Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğanın Rusiyaya meydan oxumağa siyasi-hərbi qüdrəti varmı, yoxsa Türkiyə liderinin çıxışı populist xarakterlidir?

Natiq Miri: “Rusiyanın qırıcı təyyarəsini vurulmasından sonra mən rus rəsmilərinin boğazdan yuxarı açıqlamalarından başqa adekvat bir şey görmədim”


“Əgər bu siyasi və hərbi qüdrət Türkiyədə olmasa idi, bugünə qədər bütün dünyanı öz dağıdıcı gücü ilə çaşdıran Rusiyanın qırıcı təyyarəsini vurandan  sonra sözdə deyil, əmməldə  Rusiya Türkiyəyə qarşı nəsə edərdi”.

Bu fikirləri PİA.AZ-a Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri Rəcəb Tayyib Ərdoğanın Bakı səfərindən əvvəl səsləndirdiyi  “Azərbaycan sizə nə Gürcüstandır, nə də Ukrayna”, bəyanatına münasibətini şərh edərkən qeyd edib. 

Xatırladaq ki, son vaxtlar  Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı  müxtəlif mövqelərdən bəyanatlar eşidilir. Bu da bu məsələnin region üçün nə qədər önəmli olduğunu göstərir. Xüsusi ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın son bəyanətı diqqət cəlb edib. Xatırladaq ki, Türkiyə lideri ErmənistanRusiya rəhbərliyinə  “Azərbaycan sizə nə Gürcüstandır, nə də Ukrayna”, mesajını verərək, Rusiya prezidenti Vladimir Putinə bir daha meydan oxumaqdan çəkinməyib. Hər zaman Azərbaycanın yanında olan qardaş ölkə Rusiyaya və Ermənistana açıq şəkildə meydan oxumaq üçün siyasi-hərbi qüdrəti varmı, yoxsa bu bəyanatı sadəcə populist xarakterli çıxış olaraq dəyərləndirilməlidir?

Image result for Natiq Miri


Natiq Miri: “Əgər bu siyasi və hərbi qüdrət Türkiyədə olmasa idi, bugünə qədər bütün dünyanı öz dağıdıcı gücü ilə çaşdıran Rusiyanın qırıcı təyyarəsini vurandan  sonra sözdə deyil, əməldə  Rusiya Türkiyəyə qarşı nəsə edərdi”.



PİA.AZ-ın əməkdaşı bu mövzunu  Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə müzakirə edib. Politoloqun fikrincə, bu açıqlama Türkiyə ilə Azərbaycan arasında strateji müttəfiqliyin ən üst səviyyəyə çıxmasının, eyni zamanda Azərbaycanın  güclü dövlətinin və nizami hərbi orduya malik olduğunun sübut edən faktdır: 

“Bu bəyanat  eyni zamanda Türkiyənin sonadək Azərbaycanın yanında olacağını göstərir. Bu açıqlama göstərir ki, Türkiyə ilə Azərbaycan arasında strateji müttəfiqlik ən üst səviyyəyə çıxıb.Türkiyə prezidentinin bu bəyanatı həmçinin Azərbaycanın  güclü dövlətinin və nizami hərbi orduya malik olduğunun sübut edən faktdır.

 Ərdoğanın bu bəyanatı ilə 3 məsələyə toxunur: 

1.Azərbaycanın güclü dövlət olduğunu nəzərə çatdırır;

2.Güclü, nizamı bir orduya malik olduğuna işarə vurur; 

3.Azərbaycan arxasında güclü, regional gücü olan Türkiyənin durduğuna  işarə edir. Bu 3 əsas amili  vurğulayaraq Azərbaycanın Nə Gürcüstan, nə də Ukrayna olmadığını bildirir.

Əgər bu siyasi və hərbi qüdrət Türkiyədə olmasa idi, bugünə qədər bütün dünyanı öz dağıdıcı gücü ilə çaşdıran Rusiyanın qırıcı təyyarəsini vurandan  sonra sözdə deyil, əmməldə  Rusiya Türkiyəyə qarşı nəsə edərdi.
 Rusiyanın qırıcı təyyarəsini vurulmasından sonra mən rus rəsmilərinin boğazdan yuxarı açıqlamalardan başqa adekvat bir şey görmədim. Buda bilavasitə Türkiyənin qüdrətini göstərən faktdır”.

Sübü Əzizova
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Ən çox oxunanalar