Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elşən Musayevdən Nemstovun qətlinə münasibət


Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev öz facebook səhifəsində Rusiya müxalifətinin lideri Boris Nemtsovun qətlə yetirilməsinə münasibət bildirib


PİA.AZ Elşən Musayevin yazısını olduğu kimi oxuyucularının diqqətinə çatdırır:

"Dünya şokdadır: Rusiya müxalifətinin əsas simalarından biri, Boris Nemtsov qətlə yetirildi...Zatən məqsəd də “şok terapiya”idi. Ayrıca, bütün detallar və ehtimal edilən rezonanslar öncədən hesablanaraq.

Fəqət kim tərəfindən? Niyə? Hansı zəmində?

Bütün gözlər və diqqətlər heç şübhəsiz Putinə yönəlib. Çünki Nemtsov bir başqasının deyil, onun müxalifi idi. Ölkə Prezidentini ən sərt formada tənqid edir, bütün riskləri gözə alır, müxalifət düşərgəsinin yekdil lideri olmağa çalışırdı...
Fəqət....adam son TV çəkilişlərin birində inanılmaz səhv buraxdı. Və mənim fikrimcə...baş nazirin eks müavinini bitirən və ”yandıran“da həmin səhv idi. Üstəgəl, birmənalı! O, peşəkar siyasətçiyə xas olmayan tərzdə (üslubda) həyatını dəyişdirəcək bir cümlə işlətdi: “Qorxuram ki, Putin məni öldürtdürə....”

Hazırda istintaqın nə işlə məşğul olduğunu, cinayət məkanının infro-strukturunun hansı isti izlərə doğru yön aldığını ehtimal edə bilmərəm. Amma bir siyasətçi və köhnə əməliyyatçı intuisiyam mənə bunları deyir: Qətlin motivi Nemtsovun müxalifətçiliyindən daha çox haqqında danışdığım məlum açıqlamanın fonunda(kontekstində) araşdırılmalıdır:

1) Nemtsovun eynı adlı fikrindən kim bəhrələnə və bunu anındaca reallaşdıra bilərdi?
2) Müxalifət liderinin ölümü bu məqamda ən çox kimlərə sərf edirdi?

Hər halda Putin bütün variantlar üzrə məğlubdur. Təbii, qətldə əli olduğu üçün deyil (ən sadəlöhv adam da tapşırığın Putindən gəldiyinə inanmaz) , ən böyük rəqiblərindən birinin təhlükəsizliyini təmin edə bilmədiyi üçün! Ayrıca, bayaq haqqında danışdığım açıqlamadan sonra Putinin siyasi analitikləri çox real görünən ehtimalı nəzərdən qaçırmamalı, Rusiya Prezidentinin onsuzda bərbad olan imicinə növbəti zərbənin vurulmasına zəmin yaratmamalı idilər...

İkinci məsələ qadın faktorudur. Yəni, siyasi qətllərin klassik metodu: Cəmiyyət içində müsbət xarakterizə olunan şəxs (lider) ailədən kənar, qeyri - rəsmi izdivacda olduğu (üstəgəl aralarında isti münasibətlərə kimsənin şübhə etmədiyi) bir xanımın ya evində ya bağında ya da eləcə yanında, yəni bir addımlığında qətlə yetirilir. Qadına isə toxunulmur. İlk baxışdan kuryoz görünən məqam da budur: Kritik qətllərin heç birində şahid saxlamayan killerlər niyə məhz bu tip cinayətlərdə şahidlə centlimencə davranlar?

Səbəb:

Qadının əsas təyinatı cinayət törədiləndən sonra başlayır. Fikirlər və diqqətlər ona yönəlir, onun hər incə kəlməsi, pozu (model seçimi təsadüfən deyil) Nemtsovun “müxalifətçi” imicindən daha çox “baz” imicini formalaşdırır, qətlə yetirilən şəxsin öz ailəsi, xanımı qısqanclıq (ya da vəziyyətə adekvat nifrət) zəminində həmin vaxt verə biləcəkləri ən ciddi, ən kritik, ən kəskin açıqlamalardan imtina edir. (Hərçənd bu cür cinayətlərin açılmasında ən böyük “silah“ ailədir. Onların bildiyi və verə biləcəyi infaormasiya kimsədə olmur) Və....beləcə planın birinci hissəsi peşəkarca nəticəvi sonluğa varır. Yəni ailənin başı özünə qarışır. Oysa, qadın da sifariş əsnasında öldürülsə, fikir yayındırmaq mümkün olmaz. Çünki məzara gömülən insan bütün mübhəmləri, neqativləri, şübhələri (hətta üzərindəki qısqanclıqları belə) özü ilə bərabər həmin məzara aparır. O “fiqur” kimi sıradan çıxır...

Və nəhayət....cinayətin törədilməsində əsas faktorlardan biri - Putinin fərdi gücü!!!
Bəli, bəli, eldir ki, var! Nemtsovun deyil, məhz Putinin fərdi gücü!
Siyasətlə kəşfiyyatın birləşmiş obrazını öz simasında cəmləyən Putin həqiqətən qeyri-adi dirənişə, dözümə, səbrə, hiyləgərliyə sahib siyasətçidir. Ona görə bütün dünya səfərbər olub adamın kürəyini yerə vura bilmədi, ard - arda sıralanan sanksiyalar bir işə yaramadı, gözləntilərin əksinə olaraq rubl qalxdı, (həm də qətldən bir gün əvvəl) Beynəlxalq dəstək artdı, Avropa Qərbin hiyləsini duyub geri çəkildi, (ən azından neytral qaldı) Rusiyanın Beynəlxalq aləmdən təcrid planı fiaskoya uğradı...
Və nəsə eləmək lazı idi. Üstəlik, birləşmiş müxalifətin “anti - böhran” mitinqinə 1 gün qalmış....

P.S Yadıma bir lətifə düşdü. (hər nə qədər mövzu kontekstində qeyri-həmahəng səslənsə də) Demək, bir gün kanalizasiyanın içində zir-zibillə, binaların tualetlərindən tökülən nər-nəcislə uğraşan fəhlədən gəlib soruşurlar ki, siyasi Partiya yaradırıq, ora üzv olarsan? Adam qayıdır: “Sən canı məni mundar-mundar işlərə alət etməyin...”

Bax belə....
İyrənc siyasətin peşəkar oyunbazlarının qurban verəcəyi piyadalar hər zaman vardır!

Allah rəhmət eləsin...."

Qeyd edək ki, müxalifət siyasətçisi Boris Nemtsov dünən axşam Moskvanın mərkəzində qətlə yetirilib.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ən çox oxunanalar