Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elmira Axundovanın zarafatı Oqtay Əsədova xoş gəlmədi


Azərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclasında spiker Oqtay Əsədovla deputatlar arasında maraqlı olay yaşanıb


Lent.az-ın məlumatına görə, Azərbaycanın bir neçə ölkə ilə bağladığı sazişlərin təsdiqi məsələlərini elan edən deputat Azər Kərimliyə spiker bir neçə dəfə irad tutub. 

O. Əsədovun iradı onsuz da mətni əvvəldən məlum olan sazişlər barədə deputatın uzun- uzadı danışmasına olub. Spikerin bir neçə dəfə xəbərdarlığına baxmayaraq, deputat hər sazişin təqdimatında yenə geniş çıxış edib.

Növbəti dəfə O. Əsədovun ciddi etirazından sonra deputat saziş barədə cəmi bir cümlə təqdimat edib. Bunu görən spiker deputata istehza ilə deyib: “Ay sağ ol.. Axır ki, haqqın yoluna gəldin”.

Bu zaman deputat Elmira Axundova yerdən spikerə deputatları tələsdirdiyi üçün irad tutub. Ona cavab olaraq O. Əsədov mətnin əvvəldən məlum olduğunu, kim istəmirsə, səs vermədiyini xatırladıb. E. Axundovanın gülərək “yaxşı, zarafat edirdim”- deyə cavab verməsi spikerə lap təəccüblü görsənib: “Axı zarafatın öz yeri var...”. Daha sonra gündəliyin səsverməsinə keçilib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Ən çox oxunanalar