Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ələt-Astara yolunda hərəkət 10 günlüyə məhdudlaşdı


Ötən gecə Ələt-Astara avtomobil yolunun 72-ci kilometrliyində, Mil-Muğan kollektorunun üzərində yerləşən avtomobil körpüsü normadan artıq yüklənmiş ağır tonnajlı maşının keçidindən sonra qəzalı vəziyyətə düşüb.


Virtualaz.org saytı xəbər verir ki, qəza nəticəsində 90 metr uzunluğu olan körpünün hərəkət zolaqlarından biri təmirə dayandırılıb. Bu üzdən avtomobillərin hərəkətində məhdudiyyətlər yaranıb. Körpünün sıradan çıxmış 4 tirinin bərpasına isə 10 günə yaxın vaxt lazım olacağı bildirilir.

Bərpa işlərini Azərbaycanda ən böyük körpü inşaatçısı olan “EVROSCON” şirkəti həyata keçirəcək. Artıq şirkətin mütəxəssisləri hadisə yerinə gələrək “Azəryolservis” ASC-nin nümayəndələri ilə birgə qəzalı vəziyyətə düşmüş körpüyə baxış keçiriblər. Qəzanın nəticələrinin qısa müddətdə aradan qaldırılması üçün müvafiq rəy hazırlanıb.

Qeyd edək ki, hazırda yeni çəkilən Ələt-Astara avtomobil yolunun tikintisini və həmin yolun üzərində inşası başa çatdırılmaqda olan körpünün tikintisini də “EVROSCON” şirkəti həyata keçirir.

pia.az



Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar