Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elman Abdullayevdən səfir təyin edilməsinə münasibət


Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Elman Abdullayev Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi barədə danışıb


O, Aktual.az-a açıqlamasında bildirib ki, belə bir mühüm vəzifəyə etimad göstərildiyinə görə, ölkə başçısına minnətdardır: “Belə bir etimad göstərilən hər bir diplomat üçün dövlətimizi və başda cənab prezident olmaqla təmsil etmək, böyük bir şərəfdir. Qeyd etmək istəyirəm ki, indi ölkəmizin xarici siyasəti genişlənməkdədir və Azərbaycanda çoxşaxəli xarici siyasətin əsasında həm ikitərəfli münasibətlərin genişlənməsi, həm də eyni zamanda beynəlxalq təşkilatlarda mövqeylərinin möhkəmlənməsi və nüfuzunun artırılması durur".

E.Abdullayevin sözlərinə görə, Afrikada olarkən həm Efiopiya ilə ikitərəfli münasibətlərin inkişafı, həm də eyni zamanda Azərbaycanın Afrika münasibətrinin inkişafı istiqamətində işlər aparılacaqdır: “Təbii ki, bu gün Afrika Qitəsi Azərbaycan üçün vacibdir, çünki Azərbaycanın beynəlxalq təşkilatlarda günbəgün nüfuzu artmaqdadır və Azərbaycan bu təşkilatlarda fəaliyyətini genişləndirməkdə maraqlıdır”.

XİN-in mətbuat xidmətinin sabiq rəhbəri həmçinin bildirib ki, Afrika Qitəsinə səfərinin tarixi dəqiq deyil: “Səfirlik yeni yarandığı üçün ilk mərhələdə müəyyən texniki məqamlar var onları həll edəndən sonra yeni vəzifədə fəaliyyətimə başlayacam”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Ən çox oxunanalar