Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elmar Vəliyev hesabat verdi


Gəncə əvvəlki illərdə qazandığı uğurlarını bu ilin birinci rübündə də qoruyub saxlayıb


Bu gün Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev hesabat verib. İcra hakimiyyətindən AzVision.az-a verilən məlumata görə, icra hakimiyyətini böyük iclas salonunda keçirilən ümumşəhər müşavirəsində geniş məruzə ilə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verərək demişdir ki, bu uğurlar Respublika Prezidenti cənab İlham Əliyevin yanvarın 21-də Gəncəyə növbəti səfərindən sonra daha da sürətlənmiş, gəncəlilər tarixi səfər zamanı ölkə başçısının verdiyi hər bir tapşırığı proqram sənədi kimi qəbul edərək daha əzmlə çalışıblar.

Elmar Vəliyev daha sonra demişdir ki, şəhərdə başlanan abadlıq və quruculuq işləri yola saldığımız rüb ərzində də uğurla davam etdirilib. Belə ki, ümumdaxili məhsul istehsalı 159 milyon manata çatıb ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz çoxdur. Əhalinin pul gəlirləri də xeyli artıb. Şəhərdə fəaliyyət göstərən “Gəncə-Şərab-2”, “Elba”, Gəncə-Tekstil Məhdud Məsuliyyətli Cəmiyyət həmişə olduğu kimi ötən rüb ərzində də uğurlara imza atıblar.

Elmar Vəliyev şəhərdə həyata keçirilən abadlıq və quruculuq işlərinin əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz artdığını söyləyib. 300 yaşayış binasının dam örtüyü və fasadı yenidən qurulub, 70 ədəd çoxmərtəbəli binada liftlər yenisi ilə əvəz edilib. Bir çox küçələr genişləndirilib, şəhər Təhsil İdarəsi, Mərkəzi Bankın Gəncə şəhər filialı, Nizami rayon Polis İdarəsi üçün inzibati binalar inşa edilib. Bundan başqa, bir çox küçələrdə Gəncə memarlıq üslubuna uyğun olaraq, binaların fasad hissəsi kərpiclə təmir olunub, küçələrə gözəl görkəm verilib.

Şəhərdə ekologiyanın qorunması və eləcə də, ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə “Ulu öndərin ad gününə kimi 91 min ağac əkək!” devizi altında keçirilən aksiya uğurla davam etdirilir.

Müşavirədə şəhər ictimai nəqliyyatının yenilənməsi, həmçinin işıq, qaz təsərrüfatında olan bəzi nöqsanların aradan qaldırılması üçün müzakirələr aparılıb, bu sahələrdə işlərin kökündən yaxşılaşdırılması məqsədilə tapşırıqlar verilib.

YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev ulu öndər Heydər Əliyevin 91 illiyi ilə əlaqədar Gəncədə keçirilən möhtəşəm tədbirlər haqqında məlumat verib. Bildirib ki, silsilə tədbirlər sırasında ulu öndər Heydər Əliyevin irsinin öyrədilməsi ilə bağlı ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə YAP Gəncə şəhər Təşkilatının Qərargahında və Heydər Əliyev Mərkəzində dərslər keçirilir. Bu günə qədər 3703 nəfər şagird dərslərdə iştirak edib.

Müşavirədə iştirakçılar bir sıra arzu və təkliflər irəli sürüblər. Bununla bağlı aidiyyəti idarə və təşkilatların rəhbərlərinə tapşırıqlar verilib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar