Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli İnsanov və İlqar Məmmədovla bağlı qərar nə olacaq?


Toğrul Babayev: “İyun ayından Əli İnsanov şikayət verib, lakin...”


Noyabrın 14-də sabiq səhiyyə naziri Əli İnsanovun Ali Məhkəmədə hökmdən verdiyi kassasiya şikayətinə baxılıb. Hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən iclasda sabiq nazir özünün istəyi ilə iştirak etməyib.

Dövlət ittihamçısı Rizvan Şəmmədov vəsatət qaldırıb. O, icraatında çox iş olduğunu, cinayət materialları ilə tanış olmadığını bildirib. Dövlət ittihamçısının vəsatəti təmin edilib. Məhkəmə prosesi qeyri-müəyyən günədək təxirə salınıb.

Sabiq nazirin digər vəkili Toğrul Babayev “Yeni Müsavat”a bunları dedi: “Məhkəmə dövlət ittihamçısının xahişi əsasında onun vəsatətini təmin etdi. Müdafiə tərəfi olaraq buna etiraz edib bildirdik ki, cinayət işi materialları dedikdə çox da böyük həcmli cinayət işi yoxdur. Etirazlarımıza baxmayaraq, məhkəmə prosesini təxirə saldı. Biz növbəti məhkəmə prosesinin vaxtı ilə bağlı iştirakçılara məlumat verilməməsinə də etiraz etdik. Lakin məhkəməyə sədrik edən bildirdi ki, tərəflərə məhkəmə barədə bildirişlər göndəriləcək. Avropa Konvensiyasının tələblərində göstərilir ki, hər hansı bir işə ağlabatan müddətdə baxılmalıdır. İyun ayından Əli İnsanov şikayət verib, lakin bu vaxta qədər bu işə hələ də baxılmır. İşin dərinliyini bilmədiyim üçün prosesin nə üçün qeyri-müəyyən müddətə təxirə salınması ilə bağlı nəsə deyə bilmərəm. Sadəcə, onu bildirə bilərik ki, bu, düzgün deyil”.

Image result for İlqar Məmmədov

Noyabrın 16-da Avropa İnsan Hüquqları Məhkəməsi REAL hərəkatının həbsdəki sədri İlqar Məmmədovun ikinci ərizəsi üzrə qərarını elan edəcək. İkinci ərizə cinayət işinə baxan Şəki Ağır Cinayətlər və Apelyasiya məhkəmələrində, Ali Məhkəmədə İlqar Məmmədovun hüquqlarının pozulması ilə bağlıdır.

Qeyd edək ki, Avropa Şurası Nazirlər Komitəsinin İ.Məmmədovla bağlı Azərbaycan hakimiyyətinə verdiyi möhlət bu ayın 29-da bitir. Həmin vaxta qədər vicdan məhbusu ilə bağlı məsələ həllini tapmasa, Nazirlər Komitəsi dekabrın 5-də Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcək. Burada isə Azərbaycanın Avropa Şurasından çıxarılması məsələsi bir daha gündəmə gələ bilər.

REAL-ın idarə heyətinin üzvü Azər Qasımlı ayın sonuna qədər gözləntilərinin olduğunu söylədi: “Gözləntilərimiz ciddidir, həqiqətən də noyabrın 29-na qədər İlqar Məmmədov azadlığa çıxa bilər. Avropa Şurası Nazirlər Komitəsinin  sonuncu qərar ondan ibarətdir ki, dekabrın 5-nə qədər İlqar Məmmədov azad olunmasa, Azərbaycanın Avropa Şurasından çıxarılması məsələsi Avropa İnsan Haqları Məhkəməsinə göndəriləcək, sonra da məhkəmənin qərarı gözləniləcək. Noyabrın 16-da qərar verəcək Avropa İnsan Haqları Məhkəməsinə Nazirlər Komitəsinin müraciətini nəzərə alsaq, qurumun Azərbaycanla bağlı verə biləcəyi qərar tezləşə bilər”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar