Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli Həsənov Heydər Əliyevə həsr olunan sərgidə


Bu gün Bakıda Türkiyənin Anadolu Agentliyi, Yunus Əmrə Türk Kültür Mərkəzi və Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTac) birgə təşkilatçılığı ilə Heydər Əliyevin vəfatının 11-ci ildönümü ilə bağlı foto-sərgi təşkil edilib


Sərgidə Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, AzərTAc-ın baş direktoru Aslan Aslanov, TRT-nin baş direktoru Şenol Göka, Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndəsi Meral Barlas və digər şəxslər iştirak ediblər.
 
Sərginin açılışında çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov rəsm sərgisinin təşkilatçılarına minnətdarlığını bildirib.
 
O deyib ki, Heydər Əliyev aramızda olmasa da, onun ideyaları, həyata keçirdiyi siyasət uğurla davam etdirilir: “Bu gün yaşadığımız və fəaliyyət göstərdiyimiz müstəqil Azərbaycan dövləti ulu öndərin ideyalarının əbədiliyini nümayiş etdirir. Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində özünün əbədi yerini tutub. Biz yaşadıqca, Azərbaycan xalqı yaşadıqca, bu yer bizim qəlbimizdə əbədi yaşayacaq”.
 
TRT-nin baş direktoru Şenol Göka, Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndəsi Meral Barlas çıxışlarında Heydər Əliyevin gördüyü işlərdən danışıblar. Onlar Azərbaycan və Türkiyə arasında əməkdaşlığın möhkəmləndirilməsində Heydər Əliyevin xidmətlərini xüsusi vurğulayıblar.
 
Sonda Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan rəsmlər nümayiş olunub.(publika.az)

pia.az





Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar