Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elmar Məmmədyarov niyə hədəfə gətirildi?


Ərəstun Oruclu: "Azərbaycanın uğurlu siyasətindən, dünyada artan rolundan, böyük gücə çevrilməsindən İlham Əliyev dönə-dönə danışırsa, şübhəsiz ki, burda XİN nazirinin də öz xidmət payı var. Ona görə də bu iddia mənə çatmır"


"Azərbaycanda korrupsiyaya qarşı Elmar Məmmədyarovu istefaya göndərmək lazımdırsa, onda mən təsəvvür edə bilmirəm ki, başqalarını nə etmək lazımdır".

Dünən BAXCP sədri Qüdərət Həsənquliyev Azərbaycan Xarici İşdər Nazirliynin və nazir Elmar Məmmmədyarovun faliyyətini kəskin şəkildə tənqid edərək naziri isefa verməyə çağırdı. Nəzərə alsaq ki, uzun illərdir ki, heç bir siyasi qüvvə ayrı-ayrılıqda hansısa nazirin fəaliyyətini dəyərləndirməyib və konkret nazirin istefasını tələb etməyib, o zaman Qüdrət Həsənquliyevin çağırışını 2005-ci ildən sonra Azərbaycan siyasətində bir ilk kimi dəyərləndirmək mümükündür.

PİA.AZın əməkdaşı BAXCP sədrinin bu gözlənilməz bəyanatı ilə bağlı istər müxalifət düşərgəsindən, istərsə də iqtidar düşərgəsindən bir çox siyasətçiləri Həsənquliyevin bu çağrışını dəyərləndirməyi xahih etsə də, həm müxalif siyasətçilər, həm də iqtidarı təmsil edən siyasətçilər bu bəyanatı dəyərləndirməkdən imtina etdilər. Qeyd edək ki, hər nə qədər iqtidar təmsilçisi olan siyasilərin sualı cavablandırmaq istəməmsi bizə aydın olsa da, müxalif siysətçilərin hansı səbəbdən Elman Məmmədyarovun faliyyətini dəyərləndirməkdən çəkinmələri bizim üçün anlahılmaz qaldı.

Buna baxmayaraq verən  Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu əməkdaşımızın sualını cavablandırdı.

PİA.az-a açıqlama verən  Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu bildirib ki, Elmar Məmmədyarov hakim komandada ən intellektual nazirdir: 

"Diplomat gülümsünür və yaxud ağlayır və s. bu tip iddialar əsassızdır. Əsaslı iddia o zaman olardı ki, Elmar Məmmədyarov işinin öhdəsindən gəlmir. Mənim fikrimcə əgər Azərbaycanın uğurlu siyasətindən, dünyada artan rolundan, böyük gücə çevrilməsindən İlham Əliyev dönə-dönə danışırsa, şübhəsiz ki, burda XİN nazirinin də öz xidmət payı var. Ona görə də bu iddia mənə çatmır. 

Azərbaycanda korrupsiyaya qarşı Elmar Məmmədyarovu istefaya göndərmək lazımdırsa, onda mən təsəvvür edə bilmirəm ki, başqalarını nə etmək lazımdır. 

Bu birbaşqa məsələdir ki, Azərbaycan hakimiyyəti öz hakimiyyət funksiyasını layiqincə yerinə yetirmir. Ona görə ki, Azərbaycanın bütün problemləri olduğu kimi qalmaqdadır. İstər xarici siyasət problemləri, istər müdafiə siyasəti, istər sosial-iqtisadi siyasəti və s. 

Amma Elmar Məmmədyarov nazirlər içərisində ən savadlısıdır demək olar. Bu adam Azərbaycanı dünyaya çıxaracaq səviyyədədir. Məncə, bunların hamısı hakimiyyətin öz işidir. Qüdrət Həsənquliyevin yox. Elmar Məmmədyarovun hədəfə alınmasının başqa səbəbləri var. Onun hədəfə alınmasına səbəb daha çox qərbyönümlü olması ola bilər".

Nİyaməddin 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar