Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli Abbasovun etmədiyini Ramin Quluzadə edəcək? - Foto, Video


Azərbaycanda mobil telefonlara "Facebook" üzərindən virus yayılması halları aşkarlanıb

 
 Bu barədə “Report”a yerli mobil operator istifadəçilərindən biri məlumat verib.

Məlumata görə, "Facebook" istifadəçiləri bu sosial şəbəkədə Türkiyə türkcəsində yayımlanan “İş makinesi kuleyi arabanın üstünə yıkıyor”, “Kadın erkeklere şaka yaparken kötü sonuçlandı” və s. başlıqlı videoları klik edərkən həmin videoların açılması əvəzinə “hitvideos.pw” saytına yönləndirilirlər. Virus linkə keçid aldıqdan sonra abunəçilərdə çaşqınlıq yaradaraq "videonu izləmək" üçün "Play" düyməsinə basmaq təklif olunur. "Play" düyməsini basdıqdan sonra isə istifadəçinin balansından avtomatik olaraq 0.59 manat çıxır və bu məbləğin gündəlik çıxılacağı haqqında bildiriş mesaji gəlir. Sonradan abunəçiyə həmin xidmətdən imtina etməyin qaydasının yer aldığı SMS gəlir.

Virus yayılan videoların mobil operatorlar üçün “Navigator Mobile Services” (NMS) şirkəti ilə əlaqəsi olması müəyyənləşdirilib, məhz bu şirkət istfadəçilərdən pul silir.

Qeyd edək ki, bundan əvvəl də yerli mobil operator istifadəçiləri telefondan bəzi xəbər saytlarına keçid edərkən “hot-ero.net” saytına yönləndirildiklərini bildiriblər. Məlumata əsasən, virus telefon istifadəçilərini çaşqınlığa salaraq "EROTUBE 18+" nümayiş etdirib - "Play" basandan sonra pul silinərək video yerinə erotik foto təqdim olunurdu. Sonradan abunəçiyə həmin xidmətdən imtina etməyin qaydasının yer aldığı SMS gəlir. Bildirilirdi ki, eyni cür virus, həmçinin wap.edugate.az saytına keçidi də təmin edir.

Araşdırma nəticəsində virus yayılan xidmətin mobil operatorlar üçün “Navigator Mobile Services” (NMS) şirkəti tərəfindən təqdim olunduğu müəyyənləşib. Şirkət ölkədə fəaliyyət göstərən mobil operatorla əməkdaşlıq edir və bu cür keçidlər istənilən smartfondan baş verir. 

Xatırladaq ki, daha əvvəl yayılmış xəbərlərə görə, eyni tipli viruslar "WhatsApp" vasitəsi ilə də yayılırdı və onu da məhz NMS şirkəti təqdim edirdi. Məsələ ilə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi bəyanat yayaraq, Azərbaycanın “WhatsApp” istifadəçilərinə xarici ölkələrə məxsus saxta "WhatsApp" hesablarından fırıldaqçı mesajlar gəldiyi haqqında məlumat vermişdi. Bayanatda qeyd olunurdu ki, “Göndərilən mesajlarda “WhatsApp Ekran görüntüləri və Smayllar Yeniləməsi sizin telefon nömrəniz +994XXXXXXXXX üçün mövcuddur. İndi yeniləyin!” tipli cümlələr və “Bu mətnə klikləyin” tipli məzmunlar öz əksini tapırdı. 

Qısa yoxlamadan sonra NMS şirkətinin saytının və həmin virus xarakterli videolar yayan saytların sahiblərinin eyni şəxslər - Aslan Hacıyev və Anar Hacıyevin olduğu müəyyənləşib.






Aslan Hacıyev və Anar Hacıyev qardaşlarının vətəndaşların cibinə girən fəaliyyəti barədə mətbuatda dəfələrlə yazılıb. Təəssüf ki, keçmiş nazir Əli Abbasovun dövründə Rabitə və Yüksək Texnologiyalar Nazirliyini bu qanunsuz fəaliyyətin qarşısını almaq üçün heç bir addım atmadı. Bununla da, həmin şəxslərin məhz müəyyən dairələr tərəfindən himayə olunduğunu, qanunsuz əməllərinə qəsdən göz yumulduğunu göstərmiş oldu.

Artıq rabitə və yüksək texnologiyalar naziri dəyişib, nazirliyin sturukturunda ciddi dəyişikliklə olub. Bəs görəsən ölkə əhalisinin sosial-iqtisadi vəziyyətinin ağır olduğu vaxtda yeni nazir Ramin Quluzadə insanların cibindən oğurluq edən bu şəxslərin qanunsuz fəaliyyətinə son qoymaq üçün niyə hər hansı bir addım atmır? İnanırıq ki, yeni nazir qanunsuz əməllərə son qoymaq üçün ən qısa zamanda konkret addımlar 
atacaq.



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar