Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli Kərimlinin apellyasiya şikayəti təmin edilmədi

Bu gün Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və həmin partiyanın sədri Əli Kərimlinin AXCP-nin qurultayının nəticələrinin tanınmaması ilə bağlı məhkəmə qərarından verdiyi apellyasiya şikayətinə baxılıb


"Report”un məlumayına görə, hakim Sərvət Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib

Qeyd edək ki, 2015-ci il sentyabrın 27-də AXCP-nin qurultayı keçirilib. Açıq səsvermə ilə Ə.Kərimli sədr seçilib. Qurultayın nəticələrinin dövlət reyestrinə daxil edilməsi üçün sənədlər Ədliyyə Nazirliyinə təqdim olunsa da, nazirlik məhkəməyə müraciət etməyi tövsiyə edib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianın mümkün sayılmaması barədə qərardad çıxarıb. AXCP və Ə.Kərimli həmin qərardaddan apellyasiya şikayəti verib.

Xatırladaq ki, Ədliyyə Nazirliyi eyni qərarı Razi Nurullayevlə də bağlı verib. Nazirlik R.Nurullayevin rəhbərlik etdiyi AXCP-nin oktyabrın 18-də keçirdiyi etimad qurultayının nəticələrini tanımayıb. O, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etsə də, iddia icraata götürülməyib. R.Nurullayev Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Lakin məhkəmə R.Nurullayevin müraciətini təmin etməyib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar