Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elman Rüstəmov dolların məzənnəsindən danışdı

Rektor, professor Ədalət Muradov UNEC-də ölkə və dünya iqtisadiyyatında baş verən proseslərə dair müzakirələrin aparılmasının əhəmiyyətindən danışıb


Mərkəzi Bank sədri, eyni zamanda universitetin fəxri məzunu Elman Rüsəmovla görüşün UNEC-in elmi-tədqiqat mərkəzinə çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə öz töhfəsini verəcəyini bildirib. 

Rektor bu məqəsdlə “Diskurs.az” iqtisadi forumunun və “UNEC Exspert” jurnalının təsis edildiyini qeyd edib. Bildirib ki, bu resurslar universitetin iqtisadçılarına iqtisadi proseslərə öz münasibətini bildirmək imkanlarını yaradır.

Ə.Muradov UNEC-in artan nüfuzundan danışıb: “Universitetimiz dünyanın ali təhsil müəssisələrinin ən nüfuzlu reytinqlərində yer alır. “Webometrics” reytinqində UNEC ardıcıl olaraq, iki dəfə Azərbaycan universitetləri arasında liderliyini qoruyub saxlayıb. Bundan başqa, iyunun 14-də QS reytinqinin açıqlamasında UNEC Avropa və Mərkəzi Asiya regionunun ən yaxşı 200 universiteti arasında qərarlaşaraq, iqtisadyönümlü universitetlər arasında 4-cü yerə yüksəlib”

AMB sədri Elman Rüstəmov ölkənin aparıcı universitetlərindən olan UNEC-də iqtisadçı mütəxəssis və ekspertlərlə müzakirələr aparmağın əhəmiyyətini vurğulayıb. Bildirib ki, universitet iqtisadçılarının ölkə iqtisadiyyatında cərəyan edən hadisələrə münasibəti əhəmiyyətlidir.

AMB sədri “İqtisadi artım və makroiqtisadi siyasət” mövzusunda məruzə ilə çıxış edib. E.Rüstəmov son on ildə qazanılan makroiqtisadi sabitlik, iqtisadi artım, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, monetar siyasət, bankların kapitallaşması barədə ətraflı məlumat verib. Bildirib ki, regionda son dövrlər baş verən hadisələrə və dünya bazarında neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Azərbaycan öz iqtisadi artım tempini qoruyub saxlayıb. İqtisadiyyatda qeydə alınan müsbət dinamikanın qeyri-neft sektorunun inkişafı hesabına təmin edildiyini diqqətə çatdırıb. Son 10 ildə ölkə iqtisadiyyatı 3,4 dəfə artıb ki, bu da ən yüksək göstəricidir.

E.Rüstəmov bundan sonra da makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində Mərkəzi Bankın hökumətlə birgə həyata keçirəcəyi kompleks tədbirlərdən danışıb: “Mərkəzi Bank 2016-cı ildə pul siyasətinin çevikliyinin artırılmasına, milli iqtisadiyyatın maliyyə dayanıqlığının və beynəlxalq rəqabət qabiliyyətinin təmin olunmasına imkan verən siyasət həyata keçirəcək”.

Bank sektorunda maliyyə sabitliyinin qorunmasının prioritetlərdən biri olduğunu bildirən E.Rüstəmov banklarda əhalinin əmanətlərinin və digər depozitlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bank sektorunun maliyyə dayanıqlığının, kapital və likvidlik mövqeyinin gücləndirilməsi, əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlər görüldüyünü də qeyd edib.

E.Rüstəmov nağdsız ödənişlərin inkişafı, elektron ödəniş xidmətlərinin və innovativ ödəniş texnologiyalarının tətbiqinin genişləndirilməsinın Mərkəzi Bankın fəaliyyətinin mühüm hədəflərindən olduğunu da vurğulayıb: “Yeni çağırışlardan irəli gələn vəzifələrin icrasında Mərkəzi Bankda insan kapitalının, tədqiqat və analitik bazasının, idarəetmə proseslərinin daha da müasirləşməsi və inkişafı vacib rol oynayacaq”.

Daha sonra E.Rüstəmov ölkədə makroiqtisadi stabilliyin qorunması istiqamətində Mərkəzi Bankın görəcəyi tədbirlər, dünyanın valyuta, eləcə də enerji bazarlarında baş verən proseslərə Mərkəzi Bankın münasibəti və dolların dəyişən məzənnəsi haqda UNEC iqtisadçılarının suallarını cavablandırıb.

Tədbir müzakirələrlə davam edib. UNEC iqtisadçıları makroiqtisadi sabitliyin qorunub saxlanılması, ölkədə davamlı iqtisadi inkişafın təmin edilməsi, xüsusilə neftdən kənar sahələrin inkişafı, iqtisadiyyatın şaxələndirilməsi məqsədilə öz təkliflərini veriblər.(modern.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar