Nurçulara bağlı olduğu üçün Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən çıxarılan Elnur Aslanov bir müddət işsiz qalsa da sonradan ona xırda bir iş verdilər.
Virtualaz.org saytı xəbər verir ki, hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki balaca şöbələrin (ona “pensiyaçı vəzifəsi” deyirlər) birində çalışan E.Aslanovun bu nazirlikdə iş başında ilk fotosu yayılıb. Onun bu fotosu nazirlikdəki iclasda iştirak edən anda çəkilib.
Virtualaz.org saytı şəkildə məğlub adamlara oxşayan, özünü itirmiş adam təsiri bağışlayan Aslanovun həmin fotosunu təqdim edir.