Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğanın bilmədiyiniz sirri


Şeirin yetişdirdiyi lider


Çağdaş Türkyənin siyasi mənzərəsi türk xalqının iradəsinin və Türkiyə cəmiyyətinin nəbzinin göstəricisidir. Son illərin siyasi atmosferində önəmli bir yerə sahiblik edən Tayyib Ərdoğan isə bu cəmiyyətin bağrından qopmuş liderdir. Ancaq işin əcaib və qərib olan tərəfində Ərdoğan siyasi xarakterinin aldığı tərbiydə xalqın, cəmiyyətin, millətin nə qədər təsir dairəsinin güclü olması fakt sayılsa da,  bir də bu qardaş ölkənin ən azından son 60 ildə bir çox dəyərli, əvəzsiz şəxsiyyətlərinin  özlərindən sonrakı nəsillərə qoyub getdikləri vazkeçilməz bir imkanları qalıb. Türkiyə bu imkanlardan doya-doya  zaman-zaman gücü yetdiyi qədər istifadə edib və edəcək.

 Nəcib Fazil Qısakürəyin ideoloji düşüncələrini, bədii yaradıcılığını kimsə inkar edib ondan imtina edə bilməz. Ərdoğan nəslinin gəncliyinin Qısakürəyin “Sakarya Türküsü” kimi nəhəng abidəylə, əsərlə  yetişdiyi həmişə etiraf kimi səslənib. Bu ölməz insan dəfələrlə öz yazıları üzündən həbs olunsa da, heç vaxt uğrunda savaşdığı ideyadan vaz keçmədi.   Yaşadığı dönəmdə hər tərəfədən saysız-hesabsız düşmənlər qazandı. Ətrafın üzərinə yağan nifrət və aşağılayıcı baxışları onu sındırmadı, qırmadı. Çünki o, Türkiyə kimi bir ölkənin və cəmiyyətin gələcək nəbzini doğru tutuduğu qənaətindəydi. Bunun da səbəbi ustadın bu qardaş ölkənin  keçmişini, tarixini və mədəniyyətini dəqiq öyrənməyindən, bilməyindən, bir də onun böyük ruhundan, millətinə olan sevgisindən irəli gəlirdi. Ərdoğan nəslinin tanınmışlarından kimsə bu ustad sənətkarın böyüklüyünü və əvəzedilməzliyini inkar edə bilmirlər. Sözsüz ki, Qısakürək kimi bir şəxsiyyətin formalaşmasında Süleyman əfəndinin (o dönəmin böyük mənəvi liderlərdindən hesab edlir) kimliyini, varlığını inkar etmək, bu günkü Türkiyəni inkar etməkdir. Bu barədə, nəsib olarsa, gələcək yazılarımızda söhbət açmaq niyyətindəyik.

Bu böyük zatın mənəvi öndərliyində (Süleyman əfəndi nəzərdə tutulur) Türkiyə xalqının  potensial imkanları o dönəmlərdə, 2-ci Dünya savaşından sonra yavaş-yavaş  düzəlməyə, realizə olunmağa, özünü doğrultmağa doğru üz tutmuşdu. Bu dönəmlərdə Adnan Menderes artıq Türkiyə siyasi mühitində önəmli füqura çevrilmişdi.

Adnan Menderesin faciəvi şəkildə siyasi meydanda məhv edilməsinin bir çox səbəbləri vardır və bu bizim mövzubəhsimiz olmadığından məsələdən yan ötürəm. Adnan Menderes türk xalqının bağrından qopmuş bir siyasi öndərə çevrildi. Nəhayət, uzun illərdən sonra belə bir şəxsiyyətin Türkiyənin siyasi həyatında görünməsi gələcək üçün çox böyük siyasi imkanar yaratsa da, bu,  zamanında türk xalqına, cəmiyyətinə, dövlətinə ağır başa gəldi. Nəhayət, belə bir insan gerçəkdən heç bir günahı olmadan, xalqına sevgisi ucbatından rəzalət doğuracaq bir şəkildə aradan götürüldü. Elə o dönəmdən sonra Türkiyə siyasi mühitində Menderesdən fərqli olan insanlar Türkiyəni bataqlığa doğru sürükləməyə başladılar. Bu işlərdə təbii ki, xarici  faktorları nəzərə almadan keçmək düzgün deyil. Ancaq  tarixlər yazmış xalqın ruhu hələ də  ölməmişdi. Onun üzərində xarici missionerlər, güclər öz çirkin niyyətlərini həyata keçirmək üçün qalmadıq oyunlara əl atsalar da, xalq  əzəldəki mənəvi və ruh yapısını yavaş- yavaş üzə çıxarmaqla məşğul idi. Bu illər Ərdoğan nəslinin gənclik illərinə təsadüf edir. Qısakürəyin çıxışları, şeirləriylə yetişən yeni siyasiləşmiş nəsillə Türkiyə 70-80-cı illərdə üz-üzə gəlir. Az keçmir ki, bu nəsil Türkiyə siyasi həyatında önəmli zirvəni fəth edir.

Ərdoğan nəslinin yetişdiyi, tərbiyə aldığı siyasi, mənəvi mühit oduqca maraqlı və hesab edirəm ki, Azərbaycan cəmiyyəti üçün də qapalı bir məsələdir. Adnan Mendereslər asılanda Ərdoğanlar Anadoluda, Türkiyənin müxtəlif köşələrində xocaların dizlərinin dibinə çəkilib Quran oxumağı, namaz qılmağı  öyrənir,  Türkiyənin şanlı tarixini  çağdaş dünyaya necə daşımaq lazım olması barəsində düşünürdülər. Bu gənclik əsla meydanlarda sloqanlar atmaqla, pəncərə qırıb, dükanların vitrinlərini yerləbir etməklə, Türkiyə böyüklərinə həqarət yağdırmaqla məşğul olmadılar, şüarlarında xarici kəşfiyyatların maraqlarını ifadə edən sözlərə yer vermədilər. Onlar, sadəcə, hər şeyin, eləcə də Türkiyənin gələcəyinin elmdə, təhsildə, mənəviyyatda olduğuna inandılar, inandıqlarına da əməl etdilər.

 Bax, bu gün Türkiyənin siyasi meydanından hər cür  maneəçiliklərə baxmayaraq,  bu komanda, bu hakimiyyət Qısakürəyin şeirlərindən çıxmış, Mendersein asılmağını özlərinə belə bağışlamayan insanlardır. Bu bağışlamamaq dediyimdə,  bir zamanlar buraxılan siyasi səhvlərin təkrarlanmamasını nəzərdə tuturam. Bir tərəfdən də, istənilən halda, yürüdülən siyasətlərin ideoloji mahiyyətində xalqın sahib olduğu dəyərləri, onun dünyagörüşünü, düşüncə tərzini də nəzərə almamaq qeyri-mümkündür.

Ərdoğanı və onun mənsub olduğu nəsli yetişdirən, ən əsası isə, onların üzdə olmayan, ancaq   ömürlərini bu xalqın övladları yolunda şam kimi əridən mənəviyyat ərləridir. O kişilərdən bəzilərini  şəxsən görüb tanıdığım üçn, elə bir mühitlə yaxından tanış olduğum üçün Allahıma şükran borcumu heç vaxt əskik etmədim. Bu insanlarla tanışlıqdan və Türkiyə mühitini, xalqını tanıdıqdan  sonra anladım ki,  gerçəkdən  hər şey kitablarda yazılmır. Lazımı və əsl bilgilər var ki, o, sadəcə, insandan insana, nəsildən nəslə, mühitdən mühitə ötürülür. Beləcə, günlərin bir günü bir xalqın böyük tarixi, böyük mədəniyyəti yaranır.

Ən qəribəsi odur ki, bu gün Ərdoğan  Sezai Qaraqoçun ən məşhur şeirlərindən birini oxuyur. Bu şeir məktəbi də, bu şair də Nəcib Fazıl Qısakürəyin ədəbi-estetik-ideoloji hədəflərini əhatə edən bir qaynaqdan süzülüb gəlir. Məncə, Ərdoğanın nə istədiyini anlamaq lazım, onun hədəflərini  dərk etmək isə çox vacibdir.

XANƏMİR


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Ən çox oxunanalar