Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli İnsanov məhkəməyə məktub göndərdi


Keçmiş səhiyyə naziri Əli İnsanovun daha 7 il azadlıqdan məhrum edilməsi haqda hökmü qüvvədə saxlayan Ali Məhkəmənin bu qərarı verməsindən bir aydan çox vaxt keçib


 Amma qərar hələ də Ə.İnsanova təqdim olunmayıb.

 Sabiq nazir bununla əlaqədar fevralın 19-da Ali Məhkəmənin sədri Ramiz Rzayevə məktub göndərib.

Ə.İnsanov məktubunda yazır ki, Azərbaycan məhkəmələri saxta və qurama ittihamla onu 7 il 5 gün azadlıqdan məhrum edib:

«Bu işlə bağlı Ali Məhkəməyə şikayətimi hakim Fərhad Kərimov heç bir səbəb olmadan 7 ay süründürdü. Sonda da saxta və qurama ittiham əsasında çıxarılmış hökmü qüvvədə saxladı. Ali Məhkəmənin qərarı bu günə qədər mənə verilməyib. Hesab edirəm ki, bu qanunsuz hərəkətlər Avropa Məhkəməsinə şikayət göndərməyimi yubatmaq məqsədi güdür».

Xatırlatma

Əli İnsanov 2005-ci il oktyabrın 19-da dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Amma sonradan cinayət işi vəzifə cinayətlərinə dair ittihamlarla məhkəməyə gedib və ona 11 il həbs cəzası kəsilib.

Həbs müddətinin bitməsinə iki ay qalmış – 2016-cı ilin avqustunda ona yeni cinayət işi açılıb. Keçmiş nazirə CM-in 234.1-ci (narkotik və ya psixotrop maddələr əldəetmə, saxlama), 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiqetmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması) maddələri ilə ittiham irəli sürülüb. Kamerada psixotrop tərkibli dərman saxlamaqda, Penitensiar Xidmətin əməkdaşını vurub ona kəllə-beyin travması yetirməkdə suçlanan 70 yaşlı sabiq nazir 2017-ci il aprelin 26-da 7 il azadlıqdan məhrum edilib. İyunun 22-də Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. Yanvarın 16-da isə Ali Məhkəmədə bu məsələyə baxılıb və qərar qüvvədə saxlanılıb.(AzadlıqRadiosu)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Aktyor Azər Baxşəliyev: “Böyrək problemim var, donor tapılsa...” - Video

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Ən çox oxunanalar