Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan-Putin görüşündə Qarabağ müzakirəsi


Türkiyə və Rusiya prezidentlərinin çox yaxında bir araya gəlməsi, əslində, geniş və gündəmi dəyişəcək müzakirələrdən xəbər verir


Bu barədə Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli danışıb. 

Ərdoğan və Putinin gözlənilən görüşünü şərh edən sabiq dövlət müşaviri Dağlıq Qarabağ məsələsinin də müzakirələrdə yer alacağını bildirib:
 
“Tərəflər ən yüksək səviyyədə və qısa zamanda bir araya gələcəklər. Türkiyə Dağlıq Qarabağla bağlı prinsipial mövqe nümayiş etdirsə də, Azərbaycanın istədiyi əsas nəticənin əldə olunması üçün müəyyən zaman lazım olacaq. Ərdoğan və Putin münasibətlərin yeni dönəmini daha çox diqqətdə saxlayacaqlar. Düzdür, Dağlıq Qarabağ məsələsi və digər problemlər diplomatik müzakirələrdə əksini tapacaq, ancaq torpaqlarımızın azad olunması planı, eyni zamanda, Türkiyənin əsas oyunçu kimi prosesə qoşulması ilə bağlı ümumi qərarlar məhz bu görüşdə alınmayacaq. Bunun üçün zəmin formalaşsa da, əsas addım və detalların növbəti görüşlərdə müzakirəsi daha məqsədəuyğundur”.
 
Politoloq belə bir həssas məqamda Türkiyənin Qarabağla bağlı daha ehtiyatlı davranacağını deyib:
 
“Yəni Türkiyə, lazım gələrsə, Qarabağ üçün Qarabağdan “vaz keçəcək". Türkiyədə artıq belə bir fikir formalaşıb ki, Azərbaycan torpaqlarından heç bir güzəşt edilə bilməz. Ankara, sadəcə, müəyyən müddət üçün düşünülmüş taktiki bir gediş edəcək. Çünki Rusiya fürsətcil bir ölkədir və indiki situasiyanın Moskva üçün əlverişli olması Rusiyaya Türkiyə ilə bağlı müəyyən məsələlərdə diktə edən tərəf imkanı yarada bilər. Ankara bu amili əldən verməyəcək. Bundan sonrakı görüşlərə qədər isə Türkiyənin əvvəlki vəziyyətinə qayıdacaq, hətta daha yaxşı olacaq. Üstəlik, Ankara-Moskva yaxınlığı kifayət qədər intensivləşəcək. Türkiyə məhz belə bir əlverişli şəraitdə Qarabağla bağlı hərəkətə keçəcək. Dağlıq Qarabağla bağlı həlledici görüşlər hələ qabaqdadır”.
 
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Su-24 olayından sonra ilk dəfə Rusiyada avqustda bir araya gələcəklər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Ən çox oxunanalar