Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elman Rüstəmov ABŞ mediasının gündəmindən düşmür


18 milyonluq korrupsiya sövdələşməsi Elman Rüstəmovu bitirə bilər ; ABŞ mediası bu cinayətin detallarını araşdırır...


“Bu korrupsiya razılaşması çərçivəsində əvvəlcə Azərbaycan məmurlarına, daha sonra Suriya Mərkəzi Bankına offşor hesablar vasitəsilə 18 milyon dollar göndərilib“

 “Mənə deyirdilər ki, narahat olmayım, çünki bizim arxamızda Mərkəzi Bank kimi güclü institut dayanıb”

Bakıda Raluka Tanaseskuya rüşvət verməli olduğu vəzifəli şəxslərin siyahısı verilib”

Avstriya məhkəməsinda Azərbaycan rəsmilərinin də ad keçən rüşvət qalmaqalına dair prosesin uzanması dünya mediasının da bu məsləyə diqqətini artırıb. Söhbət manatın çapı üçün Avstriya şirkətilə bağlanmış müqavilənin 20 faizinin Azərbaycan hökumətinə rüşvət şəklində qaytarılmasına dair qalmaqaldan gedir. Bir müddət bundan əvvəl ABŞ-ın nüfuzlu “Bloomberg”in saytının bu mövzuda yayımladığı geniş məqaləni dünən dünyaca nüfuzlu “The Washington Post” yenidən tirajlayıb.

Qeyd edək ki, artıq xeyli müddətdir Avstriya Mərkəzi Bankının “Oesterreichische Banknoten-und Sicherheitsdruck GmbH” (OeBS) adlı törəmə şirkətinin AzərbaycanSuriya üçün pul əskinaslarının çapına dair bu ölkələrdə müqavilələr bağlamaq üçün həmin dövlətlərin mərkəzi bank rəhbərlərinə rüşvət verilməsi ilə bağlı cinayət işi üzrə Vyanada məhkəmə prosesi gedir.

Bu cinayət işində Azərbaycan Mərkəzi Bankının rəhbəri Elman Rüstəmovun da adı keçir. Hətta məhkəmə prosesində Elman Rüstəmovun da dindirilməsi gündəmə gəlib. Avqustun 5-də keçirilən prosesdə baş bankirin videokonfrans vasitəsilə dindirilməsi nəzərdə tutulmuşdu. Lakin bu baş tutmayıb. Bundan sonra məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət olunacağı da bəyan edilib. Bir qədər əvvəl Avstriyanın xarici işlər naziri Sebastyan Kurtsun Azərbaycana səfəri zamanı həmkarı Elmar Məmmədyarovla Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun Vyanada keçirilən “rüşvət məhkəməsi”ndə dindirilməsi məsələsinin də ciddi müzakirə edildiyi bildirilir.

1qqBu məsələnin dünyanın nüfüzlu media orqanlarənın güdəmindən düşməməsinin Elman Rüstəmov üçün heç də yaxşı perüspektiv vəd etmədiyini deyə bilərik.

Nəzərə alsaq ki, sabah ABŞ Konqresinin Helsinki Komissiyasında Azərbaycana dair dinləmələr keçiriləcək, bu ərəfədə belə bir materialın yenidən, özü də belə bir nüfuzlu media orqanında yayımlanmasının təsadüf olmadığını söyləyə bilərik. İstisna deyil ki, “The Washington Post” müvafiq dairələrin diqqətini Azərbaycan hökumətinin korrupsiyaəməllərinə yönəltmək istəyir. Müəlliflər Kit Chellel və Alexander Weberin hazırladığı birgə məqalə “Avstriyadakı valyuta qalmaqalı pul çapında qaranlıq məsələlərə işıq saldı” sərlövhəsi ilə verilib. Həmin məqaləni təqdim edirik:

30 milyona yaxın banknot Bakıya uçacaq təyyarəyə yükləndi…

0ff2005-ci ilin dekabr günlərindən birində, dan yerinin sökülməsinə bir-iki saat qalmış Avstriya Mərkəzi bankının mavi xalatlı işçiləri 30 milyona yaxın banknotu taxta paletlərin üstünə döşəməyə başladılar. Onlar Azərbaycan valyutası olan manat əskinaslarını, bu yükdən xəbərdar olanların dediklərinə görə, 38 tonluq maşınlara yükləyirdilər. Nömrəsiz BMW avtomobillərində polislərin müşayiət etdiyi bu karvan Vyananın çoxəsrlik tarixi olan kilsələrinin və Habsburq saraylarının yanından ötərək Slovakiya sərhədini keçdi və Bratislava aeroportuna gəldi. Burada sıx bürünmüş paletlər Azərbaycanın Xəzər dənizi sahillərində yerləşən paytaxtı Bakıya uçacaq təyyarəyə yükləndi…

Bu, ilk baxışdan adi bir beynəlxalq müqavilə çərçivəsində həyata keçirilmiş pul çapı idi. Lakin avstriyalı prokurorlar deyir ki, bu əslində, Avstriya Mərkəzi Bankının vəzifəli şəxslərinin azərbaycanlı həmkarları ilə korrupsiya razılaşmasının tərkib hissəsi idi.

Bu ilin əvvəlində həmin iş üzrə 9 nəfər məhkəmə qarşısına çıxarılıb. Onlara qarşı rüşvət alma, çirkli pulların yuyulması və digər ittihamlar irəli sürülüb. Təqsirləndirilən şəxslər arasında Avstriya Mərkəzi Bankının törəmə şirkəti olan və pul çapı ilə məşğul olan OeBS-nin rəhbəri də vardı.

Avstriyalı prokurorların sözlərinə görə, bu korrupsiya razılaşması çərçivəsində əvvəlcə Azərbaycan məmurlarına, daha sonra Suriya Mərkəzi Bankına offşor hesablar vasitəsilə 18 milyon dollar göndərilib. Məqsəd isə pul çapı üçün müqavilənin məhz yuxarıda adıçəkilən şirkətlə imzalanması olub.

Oktyabrın 3-də sözügedən 9 nəfərdən 7-si Vyana Cinayət Məhkəməsində məhkum olunub. Təqsirləndirilən şəxslərdən ikisinə isə bəraət verilib. Bəraət alanlardan biri də Avstriya Mərkəzi Bankının sədr müavini, OeBS-nin keçmiş rəhbəri Volfqanq Duçazekdir. Pul çap edən şirkətin rəhbəri Maykl Vulf, eləcə də Yohan Miller isə hökm çıxarılana qədər də təqsirlərini etiraf etmişdilər.

Baklıda vəzifəli şəxsin şərti: “Müqavilədə qiymət 20 faiz artıq göstərilsin”

1baValyuta qalmaqalları hələ eramızdan əvvəl 650-ci ildən, ilk pulu çap etmiş lidiyalıların zamanından vaxtaşırı baş verir. 1278-ci ildə Filip de Kambio adlı bir ingilis funt sikkələrinə normadan artıq mis qatdığı üçün mühakimə edilmiş, asılmış və şaqqalanmışdı.

Almaniya jurnalisti Klaus W.Benderin “Pul bazarları: Əskinas Çapının Məxfi Dünyası” (Moneymakers: The Secret World of Banknote Printing) kitabında oxuyuruq: “1920-ci illərdə fırıldaqçı portuqaliyalı rəssam Artur Virgilio Alves Reis Britaniyanın pul kəsən firmasını özünün ”Banco de Portugal” bankının nümayəndəsi olduğuna inandıra bilmiş və fırıldağın üstü açılanadək şirkət ona bir neçə milyon portuqaliyalı eskudosu vermişdi.

Bu gün əskinas çapı çox böyük biznesdir. Dövlət orqanları və özəl podratçılar hər il 165 min ton pul çap edirlər. Pulların saxtalaşdırılmasının qarşısını almaq üçünən müxtəlif vasitələrdən, o cümlədən xüsusi rənglərdən, holoqramlardan istifadə olunur.

Bir sıra ölkələr özləriəskinas çap edə bilmirlər. Dünyadakıəskinasların təxminən yarısı özəl şirkətlər tərəfindən hazırlanır. Bu sahədə dünyada üç şirkət dominantlıq edir və əskinasların 60 faizinin çapı da onların payına düşür. Bunlar Almaniya, Fransa və Ingiltərə şirkətləridir.

OeBS bu sahədə hələ kiçik oyunçudur. Ammaəvvəlki kimi, ildə Avstriya və avrozonadakı qonşular üçün 600 milyon banknot çap edir. Bu şirkət, hətta uzaq Afrika ölkəsi üçün də pul çap edib.

Duçazek 2003-cü ildə Avstriya Mərkəzi Bankının Direktorlar Şurasının sədri təyin olunandan sonra şirkət Avropadan kənardakı ölkələr üçün də pul çapına çalışıb, amma uğursuzluğa düçar olub.

Cinayət işinin materiallarına görə, 2004-cü ilin sonunda Azərbaycan Mərkəzi Bankı milli valyutanı dəyişmək barədə qərar verib. OeBS-ninəməkdaşı Raluka Tanasesku Azərbaycan üçün pul çapına dair müqaviləni qazanmaq üçün Bakıya gəlib. Danışıqlar zamanı Azərbaycan Mərkəzi Bankının vəzifəli şəxsləri belə bir şərt irəli sürüblər ki, Avstriyada pul çapı üçün nəzərdə tutulmuş məbləğin üzərinə 20 faizəlavə olunsun. Yəni, müqavilədə qiymət 20 faiz artıq göstərilsin. Həmin 20 faiz də sonradan Azərbaycan məmurlarına qaytarılsın.

55 yaşlı Tanasesku ifadəsində göstərib ki, Azərbaycan tərəfinin şərtlərini öz rəhbərlərilə müzakirə edəndən sonra razılıq verib. Güman ki, Azərbaycandakı vəzifəli şəxslər bu yolla rüşvəti maliyyələşdirirlər.
“Bunu da Azərbaycan xalqı ödəməli oldu”, – deyə prokuror Uolkert Sakman bu ilin fevralında məhkəmə prosesininəvvəlində bildirmişdi.

Elman Rüstəmov ittihamlara cavab vermir

7vbİttiham aktında rüşvəti alan tərəf kimi iki nəfərin adı çəkilsə də, onlar məhkəmə prosesinə gəlmədi. Bunlardan biri Azərbaycan Mərkəzi Bankının rəhbəri Elman Rüstəmov, digəri isə onun suriyalı həmkarı Adib Mayale idi. Bunlara Avstriyada cinayət törətməyə görə ittiham elan olunmadı.

62 yaşlı Elman Rüstəmov özünün, eləcə də Azərbaycan Mərkəzi Bankının digərə məkdaşlarının rüşvət alması barədə Vyana məhkəməsində şahidlərin səsləndirdiyi açıq ittihamlara cavab vermədi.
Azərbaycan bankının nümayəndələri “Bloomberg News” saytına da şərh verməkdən imtina ediblər.

59 yaşlı Mayale isə ittihamları təkzib edib. O bildirib ki, Suriyanın əskinas çapına dair Rusiya ilə müqaviləsi var: “Belə olan halda, Avstriyada pul çapı bizim nəyimizə lazımdır?”

Prokurorlar bildirirlər ki, Suriyada vəziyyətin gərginləşməsilə əlaqədar bu ölkə ilə bağlı yeni əskinasların çapına dair proses başa çatmayıb.

Bakıda rüşvət verməli olduğum adamların adlarını çəkməyə qorxuram”

4MMTanasesku hələ məhkəmə prosesi başlamamışdan əvvəl rüşvətxorluq və çirkli pulların yuyulması kimi cinayətlərdə özünü təqsirli bilib. O bildirib ki, Azərbaycanda ona rüşvət verməli olduğu şəxslərin siyahısını təqdim ediblər. Lakin o, siyahıdakı adları açıqlamayıb. Bildirib ki, qorxur və həyatını təhlükə altına atmaq istəmir.

Miller isə ifadəsində göstərib ki, OeBS rüşvət verməsəydi, müqaviləni qazana bilməzdi. Bu da şirkətin gələcəyini sual altına qoya bilərdi. Avstriya Mərkəzi Banki bu şirkəti bağlamaq məsələsini müzakirə edirmiş.
Duçazek məhkəmədə suallara cavab verərkən deyib ki, proses müddətində 20-yə qədər yoxlama aparılıb, amma heç vaxt nöqsan aşkarlanmayıb.

Lakin ittiham tərəfi hesab edir ki, məhz bu yoxlamaların birində milyonlarla dolların offşor şirkətlər vasitəsilə müəyyən ünvanlara ötürülməsi faktı aşkarlanıb. Auditorlar həmin informasiyanı polis və prokurorluq orqanlarına ötürüblər. Məlumata görə, pullar Panama, Livan, Abu-Dabi və Britaniyanın Vircin adalarındakı şirkətlər vasitəsilə ötürülürmüş.

Pivə üçün tonlarla xammal Bakıda kimə göndərilib?

Prokurorluğun məlumatına görə, 2005-ci ildə Azərbaycana rüşvət qismində həm də pivə istehsalı üçün zəruri olan yüz tonlarla xammal göndərilib. Lakin həmin malın kimə çatdırıldığı və ondan necə istifadə olunduğu məhkəmədə aydınlaşdırılmayıb.

Təqsirləndirilən şəxslərdən Miller, Vulf və Tanasesku həbsxanadan yaxasını qurtara bildi. Onların hər birinə iki il şərti azadlıqdan məhrumetmə cəzası verildi. Duçazek israr edirdi ki, təhlükəsizlik kameralarının yaddaşına baxış keçirilsin.

Yeri gəlmişkən, prokuror Duçazekin barəsində çıxarılmış bəraət hökmü ilə razılaşmır. Avstriya qanunlarına uyğun olaraq, prokuror hökmdən şikayət verib.

Avstriya şirkəti ilə sövdələşməni Elman Rüstəmovun müavini həyata keçirib?

17-300x2241Xatırladaq ki, cinayət işinin materiallarına əsasən AzərbaycanSuriya Mərkəzi banklarının rəhbərləri pul çapı üçün verdikləri sifarişə görə böyük məbləğdə maliyyə vəsaiti əldə ediblər. 2005-2011-ci illərdə AzərbaycanSuriyanın Mərkəzi banklarının rəhbərləri – Elman Rüstəmov və Adib Mayale də daxil olmaqla, bu ölkələrin rəsmilərinə ümumilikdə 14 milyon avro məbləğində pul verilib. Konkret olaraq, bu ölkələrin pul çapı üçün ödədikləri vəsaitin Suriyaya 14, Azərbaycana isə 20 faizi qaytarılıb.

Bu cinayət işilə əlaqədar Avstriyada ümumilikdə 9 nəfər mühakimə olunur. Onların arasında Avstriya Mərkəzi Bankının sədr müavini, 63 yaşlı Volfanq Duçazek, eləcə də pul əskinaslarının çapına məsul şöbənin rəhbəri Maykl Vulf, Mərkəzi Bankın törəmə şirkəti olan “OeBS”in baş direktoru Maykl Vulf da var.

Yerli medianın məlumatına görə, Azərbaycan tərəfdən “OeBS” şirkəti ilə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun müavini Abdulla Məlik-Aslanov danışıqlar aparıb. İstisna deyil ki, Vyana prosesində müttəhimlərin adını çəkməkdən qorxduqları şəxs də məhz baş bankirin müşaviridir. Qalmaqallı korrupsiya sövdələşməsi həyata keçirilən zaman A.Məlik-Aslanov Elman Rüstəmovun müavini olub və birbaşa yeni manat çapına cavabdehlik daşıyıb. O, yeni pulların sifarişinə, daşınmasına və qəbuluna da birbaşa cavabdehlik daşıyıb. 2005-ci ildən başlayaraq yeni manat Azərbaycana göndərilib və mərhələli şəkildə dövriyyəyə buraxılmağa başlayıb. 2007-ci il oktyabrın 3-də A.Məlik-Aslanovun rəhbərliyi altında Azərbaycana yeni manatın ən böyük partiyası gətirilib. Razılaşmaya əsasən yeni manat küpürləri Avstriyada Azərbaycan Mərkəzi Bankının inkassatorları tərəfindən qəbul edilərək “AZAL” tərəfindən ölkəyə daşınıb. Dövriyyəyə buraxılacaq yeni manatlar xüsusi paddonlarda olub.

“Mənə deyirdilər, narahat olmayım, arxamızda Mərkəzi Bank kimi güclü institut dayanıb”

Avstriya qaynaqlarının verdiyi xəbərə görə, məhkəmə prosesində OeBS şirkətinin keçmiş satış direktoru, əslən Rumıniyadan olan Raluka Tanasesku özünü ona qarşı irəli sürülmüş ittihamlar üzrə təqsirli bildiyini deyib.
2MM
R.Tanasesku OeBS şirkətinin rüşvət ödəmələrini gizlətmək üçün saxta hesabatlar hazırladığını və köçürülən pulların əsl məqsədinin gizlədildiyini deyib.

“Bu gizlətmə mədəniyyəti bizə Avstriya Mərkəzi Bankından keçmişdi. Mənə deyirdilər ki, narahat olmayım, çünki bizim arxamızda Mərkəzi Bank kimi güclü institut dayanıb” – deyə qadın bildirib.

Tanasesku istintaqa verdiyi ifadədə rüşvət pullarının offşor hesablarla yanaşı bir qisminin nağd şəkildə ötürüldüyünü də deyib. Belə ki, “Azərbaycan diplomatları qadının vətəni Rumıniyada onunla görüşərək pulların dərhal verilməsini” tələb ediblər. Nəticədə pullar “Stefanplatz” firmasının sellofan “meşoklarına” doldurlub və Bakıya yola salınıb.

Qeyd edək ki, yuxarıda qeyd etdiyimiz məqalənin sonunda o da bildirilib ki, bu korrupsiya skandalı ilə bağlı daha əhatəli material “Bloomberg Market” jurnalının dekabr buraxılışında çap olunacaq. Yəni ABŞ mediası bu sövdələşmənin detallarını sonadək araşdıraçağını vəd edir. Bu məsələnin beynəlxalq skandala çevrilməsi  və gündəmdən düşməməsi Elman Rüstəmova kreslosu bahasına başa gələ bilər. 

Murad (azpolitika.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar