elektron ticarətin qarşısı alınır



Ekspertlərsə, hökumətin bu qərarını yanlış addım hesab edirlər


İnternet vasitəsi ilə həyata keçirilən alış-verişə, yəni elektron ticarətə ölkədə vergi tətbiq edilməsi yenidən aktuallaşıb. Yanvarın 9-da gömrükdə yaşanan problem bir neçə gündür ki, yenidən təkrarlanıb. 

PİA.AZ “Qafqazinfo”-a istinadən xəbər verir ki, yanvarın 22-dən etibarən hava limanında fəaliyyət göstərən gömrük xidməti ölkəyə gətirilən telefon və planşetləri saxlayıb. Telefon və ya planşetlərin şəxsi istifadə, yaxud satış məqsədi ilə sifariş edildiyi yoxlanılır. 

Bu müddət ərzində müştərilərə malların buraxılmaması ilə bağlı hər hansı məlumat verilməyib. Mallar xaricdən ölkəyə daxil olub, amma gömrük onları Poçt Xidmətinə təhvil vermir. “Azərekspresspoçt”un rəis müavini Ağakazım Məmmədov bu məlumatı təsdiqləyib. Və bunun səbəbi ilə bağlı yalnız Gömrük İdarəsinin açıqlama verə biləcəyini deyib.

Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev isə məsələ ilə bağlı jurnalistlərə açıqlamasında bildirib ki, bəzi işbazlar elektron ticarətdən vergidən yayınmaq üçün istifadə edirlər: “Ötən ilin dekabr ayında MDB ölkələrinin gömrük xidmətləri rəhbərlərinin şurasının sonuncu iclasında da Rusiya Gömrük Xidmətinin təşəbbüsü ilə artıq bu problem arayış olaraq hazırlanıb. Arayışda bu ticarət növünün bir problem olaraq ərsəyə gəlməsi, vergilərdən yayınması, müəyyən razılıq və lisenziyanın, qeydiyyat tələb olunan malların idxalı ilə bağlı və sair problem yaratdığı qeyd edilib. Azərbaycanda da mobil telefonlar idxal olunarkən müəyyən qeydiyyatdan keçməlidirlər. Buna görə də bu tip elektron ticarət qanun-qaydanın riayət olunmasında müəyyən problemlər yaradır. Bizim borcumuzdur ki, ölkədə qoyulan qanunun riayət olunmasını təmin edək”.

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev son olaraq bildirib ki, internet ticarəti nəinki Azərbaycanda, hətta artıq bütün dünyada müəyyən problemə çevrilib: “Bu ticarət artıq asan vasitəyə çevrilib. Bundan eyni zamanda vergilərdən yayınmaq üçün müəyyən “işbazlar” da istifadə edirlər”. 

Qısası, bütün açıqlamalar ona işarə edir ki, elektron ticarət vergiyə cəld ediləcək və hökumət bunda qərarlıdır.

İnternet vasitəsilə sifariş olunan malların gömrükdə saxlanılması ilə bağlı bu günlərdə Musavat.com-a bir neçə şikayət daxil olub. Şikayətçilər malların gömrükdə saxlanılmasının qanunsuz olmasından və mallarını keçirə bilməməkdən şikayətləniblər. Bəzi ekspertlər isə bildirirlər ki, artıq bu sahənin monopoliyaya alınma ehtimalı var və bir səbəb isə ölkəyə daxil olan nisbətən ucuz malların qarşısını almaqdır.

Ekspert Samir Əliyev məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, elektron ticarət hər il artsa da, ümumilikdə dövriyyəsi çox azdır. 2014-cü ildə istehlak məqsədli pərakəndə ticarət dövriyyəsi 22 milyard manat olduğu halda elektron ticarətin cüzidir. 

Rəsmi məlumatlara görə, Azərbaycanda 2014-cü ildə elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 6,4 milyon manat olub. Bu, 2013-cü ilə nisbətən 2,4 dəfə çoxdur. Elektron ticarət dövriyyəsinin 94,6 faizini qeyri-ərzaq malları təşkil edir. Onlayn rejimində alınan malların 91,3 faizi hüquqi şəxslərin, 8,7 faizi isə fərdi sahibkarların mallarıdır: “Məsələ onda  ibarətdir ki, Azərbaycanda elektron ticarət hələ də lazımi səviyyədə inkişaf etməyib. Onun payı ümumi ticarət dövriyyəsində çox cüzidir. Yəni inkişaf etmiş ölkələrdə normal elektron ticarət böyük bir çəkiyə malikdir. Hökumətlər həmin dövriyyədən vəsait əldə etmək üçün bu sahəni hansısa formada vergiyə cəlb etmək barədə düşünürlər. Xüsusən də liberal iqtisadiyyata malik ölkələr, elektron ticarəti hər hansı vergiyə cəlb etməkdən çəkinirlər. Ancaq Azərbaycanda bunu böyük bir paya malik olmadan vergiyə cəlb etməklə, bizdə elektron ticarətdə problemlər yarada bilərlər. Onsuz da dövriyyə böyük deyil ki, aid olan gəlir dövlət büdcəsi üçün əhəmiyyətli məbləğdə vəsait olsun. Vergiyə cəlb edilməni pis atılmış addım hesab edirəm. Yəni gələcəkdə müəyyən bir artımdan sonra onların vergiyə cəlb edilməsini düşünmək olar. İndiki halda bunu məqsədəuyğun hesab etmirəm”.

Qeyd edək ki, elektron ticarətin (e-ticarət) vergi nəzarətinə götürüləcəyi ilə bağlı Vergilər Nazirliyinin bir neçə dəfə açıqlaması olub. Və bildirilib ki, elektron ticarətdə vergi nəzarətinin təkmilləşdirilməsi vacib məsələlərdən biridir. Ancaq ölkədə internet vasitəsilə edilən alış-verişi vergiyə cəlb etmə mexanizmi mövcud deyil. 

Ümumiyyətlə, e-ticarətin vergiyə cəlb edilməsində texniki problemlər mövcuddur və kifayət qədər mürəkkəb bir mexanizmdir. Bəzi dövlətlər e-ticarətin vergiyə cəlb edilməsi üçün yeni metodların tətbiq edilməsini təklif edirlər. 

Azərbaycanda isə elektron ticarətin inkişafı olduqca zəifdir. Ekspertlər bildirirlər ki, indiki dövrdə ona vergi tətbiq etmək, mövcud bazarın daha da “kölgə”yə düşməsinə, inkişafın zəifləməsinə gətirib çıxara bilər. 

Həmçinin bildirilir ki, hökumət əslində bu bazarın, həm də nağdsız hesabların inkişafı üçün tədbirlər görməli və stimul yaratmalıdır. Xüsusilə də daxili bazarda e-ticarətin imkanları olduqca aşağıdır, alış-veriş daha çox xarici ölkələrlə aparılır. Səbəb də daxili ticarətçilərə inamın azlığıdır. 

Həmçinin ekspertlərə görə, bu cür ticarətin üstün cəhətlərindən biri də “kölgə” iqtisadiyyatının azaldılmasında mühüm rol oynamasıdır. Bunun vətəndaşlar üçün əhəmiyyəti isə əlavə vaxt və pul itkisinin qarşısının alınmasıdır. 


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar