Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elmar Vəliyev Avropalı gənclərlə görüşüb


Gəncədə “ASAN könüllüləri” Gənclər Təşkilatı və Avropa Gənclər Parlamenti Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Arzuladığımız dünyanı innovativ gələcəklə quraq” devizi altında gənclər forumu öz işinə başlayıb


PİA.AZ bildirir ki, 15 ölkə daxil olmaqla ümumilikdə 70 nəfərədək gəncin qatıldığı forumun keçirilməsində əsas məqsəd Azərbaycanla Avropa ölkələri arasında olan inteqrasiya, bilik və mübadilə proseslərini gücləndirmək, Azərbaycan gənclərinin ictimai aktivliyinin və sosial layihələrdə iştirakının inkişaf etdirilməsinə təşəbbüs göstərməkdir.

Forumda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək tədbirin əhəmiyyətindən söz açıb. İcra başçısı gəncləri müzakirə olunacaq mövzular ətrafında daha fəal olmağa çağırdıqdan sonra 2016-cı il Avropa Gənclər Paytaxtı seçilən Gəncədə gənclərin fəallığının artırılması istiqamətində görülən işlərdən danışıb.

Sonra “Avropa cəmiyyətlərinin mədəni və sosial-iqtisadi müxtəlifliyini nəzərə alaraq Avropa ölkələri hansı yollarla hər kəsə bərabər təhsil imkanlarını təmin edə bilər?”, “Əqli mülkiyyət hüquqlarını təmin və müdafiə olunması üçün Avropa ölkələri hansı tədbirləri görməlidir?”, “Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramına üzv ölkələrdə sosial xidmət sahəsindəki nöqsanlar və bu nöqsanların aradan qaldırılması üçün üzv ölkələrdə hansı mümkün həll yolları irəli sürülməli və modellər qəbul olunmalıdır?” və sair mövzularda məruzələr dinlənilərək müzakirə edilib.

Forum avqustun 24-dək davam edəcək. Bu müddət ərzində iştirakçılar Gəncənin maddi-mədəni abidələri ilə tanış olacaq, eləcə də tarixi yerlərə ekskursiyalar edəcəklər.











Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar