Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğanın Putinə göndərdiyi məktubuda nə yazıldığı açıqlandı - Video

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya prezidenti Vladimir Putinə göndərdiyi məktubda nə yazdığını açıqlayıb:


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya prezidenti Vladimir Putinə göndərdiyi məktubla bağlı Cumhurbaşkanlığının sözcüsü İbrahim Kalın ilkin açıqlama verib. 

Kalın deyib ki, Ərdoğan Putinə gönderdiyi məktubda məlum hadisə ilə bağlı üzüntülərini bildirib. Məktubun mətni ilə aşağıdakı videoda tanış ola bilərsiz.

****


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Su-24 qırıcısının vurulmasına görə rusiyalı həmkarı Vladimir Putindən üzr istəyib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Kremlin mətbuat katibi Dmitri Peksov bildirib ki, Türkiyə prezidenti bununla bağlı V. Putinə məktub ünvünlayıb. Ərdoğanın “Təyyarəni bilərəkdən vurmaq niyyətimiz olmayıb” dediyi açıqlanıb.

Mətbuat katibinin sözlərinə görə, Ərdoğan məktubunda “üzr istəyirəm” ifadəsindən istifadə edib. Bundan başqa, Türkiyə prezidenti Moskvanı Ankaranın strateji tərəfdaşı adlandırıb və ölkəsinin Rusiya ilə münasibətləri korlamaq istəmədiyini bildirib.

“AzPolitika.info” Türkiyə mediasına istinadən məlumatına görə isə, Ərdoğanın məktubunda iki ölkə arasında münasibətlərin pisləşməsinə səbəb olan hadisə ilə bağlı  üzüntülərini bildirdiyi, “ölən ailənin acısını bütün qəbimlə paylaşıram” yazdığı qeyd edilir.

Ərdoğan məktubda Rusiyanı Türkiyənin dostu və strateji tərəfdaşı adlandırıb: “Bizim heç vaxt Rusiyaya məxsus təyyarəni vurmaq kimi niyyətimiz olmayıb. Biz öz üzərimizə böyük risk götürərək və ciddi səy göstərərək rusiyalı pilotun cəsədini Suriya ərazisindən çıxardıq və onu Türkiyəyə gətirdik. Mən bir daha həlak olan pilotun yaxınlarına başsağlığı verirəm və üzüldüyümü bildirirəm. Onların acısını bütün qəlbimlə paylaşıram. Rüsiyalı pilotun ailəsini türk ailəsi kimi qəbul edirəm. Ailənin acısını yüngülləşdirmək üçün istənilən təşəbbüsə hazırıq”.

Məktubda həmçinin bildirilir ki, Ərdoğan Türkiyə-Rusiya münasibətlərinin normallaşması və onların ənənəvi səviyyəyədək bərpa olması üçün əlindən gələni etməyə hazırdır.

Qeyd edək ki, son günlər Rusiya və Türkiyə arasında münasibətlərin normallaşması üçün ilk addımlar atılır. Belə ki, dünənTürkiyə baş nazirinin köməkçisi Numan Kurtulmuş baş nazir Binali Yıldırımın rəhbərliyi ilə keçirilən iclasdan sonra mətbuata verdiyi açıqlamada bildirib ki, Rusiyada investorların Türkiyədən olan işçiləri çalışdırmağı üçün qoyulan qadağa aradan götürülü: “Son zamanlarda Rusiya ilə əlaqələrimizinin yaxşılaşdığı hiss edilir. Rusiya tərəfinin də əlaqələrin normallaşması üçün gərəkli addımı atdığını görürük”.

Türkiyə rəhbərliyi də Rusiya ilə münasibətlərin yaxşılaşması üçün addımlar atmağa başlayıb. Baş nazir Binali Yıldırım bu axşam təşkil edəcəyi iftara Rusiyanın Türkiyədəki səfirini də dəvət edib. O, yaxın günklərdə əlaqələrin tam normallaşacağını bəyan edib.

Ərdoğanın Putinə məktubu da bu istiqamətdə atılmış önəmli addım hesab edilir. Politoloqlar bu məktubub 2 ölkə hökuməti arasında gedən müzakirələrin nəticəsi olaraq yazıldığı qənaətindədir. Yəni, Ankaradan sərt “şillə” alan Putinin Türkiyə ilə bağlı siyasətini dəyişməsi üçün belə bir məktuba ehtiyac vardı. Ərdoğan da Türkiyənin maraqlarını ön plana alaraq bu məktubu yazdı.

Moskva bunu “üzr” kimi, Ankara “üzüntü” kimi təqdim edəcək. Ancaq əsas məsələ münasibətlərin normallaşmasıdır ki, bunun baş verəcəyi gözlənilir.

Hər halda Ərdoğan üzərinə düşəni etdi. İndi “top” Putindədir.

pia.az




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar