Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli Həsənov konstitusiyaya dəyişikliklərdən danışdı


Azərbaycan Konstitusiyasına dəyişikliklərin edilməsi zərurəti son 7 il ərzində ölkənin ictimai-siyasi, ictimai-iqtisadi və mədəni həyatında baş verən köklü dəyişikliklər, eləcə də region və dünyada baş verən siyasi və iqtisadi proseslərlə əlaqədar yaranıb


Report xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.
 
O xatırladıb ki, Azərbaycan Respublikasının qüvvədə olan Konstitusiyası 1995-ci ildə qəbul edilib, 2002 və 2009-cu illərdə Konstitusiyaya dəyişikliklərin edilməsi ilə bağlı referendumlar keçirilib.
 
"Prezident tərəfindən təklif olunan Referendum Aktında Konstitusiyanın 23-cü maddəsinə dəyişikliklərin edilməsi və 6 yeni maddələrin əlavə olunması nəzərdə tutulub. Dəyişikliklik və əlavələr insan hüquq və azadlıqlarınının müdafiəsini təmin edən əsasların təkmilləşdirilməsini, effektiv dövlət idarəetmə mexanizminin formalaşmasını, aparılan iqtisadi islahatların səmərəliliyini və ardıcıllığını təmin etmək üçün iqtisadi idarəetmə mexanizminin təkmilləşdirilməsini, qanunverici hakimiyyət orqanlarının fəaliyyəti ilə bağlı yeni tələblərin müəyyən edilməsini, dövlət təhlükəsizliyinin əlavə zəmanətlərinin yaradılmasını nəzərdə tutur. Ümumilikdə dəyişikliklər cəmiyyətin müasir inkişaf mərhələsindəki əsas fəaliyyət sahəsini əhatə edir" - Əli Həsənov vurğulayıb.
 
Onun sözlərinə görə, dəyişikliklər Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılmasını nəzərdə tutur:
 
"Yeni idarəetmə institutu müasir çağırışlara prezident idarəetmə formasının adekvatlığını təmin edəcək və forsmajor vəziyyətlərdə dövlət idarəetmə mexanizminin optimal funksionallığı üçün şərait yaradacaq. Dəyişikliklər ölkədə indi uğurla həyata keçirilən iqtisadi islahatların əhatə sahəsini genişləndirməyə xidmət edir. Yeni institutun formalaşması ilə həmçinin Azərbaycan Prezidentinin səlahiyyətlərinin icra olunması mexanizmi də dəqiqləşir və dövlət idarəetməsi mümkün risklərdən sığorta olunur".  

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar