Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan Ramili təbrik etdi - dünya çempionu Ramil Quliyev kimdir?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Londonda keçirilən yüngül atletika üzrə dünya çempionatında qızıl medal qazanan Ramil Quliyevi təbrik edib


Bu haqda Prezidentin rəsmi saytı məlumat yayıb. Bildirilib ki, R.T.Ərdoğan dünya çempionatında birinci yeri tutan Ramil Quliyevə teleqram göndərərək ona təbriklərini çatdırıb.

Xatırladaq ki, Türkiyəni təmsil edən həmyerlimiz R.Quliyev 200 metr məsafəyə qaçışda finişə 20.09 saniyəyə birinci çatmaqla dünya çempionu adını qazanıb.

Ramil Quliyev kimdir?

Azərbaycan əsilli atlet Ramil Quliyev Türkiyə atletika tarixində bir ilki həyata keçirərək, Türkiyənin dünya çempionatlarında qızıl medala çatan ilk milli atleti olub.

1990-ci il təvəllüdlü Quliyev, Londonda keçirilən Dünya Atletika Çempionatında 20.09 saniyəlik dərəcəsiylə birinci olub və qızıl medal qazanıb.

2011-ci ildən bu yana Türkiyə adından yarışan Quliyev, eyni zamanda, Fenerbahçe-nin idmançısıdır.

İlk olaraq nə zaman diqqəti üzərinə çəkmişdi?

Quliyev hələ 17 yaşında ikən qısa məsafəyə qaçış yarışlarında adından söz etdirəcəyinə dair siqnallar verməyə başlamışdı.

Belə ki, o, 2007-ci ildə Çex Respublikasının Ostrava şəhərində keçirilən Dünya Gənclər Atletika Çempionatında 200 metrdə ikinci yerə çıxır və həmin illərdə əfsanəvi atlet Usain Bolt-un gənclər atletika çempionatlarındakı dərəcələri ilə yarışmağa başlayır.

Ramil GuliyevRamil Quliyev (sağda) 2007-ci ildə Çex Respublikasında keçirilən yarışda Azərbaycanı ikinci yeri qazandırmışdı
Quliyev həmin il Serbiyanın paytaxtında keçirilən Avropa Atletika Çempionatında 200 metrdə qızıl medal qazanır və 100 metr məsafəyə qaçışda isə gümüş medalın sahibi olur.

2009-ci ildə isə o, yenə Serbiyada, ancaq bu dəfə Novi Sad şəhərində keçirilən Avropa Gənclər Atletika çempionatında 100 və 200 metr məsafələrə qaçışlarda da medallar qazanır. Həmin vaxt o, 100 metrdə gümüş, 200 metrdə isə qızıl medala çatmağı bacarmışdı.

Quliyev həmin il Dünya Atletika Federasiyaları Birliyi (IAAF) tərəfindən "Avropanın gələcək vəd edən gənc atletləri" sıralamasında da fransız atlet Christophe Lemaitre-dən sonra ikinci yeri tutub.

Ramil Quliyev 100 və 200 metr yarışlarında göstərdiyi nəticələrlə diqqətləri üzərinə çəkərkən Azərbaycan adına mübarizə aparırdı.

Bakıda doğulmuş atleti atası Eldar Quliyev məşq etdirirdi. Lakin Eldar Quliyevin 2010-cu ildə ürək tutması səbəbilə vəfatından sonra Ramil Quliyev yaşadığı acı və xəsarət problemləri ilə əlaqədar İspaniyanın Barcelona şəhərində keçirilən Avropa Atletika Çempionatında iştirak etməmək qərarı alır.

Türk vətəndaşlığına keçid və gərginlik

2010-ci ildə Quliyev Fenerbahçe ilə müqavilə imzalayaraq İstanbula yerləşir. 2011-ci ildə isə o, Türkiyə vətəndaşlığına keçmək qərarına gəlir.

Lakin Azərbaycan Quliyevin yalnız maddi maraqlar səbəbindən Türkiyə adına yarışmaq istədiyini irəli sürərək, atletin beynəlxalq yarışlarda mübarizə etməsini əngəlləmək siqnalını verir.

IAAF əsasnamələrinə əsasən, Azərbaycanın Quliyevin 2014-ci ilə qədər bütün beynəlxalq çempionatlarda iştirakına mane olma hüququ var idi.

2012-ci ildə Azərbaycanın idman naziri Azad Rəhimov yerli mediaya deyib ki, Ramil Quliyev edilməsi mümkün olmayan tələblər "irəli sürüb".

Cənab Rəhimov bir müsahibəsində "Ramil hər ay 5000 dollar maaş tələb etdi. Bir də mənzil istədi. Biz də ona dedik ki, sənin bu günə qədərki ən böyük uğurun Avropa gənclər çempionluğudur. Sən əvvəl özünü göstər, qazancın da ona görə artacaqdır. Amma o asan yoldan daha çox pul qazanmaq yolunu seçdi" deyib.

Ramil Quliyev isə Azərbaycan Milli Komandasından maddi marağa görə çıxması iddialarını təkzib edərək Türkiyədə və Fenerbahçe-də özünü daha çox inkişaf etdirmək fürsəti tapdığını deyirdi.

Quliyev 2016-ci ildə Rio Olimpiya Oyunları ərəfəsində TRT-yə verdiyi müsahibəsində "Azərbaycanda atletika məsələsində bir həyəcan yoxdur. Heç bir şey etmirlər. Düşərgələr yoxdur, məşq üçün bir imkan yoxdur. Türkiyə isə qardaş ölkə. Çox yaxınıq" bildirib.

Azərbaycanın qadağası

Azərbaycan Atletika Federasiyası, 2010 Avropa Atletika Çempionatı və 2011 Avropa Salon Atletika Çempionatı üçün Quliyevi milli komandaya dəvət edib, amma Quliyev dəvətləri rədd edib.

Bundan sonra Quliyev barəsində IAAF-a şikayət edilib və başqa bir ölkə adına yarışa çıxacağı halda o, vətəndaşlıqdan çıxarılacağı ilə təhdid edilib.

Hətta onun Azərbaycana daxil olanda həbs olunması tələbi də irəli sürülüb.

O dövrdə Quliyev 2012 London Olimpiya Oyunlarında Türkiyə adına yarışa bilməyib.

Azərbaycanın qoyduğu qadağa 2013-cü ilin aprelində bitib və Quliyev yenidən Türkiyə formasıyla yarışlara qatılmağa başlayıb.

Ramil Guliyev, RioRamil Quliyev Rio 2016 Olimpiya Oyunlarında 8-ci olmuşdu. Həmin vaxt yarışın qalibi yamaykalı atlet Usain Bolt olub.

Türk Milli Komandası ilə gələn uğurlar

Quliyev Türkiyə adına ilk böyük yarışına 2015-ci ildə Pekində keçirilən Dünya Atletika Çempionatı zamanı çıxıb.

Burada 200 metr finalında 20.11 saniyəlik dərəcəsiylə 6-ci olan Quliyev, həmin il Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil olunan IAAF World Challenge turnurində 200 metri 19.88 saniyəyə qaçaraq Türkiyə rekordunu qırıb.

Quliyev 2016 Rio olimpiya Oyunlarında isə gözlədiyi uğuru qazana bilməyib, belə ki, o 20.43 saniyəlik dərəcəylə 8-cu sırada yer alıb.

Bu il isə o, Dünya Atletika Çempionatında önəmli rəqiblərini geridə buraxaraq 20.09-luq dərəcəsiylə qızıl medalı qazana bilib.

Quliyevin karyera fəlsəfəsi nədir?

Ramil Quliyev, Londondakı Dünya Atletika Çempionatı başlamazdan əvvəl BBC Türkcənin suallarını cavablandırıb və karyeranın inkişafında mənimsədiyi fəlsəfənin "Öz-özü ilə yarışmaq" olduğunu bildirib.

Quliyev 2015-ci ildə verdiyi bir müsahibədə isə yığma atletlərə olan tənqidlərə cavab olaraq "Mən yarışda yalnız öz adımı göstərmirəm. Addımdan əvvəl Türkiyə bayrağı gəlir. Podiuma çıxanda da ölkə bayrağı qalxır. Biz də buna nail olmaq üçün çalışırıq" demişdi (BBC).
Bu haqda prezidentin rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, R.T.Ərdoğan dünya çempionatında birinci yeri tutan Ramil Quliyevə teleqram göndərərək ona təbriklərini çatdırıb.

Xatırladaq ki, Türkiyəni təmsil edən həmyerlimiz R.Quliyev 200 metr məsafəyə qaçışda finişə 20.09 saniyəyə birinci çatmaqla dünya çempionu adını qazanıb.(qol.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar