Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ən sürətli Mobil İnternet Azercell-də


“Ookla” indeksinə əsasən Azercell-in interneti ölkənin mobil operatorları arasında ən sürətlidir


PİA.AZ xəbər verir ki, mobil İnternetin keyfiyyətini təsdiqləyən əsas göstəricilərdən biri sürətdir. 
Dünyada mobil internetin sürətini ən dəqiq ölçən sistem  - “Ookla Net Index” göstəricisinə əsasən  Azercell-in təqdim etdiyi Mobil İnternet Azərbaycanın mobil operatorları arasında ən sürətlisidir. 

Belə ki, sistem ölçmələrinə əsasən Azercell hazırda saniyədə 6,12 MB sürətli İnterneti təqdim edir. Bu, ölkədə digər operatorlara nisbətən ən yüksək göstəricidir. 

“Ookla” şirkəti İnternetə qoşulma sürətini ölçən ən nüfuzlu sistemlərdən birinə sahibdir. Burada hər gün 5 milyon sınaq testləri  aparılır. ABŞ-da yerləşən bu qurum tərəfindən dünya üzrə 2500-dən çox serveri əhatə edən sistem qurulub. Hazırda Ookla sürət testlərinin nəticələri dünyada ən dəqiq və etimadlı sayılır. 

Xatırladaq ki, “Ookla Net Index” göstəricisinə əsasən, ötən il də 5.5 MB/ps nəticə ilə məhz Azercell ən yüksək sürətli internet təminatçısı kimi tanınmışdı. Sınaqlar zamanı Azərbaycandan 300 minə yaxın unikal İP adres testdən keçirilir.  

Onu da qeyd etmək yerinə düşər ki, Azercell-in təqdim etdiyi Mobil İnternet Azərbaycanda təqdim olunan “fixed broadband”, yəni sabit genişzolaqlı İnternetə yaxın səviyyədədir. Bu səviyyəli internetdən istifadə edənlər kabel əvəzinə radiosiqnallardan yararlanırlar.  

Əminliklə demək olar ki, Azərbaycanda ən sürətli, keyfiyyətli və həmçinin ən  sərfəli İnternet “Azercell Telekom” MMC tərəfindən təqdim olunur. Hazırda abunəçilər üçün istənilən qiymət və istənilən həcmdə İnternet paketləri mövcuddur. Azercell-lilər gündəlik, həftəlik və aylıq 3G, həmçinin 4G paketləri ala bilirlər.  Azercell müştəriləri hətta işlətdikləri trafikə uyğun İnternet paketi də sifariş edə bilirlər.  Bundan əlavə, “Azercell Telekom” MMC mütəmadi olaraq Mobil İnternet istifadəçiləri üçün endirimli kampaniyalar və sərfli xidmətlər təklif edir. Onların arasında “Həftəsonu pulsuz İnternet”, 10GB=10AZN, 50MB=0.25 qəpik və digərləri var.

Hazırda Azercellin hər iki abunəçisindən biri fəal mobil internet istifadəçisidir və 2013-cü illə müqayisədə iki dəfə çox Mobil İnternet istifadə edir. 

 Azercell indi nəinki telefondan, ümumiyyətlə müxtəlif cihazlardan sürətli internetə çıxışı təmin edir. Şirkət yalnız Azərbaycan deyil, bütün regionda belə ilk dəfə olaraq 4G texnologiyasını müştərilərin kommersiya istifadəsinə təqdim edib. Ötən ilin sonuna mövcud olan 6 minə yaxın baza stansiyasından 300-ü məhz BakıAbşeron yarımadasını əhatə edən LTE (4G) şəbəkəsinə xidmət edir. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar