Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan niyə hədəfə çevrilib? –Təhlil


Kurtuluş Tayiz


Akşam (Türkiyə), 23.06.2016

Prezident Ərdoğan dünyanın ən məşhur qəzet, dərgi, radiostansiya və telekanallarının gündəmində həmişə ilk sətiri tutur. Amerika prezidentlərinin köhnə və yeni müşavirləri, beyin mərkəzlərinin rəhbərləri, siyasətçilər və hətta məşhur filosoflar hər münasib imkanda Ərdoğana qarşı yönəlmiş nitqlə çıxış edirlər. Ərdoğanın hər bəyanata cavabına və hər addımına səs-küy əvvəlcə Qərbdən gəlir.

Avropa parlamentinin başçısı Martin Şults praktik olaraq hər gün Ərdoğanın əleyhinə danışır. Britaniyalılar isə daha uzağa gedir və Ərdoğan Türkiyəsindən artıq seçkiöncəsi kampaniyalarında istifadə edirlər.

Əlbəttə, Qərbdən qaynaqlanan informasiya bombardmanı ölkənin bəzi dairələrində narazılıq, narahatlıq, vahimə, panika doğurur. “Dostlarımız qalmayıb” ifadəsi ilə başlanan tənqid bu cür şikayətlərlə davam edir: “Qərbdən aralanırıq; ABŞ və İsraillə münasibətlər korlanıb; RusiyaSuriya ilə düşmən olmuşuq; Misir və İraqla münasibətlər havadan asılı qalıb”.

Bunun ardınca qütbləşmənin kəskinləşməyindən tutmuş ölkədə siyasi gərginliyin artmağınadək, qəbuledilməz üslubdan PKK və Xalqların Demokraik Partiyasına yanlış yanaşmaya qədər hər şey ayağına yazılan Ərdoğanın və Ədalət və İnkişaf Partiyasının (ƏİP) buraxdığı səhvlərin sadalanması gəlir.

Əslində, bütün bu problemlərin səbəbi nə Ərdoğandır, nə də ƏİP hökuməti. Qaynaq – Qərbin Yaxın Şərqdəki yeni siyasətidir. Yaxın Şərqin çox qədim status-kvosunun pozulmağından qalxan nəhəng dalğalar ölkəmizin sərhədlərinə çırpılır, beyin və ruhlara çarparaq sarsıntı effekti doğurur.

Bölgəmizin yenidən tərtibləndiyi bir dövrdə, sərhədlərimizə toxunan böyük müharibə və hərc-mərclik dönəmində hələ də əvvəlki arşınlarla düşünüb “Bütün bunlar Ərdoğanın ucbatındandır” deyənlər ətrafda baş verənləri anlamaqdan uzaq reaksiya sərgiləyirlər.

Yaxın Şərq irimiqyaslı çevrilişdən keçir, müharibə maşınları durmadan işləyir, köhnə və yeni sərhədlərin xəritələri masa üzərinə qoyulub, bəzi dövlətlər çöküb, bölgənin sərhədləri yenidən cızılır…

AB və ABŞ Türkiyəyə münasibətdə düşmən qurum və qüvvələrin hamısına qucaq açıb. AB və AP PKK-ya, ABŞ Fətulla Gülənin “paralel təşkilat”ına hamilik edir. Terrorçu qurum İŞİD-lə mübarizədə döyüş meydanına çıxmış NATO Türkiyəyə qarşı vuruşan PKK-ı özünə müttəfiq sayır.

Dünya yüz ildən sonra qapılarımıza yaxınlaşıb, ölkə daxilində kimlərsə “Ərdoğan xofu” və küyçülüklə məşğul olmağı davam etdirir. Lakin əslində, Ərdoğan kimdir? O niyə hədəfə çevrilib?

Ərdoğan öz ölkəsini qoruyan əsgər, qala qapılarının ağzında durmuş gözətçidir.

Qalanın gözətçisi həlak olan kimi…

II Əbdülhəmidi “Yaşasın azadlıq” şüarı altında devirdilər. Sonra aydın oldu ki, sultan deyil, nəhəng İslam imperiyası sındırılıb.

Qərbin Ərdoğanı durmadan nişangaha götürməyinin səbəbi yüz il əvvəlki kimidir. Təkcə onların şüarları azca dəyişilib – “azadlıq” yox,  “demokratiya”, “qırmızı sultan” yox, “diktator Ərdoğan”. (strateq.az)

 pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar