Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elşad Abdullayev KQB generalı Akif Çovdarovla bağlı yeni görüntülər yaydı – Video

ABU-nun sabiq rektoru, hazırda Fransada məskunlaşan Elşad Abdullayev MTN-nin həbs olunan generalı Akif Çovdarovun onun qardaşı MTN zabiti Mahir Abdullayevin oğurlanmasında birbaşa əli olan sübut və videonu səhifəsində yerləşdirib


E.Abdullayevin yazısı və yerləşdirdiyi videonu təqdim edirik:

Bir hüquq professoru olaraq bizə agır gələni odur ki, Mahiri ogurlayan cinayətkarlar gözümüzün önündədir. Onlar bü günə qədər layiq olduqları məhkəmə məsuliyyətinə cəlb olunmayıbdırlar. Azərbaycan Respublikasının ”şanlı” Baş Prokuroru Zakir Qaralov 13 ildir ki, mütəşəkkil cinayətkar şəbəkə ilə iş birliyində olaraq gözlə görünən və qulaqla acıq-aşkr eşidilən Mahir Abdullayevin ogurlanması cinayətini vəzifəsindən sui-istifadə edərək bilə-bilə qəsdən gizlədir …

Gizli video görüntüdə adam ogurlugunda, quldurluq və soygunculuga görə həbs olunan MTN generalı Akif Çovdarov ilə MTN zabiti Mahir Abdullayevin geri qaytarılmasınının pul məbləgini anlaşdıqdan sonra killer Akif Çovdarovun vasitəçisi MTN polkovniki Rəsul Rəsulovla danışıqlarımızın tam mətnini ilk dəfə olaraq ictimailəşdiririk.

Gizli video görüntü 02.02.2009 il tarixində Bakı şəhərində qeydə alınıbdır. Hər şeydən öncə, gizli video görüntüdə işlədilən qeyri – etik sözlərə görə videonu izliyənlərdən üzür istəyirəm.

Xatırladaq ki, hər iki MTN generalı adam ogurluguna görə hazırda həbs olunubdur. Eyni zamanda MTN zabiti Rəsul Rəsulov Prezidentin sərəncamı ilə 3 oktyabr 2012 il tarixində Mahir Abdullayevin ogurlanması haqqında AR Baş Prokurorlugu yanında yaradılmş Müstəqil İstintaq Kommissiyasının üzvü idi. Prokurorluq yanında MİK-in rəhbəri Eldar Camalov təyin edilmişdir. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə MİK-in rəhbər Eldar Camalovu MTN killeri Akif Çovdarov şəxsi həbsxanasında ölümcül döymüşdür. Bundan sonra MİK-in sədri Eldar Camalov Mahir Abdullayevin ogurlanması cinayətinini onların – KQB generallarının sifarişilə ört-basdır edir.

Gizli video görüntüdə prezident İlham Əliyevin 17 oktyabr 2015 il tarixli ”MTN işi” haqqında Xüsusi Sərəncamı ilə MTN Naziri Eldar Mahmudov işdən azad edilmiş və bir cox MTN generalları həbs edilmişdir. 17 sentyabr Xüsusi Sərəncamı ilə adam ogurluqunda, soygunculuqda və quldurluqda həbs olunan Akif Çovdarovun vasitəçisi MTN polkovniki Rəsul Rəsulov Mahirin ogurlanması haqqında mənə məlum olan maddi sübutları bir-bir mənim şərhimlə dinlədukdən sonra rəsmi imzasını ataraq təhvil alır.

KQB killeri Akif Çovdarovla Mahirin geri qaytarılmasının pul məbləgini anlaşdıqdan sonra onun cinayət ortagı MTN zabiti Rəsul Rəsulov tərəfindən rəsmi imzasını qeyd edərək Mahir Abdullayevin ogurlanması haqqında maddi sübutları məndən təhvul alır, götürmə haqqında qərarın kopiyasını mənə təhvil vereir. Gizl video görüntülər adam ogurluguna görə həbs olunmuş MTN generalı Akif Çovdarova catdırmaq ücün Rəsul Rəsulova təhvil verilir.

Qeyd olunan gizli video görüntülərdə MTN zabiti Mahir Abdullayevin ogurlanmasının qısa xülasisisini mənim tərəfimdən bir-bir konkret olaraq MTN zabiti Rəsul Rəsulova izah edilir. Bundan sonra, MTN zabiti Mahir Abdullayevin ogurlanmsı haqqında maddi sübutları MTN zabiti Rəsul Rəsulova verdikdən sonra MTN-in cinayətkar şəbəkəsinin başında dayanan KQB generalı Akif Çovdarov günün gün orta cagında məni fiziki cəhətdan məhv etmək ücün ardı-arası kəsilməyən terror edir. O, mənə bildirirdi ki, professor şahid yoxdursa, cinayətdə yoxdur deyə öüzünəməxsus qaydada həyasızlıqla üzü-üzümə və gözü-gözümə baxaraq kobud boguq səslə xırıldayırdı. Bu andan mənim və ailəmin, Azərbaycan Beynəlxalq Universitetinin professor və tələbələrinin qara günləri başladı. MTN-də fəaliyyət göstərən cinayətkar şəbəkə Konstitusiya borcunu yerinə yetirmək əvəzinə , öz əməkdaşlarını ogurlayan cinayətkarları ifşa etmək əvəzinə Mahir Abdullayevi axtaranlrı fiziki cəhətdən sıradan cıxartmaqla bizə qarşı dövlət terrorunu həyata kecirdilər.

Bir qardaşımı da, Eldəniz Abdullayevi gözümün önündə ölümcül zəhərlədilər, bizim mühafizə işimizi təşkil edən Ramin Qədimovu qətlə yetirdilər, qardaşım oglu, siyasi məhbus Mübariz Abdullayevə saxta ittihamlarla 10 həbs etdilər ki, biz susaq. Azərbaycan Beynəlxalq Universitetinin Müdafiə Komitəsinin sədri professor Zülfü Məmmədovu MTN generalı Akif Çovdarovun gizli həbsxanasında işgəncə verib qətlə yetirdilər və s. öz xalqına qarşı olmazın cinayətlər etdilər. ABU müəllim-tələbələri deyirdilər i, elə bil erməni faşistləri Bakını işgal ediblər.

Prezident İlham Əliyevaya, deputat Mehriban Əliyevaya, Baş Prokuror Zakir Qaralova və digər HMO-in rəhbərlərinə 150-dən cox şikayətlər etdim. Səsimizə səs verən olmadı.

Nəticədə öz ailəmin təhlükəsizliyini təmin etmək məqsədilə 21 sentyabr 2010 il tarixində Fransaya mühacirat etdim, Avropa Məhkəməsinə müraciət etdim …(avrasiya.net)

pia.az



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar