Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli İnsanov Arif Hacılıya təbrik göndərdi


Həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanov müxalif Müsavat Partiyasının yeni seçilmiş başqanı Arif Hacılını təbrik edib


Vəkil Toğrul Babayev İnsanovun təbrik məktubunu "Turan"a təqdim edib.

“Hörmətli Arif bəy, Sizi demoktratik yolla Müsavat Partiyasının başqanı seçilməyiniz münasibəti ilə ürəkdən təbrik edirəm. Sizə gələcək siyasi fəaliyyətinizdə uğurlar arzulayıram”, - deyə təbrikdə qeyd edilir.

Xatırladaq ki. Əli İnsanov 2005-ci ilin oktyabrında parlament seçkiləri qabağı dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilib. Sonradan ittiham dəyişdirilərək iqtisadi cinayətlərlə əvəz olunub. O, 11 il müddətinə azadlıqdan məhrum edilib.

2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Ə.İnsanovun İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi (işgəncələrin qadağan edilməsi) və 6-cı maddəsi (ədalətli məhkəmə çəkişməsi hüququ) ilə zəmanət verilmiş hüquqlarının pozulmasını tanıyıb və ona 10 min avro həcmində kompensasiyanın verilməsi haqda qərar çıxarıb.

AİHM-nin qərarının icrası ilə əlaqədar Azərbaycan Ali Məhkəməsinin Plenumu 2013-cü il noyabrın 15-də işi təkrar baxılmaq üçün Bakı Apelyasiya Məhkəməsinə göndərib. Bakı Apelyasiya Məhkəməsi isə İnsanovu həbsdə saxlayıb.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar