Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli Həsənov Qərbə sərt mesaj verdi


Avropa Parlamentindən nə isə yaxşı bir şey gözləmək cəfəngiyyatdır


Avropa Parlamentindən nə isə yaxşı bir şey gözləmək cəfəngiyyatdır.

Ans press-in məlumatına görə, bunu baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycanda rəsmi səfərdə olan İran İslam Respublikasının əmək, kooperasiya və sosial təminat naziri Əli Rəbii ilə Bakıda keçirdiyi birgə mətbuat konfransında Avropa Parlamentin uydurma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qətnamə barədə fikirlərini açıqlayarkən bildirib.

Baş nazirin müavini qeyd edib ki, bu, təzə bir şey deyil və onun qəbul edilməsi təəccüblü də deyil: “Onların qərarının heç bir mənası da yoxdur. Onlardan nə isə yaxşı bir şey gözləmək cəfəngiyyatdır. Mən Türkiyədən olan rəsmi şəxslərlə görüşdə həmişə onlara deyirdim ki, Avropa İttifaqına daxil olmayın. Buna heç cəhd də etməyin. Çünki sizi qəbul etməyəcəklər. Bununla bağlı Roma Papasının çıxışına gəlincə, deyə bilərəm ki, bu, Azərbaycan ictimaiyyəti tərəfindən böyük narazılıqla qarşılanır və Milli Məclisdə də müzakirə olunur”.

Ə.Həsənovun fikrincə, ona görə də Azərbaycan ümumiyyətlə nə Qərbdən, nə Avropadan, nə də Rusiyadan kömək gözləməlidir: “Yalnız dövlətimiz, xalqımız və prezidentimizə güvənin. Mən doğulduğum yeri görməmiş ölmək istəmirəm. Ermənistan tərəfi hələ ki, heç bir nəticə çıxarmır. Çünki oradakı rejim belədir. Orada heç xalq da qalmayıb. Hamı çıxıb gedir”.

O, işğalçı Ermənistana təzyiq göstərilməsi məsələsinin bu gün iranlı nazirlə görüşdə müzakirə olunduğunu da deyib: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabaq münaqişəsi məsələsində İran Azərbaycanın haqq işini dəstəkləyir və dəstəkləyəcək. Bu gün iranlı nazirlə görüşdə də ona bildirdim ki, sizin Ermənistana təzyiq imkanlarınız çoxdur. Bundan istifadə edib təzyiq göstərin”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Ən çox oxunanalar