Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əliyev Ərdoğandan nə istəyəcək?


“Ərdoğanın seçildikdən dərhal sonra Azərbaycana gəlməsi ibrətamiz bir hərəkətdir”

 
Bu barədə Axar.az-a politoloq Qabil Hüseynli Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana edəcəyi səfəri şərh edərkən söyləyib.
 
O, Əliyevlə Ərdoğanın gizli qapılar arxasında hərbi əməkdaşlıq haqqında müqaviləni müzakirə edəcəklərini bildirib:
 
“Bu o deməkdir ki, hər iki ölkə bir-birinə kifayət qədər əhəmiyyət verir. Bunun protokol mahiyyəti budur. Amma Dağlıq Qarabağ məsələsində biz Türkiyədən daha çox dəstək gözləyirik. Bu dəstək təkcə diplomatik və siyasi formada olmamalıdır. Biz uzun müddətdir istəyirik ki, Bakıyla Ankara arasında hərbi əməkdaşlıq haqqında müqavilə imzalansın. Amma təəssüf ki, Türkiyə bununla bağlı konkret cavab vermir və məsələni ləngitməklə məşğul olur. Azərbaycanın Türkiyə ilə bağlı digər təkliflərindən biri də Naxçıvan olacaq. Qars müqaviləsinə görə, Naxçıvanın təhlükəsizliyinə zəmanət verənlərdən biri də Türkiyədir. Bu müqaviləyə görə, Naxçıvana edilən hücum Türkiyəyə hücum kimi dəyərləndirilir. Ona görə də Azərbaycan Türkiyədən Naxçıvanda hərbi bazasının yaradılmasını istəyir. Hətta bu istiqamətdə də təkliflər var. Amma Ankara yenə də bu məsələni ləngidir. Türkiyə açıq-aşkar RusiyaErmənistanla qarşıdurmadan qaçır. 2015-ci ildə Türkiyə ermənilər və Ermənistanla bağlı xüsusi bir siyasət yeritməyi nəzərdə tutur. Bunun ip uclarını artıq onlar öz mətbuatlarında veriblər. Erməni və rus adı olan yerdə Ankara qarşıdurmaya getməkdən boyun qaçırır. Türkiyə regional güc olmaq istəyirsə, sərt siyasət yürütməyi bacarmalı və rusların maraqları ilə qarşı-qarşıya gəlməlidir. Gizli qapılar arxasında Türkiyəyə satılan qaz məsələsində də fikir mübadiləsi olacaq. Bu məsələdə də müəyyən bir disbalans var. Bu da ondan ibarətdir ki, Türkiyə İranRusiyadan qazı 300 dollara aldığı halda Bakıya 120 dollar ödəyir. Azərbaycan bu disbalansın aradan qaldırılmasını istəyəcək”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar