Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan Körfəz turundan əliboş dönmə ehtimalı yüksəkdir


Zülfüqar Doğan


“Al-Monitor”

Son bir neçə ildə yürütdüyü xarici siyasətlə Misir, Liviya, Suriya, İraq kimi qonşu ölkələrdə və yaxın bazarlarda ağır iqtisadi zərbələr alan Türkiyə 2015-ci ildə rus döyüş təyyarəsinin vurulmasından sonra Rusiyanın da sanksiyaları ilə qarşılaşmışdı.

İndi də Ankara Səudiyyə Ərəbistanı liderliyindəki Körfəz ölkələri və Misirin Qətərə qarşı blokadasında Dohanın yanında yer alıb və yeni itkilər qapıda durur.

Rusiya böhranının ixracat, turizm və s. kimi əhəmiyyətli valyuta gəlirlərində ortaya çıxardığı ağır ziyanlar hələ aradan qalxmamış Qətər böhranında "problemin tərəfi" halına gələn Türkiyənin iqtisadi itki riskləri daha da böyüdü.

Türkiyə İxracatçılar Məclisinin (TİM) iyulun 1-də açıqladığı (iyun, 2017) statistika (1,8%-lik artımla 12,1 milyard dollar) Körfəz narahatlıq yaratdı.

May ayında 277 milyon dollar olan Səudiyyə Ərəbistanına ixrac 36,4% azalma ilə iyunda 188 milyon dollara endi. Birləşmiş Ərəb Əmirliklərinə ixracat 20,5% gerilədi və 316,5 milyon dollardan 234,6 milyon dollara düşdü. Bəhreynə ixracat 24% azaldı və may ayındakı 20,7 milyon dollarlıq məbləğ indi 15,6 milyon dollardır.

Böhranın yarandığı iyun ayında Qətərə ixracat 49% artım yaşadı və 35,8 milyon dollardan 53,4 milyon dollara çıxdı. Qətər böhranının yaxınlaşdırdığı Türkiyə-İran ticarətindəki müsbət inkişaf da iyun məlumatlarına əks olundu. İrana ixrac 8,5% atımla 233 milyon dollardan 250 milyon dollara yüksəldi.

Qəti nəticəyə çatmaq üçün bir aylıq məlumatlar kafi olmasa da, iş dünyasından edilən qiymətləndirmələr narahatlıqla birlikdə bu sualı gündəmə gətirir: Türkiyə vasitəçi olmaqla Qətərin tərəfini tutub digər Körfəz ölkələri əleyhdarı olmalı idimi?

Türkiyə Podratçılar Birliyi (TMB) sədri Mithat Yenigün bu narahatlığı paylaşanlardan biridir. Yenigün “Al-Monitor”a etdiyi şərhdə belə dedi: "Prosesi narahatlıqla izləyirik. Üzv şirkətlərin Qətər, Səudiyyə Ərəbistanı və böhranda tərəf olan bütün ölkələrdə podratı var. Kaş bu böhranda vasitəçi, hər iki tərəfə qarşı balanslı ola biləydik".

Türkiyə-Qətər münasibətlərində prezidentinin xüsusi cəhdlərilə son illərdə sürətli inkişaflar yaşandığını dilə gətirən Yenigün dedi: "Körfəz bölgəsində podratçılarımızın fəaliyyət göstərdiyi ölkələr arasında Səudiyyə Ərəbistanı ilk sıradadır. Qətər ikinci mövqedədir. Bu dövlətdə bu ana qədər alınan işlərin məbləği 19 milyard dollar səviyyəsindədir. Küveyt üçüncü sırada durur. BƏƏ və Bəhreyndə də əhəmiyyətli layihələr icra edilir. Körfəz ölkələrinin xarici podrat xidmətlərimizin payı 40%-ə yaxınlaşır. Bu anda problem iqtisadi olmaqdan çox siyasi ağırlıqlıdır. Hələ konkret bir əks olunma yoxdur, amma proseslər itki əndişəmizi böyüdür”.

TMB-nin mart hesabatına görə, bu ilin ilk rübündə türk şirkətləri Körfəz ölkələrində 2,9 milyard dollarlıq müqavilə imzalayıb. Bu günə qədər bölgədə alınan işlərdə, 310 layihə və 18 milyard dollarlıq məbləğ ilə, Səudiyyə Ərəbistanı ilk sıradadır. Qətərdə – 128, BƏƏ-də – 108, Küveytdə – 34 layihə icra olunur. Digər bir deyimlə, Qətər istisna olmaqla, Körfəz ölkələrindəki layihələr Qətərin 3,5 qatı səviyyəsindədir. Bu, Qətərın yanında tərəf olmanın Türkiyəyə iqtisadi ziyan vuracağını göstərir.

Bölgəyə ən böyük ixracatı edən sektorlardan İnşaat Məmulatları Sənayeçiləri Dərnəyi (İMSAD) iyun ayı hesabatında Qətərlə digər ölkələr arasında ortaya çıxan və Türkiyəni də bilavasitə olaraq içinə alan böhranın Türkiyənin bu ölkələrə istiqamətli inşaat vəsaiti ixracatını mənfi təsir edəcəyi ifadə edilir.

İqtisadiyyat naziri Nihat Zeybəkçi iyulun 12-də Qətərin iqtisadiyyat və ticarət naziri Əhməd Bin Casim Bin Məhəmməd əl-Sani ilə Ankarada bir araya gəldi. Zeybəkçi: “Qətərə bu günə qədər 197 yük təyyarəsi, 16 TİR və bir də gəmi ilə lazımi mallar göndərilib”, – dedi.

Qətərli nazir isə blokadanın ilk günündən etibarən yanlarında olduğuna görə Türkiyəyə və prezident Ərdoğana təşəkkür etdi.

Qətərə dəstək, başda Səudiyyə Ərəbistanı olmaqla, digər Körfəz ölkələrində türk ixrac məhsullarına qarşı müqavimət meydana gətirərkən, ictimai media vasitəsilə türk mallarına kampaniyaları başladıldı.

Türk-Səudiyyə İş Şurasının sədri Yusuf Cevahir boykotun vəziyyətə hələ əks etmədiyi, ancaq siyasi gedişatın yeni sərmayələrə təsir edəcəyini söyləyir. Türkiyə-BƏƏ Biznes Şurasının sədri Mehmet Habbab isə BƏƏ-nin Səudiyyə Ərəbistanının siyasətini izləyəcəyini söyləyərkən Əbu Dabi ilə Dubayın böhran səbəbiylə "ayrışa biləcəyi" fikirini dilə gətirir.

Qətər böhranı son dövrdə əlaqələrdə gərginlik Türkiyə ilə İranı yaxınlaşdırdı. Prezident Ərdoğanın fevral ayındakı Körfəz ölkələri turunda "Şiə məzhəbçiliyi, Fars milliyyətçiliyi"ndə günahlandırdığı İrandan sərt şərhlər gəlmişdi. İqtisadiyyat naziri Zeybəkcinin fevral ayındakı Tehran səfəri və Tehrandakı Türk Ticarət Mərkəzinin açılışı ilə bu gərginlik ləğv edildi.

Kiçik ərəb dövlətini dəstəklədikdə ikitərəfli əlaqələr də sürətləndi. İqtisadiyyat naziri Zeybəkçi iyulun 10-da özü çox sayda sənayeçi, iş adamı, podratçı və ixracatçı ilə Tehrana getdi.

Türkiyənin xaricindəki bazarlarda açmağı planlaşdırdığı 20 TTM-nin ilki Tehranda açıldı. Daha əvvəl 30 milyard dollar olan ikitərəfli ticarət həcmində hədəf 50 milyard dollara yüksəldildi. 2015-ci ildə tətbiq girən Tərcihli Ticarət Müqaviləsinə (TTA) qarşı Türkiyə-İran ticarətinin tamamilə sərbəstləşdirilməsi məqsədi açıqlandı.

Prezident Ərdoğanın Qətər rəhbərliyiylə fərdi yaxınlığı ilə son dövrdə Türkiyəyə axan Qətər sərmayəsinin sürətlənməsi, türk ixrac məhsullarına qapılarını sona qədər açması digər Körfəz ölkələri ilə yaşanacaq itkilərin kompensasiya etmir.

İran variantını canlandırmağa çalışan Türkiyə hələ 30 milyard dollarlıq ticarət həcmi hədəfindən belə çox uzaqda ikən 50 milyard dollarlıq yeni hədəf iqtisadi gerçəklərlə üst-üstə düşmür.

Ərdoğanın indi Körfəz ölkələri turuna çıxmağı planlaşdırır. Amma onun Qətər tərəfində olması ucbatından Körfəz turundan əli boş dönməsi ehtimalı yüksəkdir. (tərcümə: Strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Ən çox oxunanalar