Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elmar Vəliyev Sosialist İnternasionalının baş katibi ilə görüşüb

Görüşdən əvvəl Ulu öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoyan Luis Ayala Gəncədə ilk dəfə olduğunu, şəhərin gözəlliyinin onu heyran etdiyini, çox qonaqpərvər əhalisi olduğunu vurğulayıb


PİA.AZ xəbər verir ki, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Luis Ayalanı Nizami yurdunda salamlayaraq Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin tarixi, mədəniyyəti, sənaye potensialı, Gəncə şəhərində dünyaya göz açmış Nizami Gəncəvi, Məhsəti Gəncəvi kimi şəxsiyyətlər haqqında ətraflı məlumat verib.

Elmar Vəliyev bildirib ki, Gəncə şəhərində bu gün bütün sahələrdə sürətli inkişaf prosesi gedir. Şəhərin tarixi qorunmaqla müasir görkəmə salınır.

Azərbaycana tez-tez gəldiyini qeyd edən Luis Ayala bildirib ki, burada möhdəşəm beynəlxalq tədbirlər təşkil olunur. Sosial Demokratlar Beynəlxalq ailəsini təmsil edən Luis Ayala xüsusi vurğulayıb ki, təşkilatın əsas prinsipi cəmiyyətdə azadlıq, onun hüquqları kimi ideaları müdafiə edir. Luis Ayala vurğulayıb ki, münaqişələrlə bağlı öz tövhələrini verməyə və quruculuq işləri görməyə təşkilat hər zaman hazırdır.

Sonda qonağa hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.

Görüşdən sonra Sosialist İnternasionalının baş katibi şəhərin gəzməli-görməli yerlərində olub. Əhali ilə həmsöhbət olmaq Luis Ayalada xoş təəssürat yaradıb.

pia.az





Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Ən çox oxunanalar