Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elxan Süleymanov məsləhət verdi



Milli Məclisin deputatı, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanov özəl açıqlama yayaraq qeyd edib ki, Azərbaycana qarşı bir mərkəzdən idarə edilən siyasi məhbus kampaniyası aparılır.

“Media forum” saytının məlumatına görə, deputat yazır ki, Azərbaycan tərəfi humanizm prinsipindən çıxış edərək qondarma siyasi məhbus siyahılarında yer almış məhbusları milli qanunvericilikdə nəzərdə tutulmuş müxtəlif mexanizmlər vasitəsi ilə mərhələli şəkildə azadlığa buraxsa belə, beynəlxalq təşkilatların ölkəmizə qarşı siyasi məhbus kampaniyası səngimir, əksinə, daha da genişlənir: “Hadisələrin təhlili göstərir ki, beynəlxalq aləmdə siyasi məhbuslarla bağlı aparılan anti-Azərbaycan kampaniyası sistemli xarakter daşıyır, bir mərkəzdən idarə edilir, növbəti siyasi məhbus iddiaları da bu kampaniyanın vacib, uzunmüddətli tərkib hissəsi kimi nəzərdə tutulub və bu kampaniya 2015-ci il Birinci Avropa Yay Olimpiya Oyunları və parlament seçkisi ərəfəsində beynəlxalq aləmdə Azərbaycanın mənfi imicinin formalaşdırılması üçün əsas vasitələrdən biri kimi istifadə ediləcək.

Hesab edirəm ki, belə bir şəraitdə Azərbaycan tərəfi bu qondarma “siyasi məhbus” məsələsi ilə bağlı tarazlaşdırılmış vahid mövqe qoymalıdır və bu vahid mövqenin vacib tərkib hissələri aşağıdakılardan ibarət olmalıdır:

a) Azərbaycanda siyasi məhbusların olmasını iddia edən tərəfdən (QHT, beynəlxalq təşkilatlar və s.) siyasi məhbus hesab etdikləri şəxs barədə məhkəmədə iddia qaldırması və həmin iddia ilə bağlı məhkəmə qərarı tələb olunmalıdır;

b) Ermənistanın işğalı altında olan Azərbaycan əraziləri tam azad olunmayanadək, yüz minlərlə azərbaycanlının pozulmuş hüquqları təmin edilməyənədək, Sərsəng su anbarının yaratdığı humanitar və ekoloji böhran təhlükəsi aradan qaldırılmayanadək, Naxçıvanın çoxillik blokadasına son qoyulmayanadək qondarma ”siyasi məhbus” məsələsi ilə bağlı beynəlxalq təşkilatların Azərbaycana qarşı siyasi təzyiqlərinə məhəl qoyulmamalıdır”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar