Nazir Elmar Məmmədyarov Qətər Dövlətinin Azərbaycan Respublikasındakı Səfirini qəbul edib
Nazir Elmar Məmmədyarov Qətər Dövlətinin Azərbaycan Respublikasındakı Səfiri Mübarək bin Fahad Əl-Sənini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul etmişdir.
Səfir Mübarək bin Fahad Əl-Səni diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirmişdir.
Nazir Elmar Məmmədyarov səfir Mübarək bin Fahad Əl-Səniyə gələcək diplomatik fəaliyyətində uğurlar arzu etmişdir.