Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğanın ikinci cəhdi...


Hüseynbala Səlimov yazır


Başa düşürəm, demokratiya əleyhdarları, daim demokratiyaya opponentlik edənlər Türkiyədə baş verən proseslərə təkcə təşvişlə deyil, bir az da istehza ilə baxırlar...

Amma mən onları tələsməməyə və tələsik nəticələr çıxarmamağa çağırardım. O kəslər ki, hər şeyi yalnız son nəticə ilə ölçürlər, onlar N.Makiavellinin “Məqsəd vasitəyə bəraət qazandırır!” fikrilə oturub-dururlar. Onların fikrincə, indi, bu an Türkiyəyə heç vaxt olmadığı kimi möhkəm hökumət lazımdır...

Amma məsələ də bundadır ki, “möhkəm hökumət” ifadəsini də hərə bir cür başa düşür. Millətin etimad verdiyi hökumət də möhkəm hökumətlər sırasına aid edilməli, bəlkə də həmin ifadənin həm 21-ci əsrə, həm də normal siyasi məntiqə görə yeganə yozumu olmalıdır... Təbii ki, “Xalq üçün xalqsız!” şüarı ilə düşünənləri bir yazı ilə, hətta on yazı ilə inandırmaq mümkün deyil... Amma dünya çox dəyişib, bu dəyişiklikləri görməyənlər, daha doğrusu, onun təsdiqinə imza atmayanlar bəlkə özləri də bilmirlər ki, öz taleləri üçün hansı hökmü verirlər...

Qayıdaq mətləbə. Türkiyə demokratik dövlətdir. Bu faktı ən azı ona görə təkrar - təkrar vurğulamaq lazımdır ki, müsəlman dünyasında ikinci belə bir dövlət yoxdur. Düzdür, demokratiyanın da zəif cəhətləri var. Demokratlar adətən bir məsələdə çətinlik çəkirlər - birləşmək, bir söz demək onlara elə də asan başa gəlmir. Həm də demokratiya zamanı qərarlar çətin, bir az ləng qəbul olunur...

Bunu deyəndə demokratiya əleyhdarları qayıdırlar ki, bəs biz nə deyirik, məgər biz də elə bunu demirikmi? Olsun. Amma bir sual var. Demokratiyanı bəyənməyələr, ona şübhə və bir az da nifrətlə yanaşanlar avtoritar üsullarla qərar qəbul etməklə nəyə nail olublar? Elə bu yola üstünlük verənlər, tutaq ki, Azərbaycanda nəyə nail olublar? Dağlıq Qarabağda bu 22 ildə heç olmasa, bir rayon azad edilibmi?..

Hökumət millətin seçimi ilə formalaşanda onun məsuliyyətini də elə millətin özü daşıyır. Təbii ki, çətindir. Bir çoxu R.T.Ərdoğanı ifrat inadkarlıqda, ölkə üçün məsuliyyətli anda özünün siyasi ambisiyalarını təmin etməyə çalışmaqda qınayırlar. Amma biz yenə də tələsməzdik. Erkən seçkilərə bir o qədər də çox qalmayıb. Millət Ərdoğan haqqında nə düşündüyünü seçkidə ifadə edəcək və biz də hamımız bunu görəcəyik... 

Əgər millət onun kursuna dəstək verməsə, Ərdoğan bununla da hesablaşacaq. 
Ən azı ona görə ki, bura Türkiyədir, burada seçkiləri saxtalaşdırmaq - filan ola bilməz, hər şey doğru-dürüst, vicdanla olur...

Əgər yox, millət Ərdoğana dəstək versə, bu, o demək olacaq ki, digərləri də bununla barışmalıdır. Düzdür, Ərdoğana mütləq qələbə çox lazımdır, o, hətta bunda israr edir, amma yenə də seçim millətindir...

Bəlkə onun Türkiyədə prezident üsul-idarəsini bərqərar etməyə cəhd göstərməsində bir məntiq var? Bəli, birinci seçki göstərdi ki, onun bu planı keçərli olmadı, prezidentin partiyası mütləq çoxluğu qazana bilmədi. Bəziləri elə bunu əsas götürərək israr edirlər ki, ikinci seçkidə millət Ərdoğana yenə də “yox” deyəcək...

Onlar bu fikri əsas götürürlər ki, qısa müddətdə millətin fikri yaxşılığa doğru ciddi şəkildə dəyişə bilməz, o, ən yaxşı halda birinci seçkidəki nəticəni təkrar edəcək, böyük ehtimalla isə hakimiyyətə dəstəyini bir az da azaldacaq... 

Bunu israr edənlər ki, Türkiyənin indiki vəziyyətinə də diqqət yetirməyi tövsiyə edirlər. Türkiyə indi PKK ilə, İŞİD-lə və bir də B.Əsədlə vuruşmaq zorundadır. İnsanlar isə həmişə sabitliyə önəm verirlər. Qərəz, bu məntiqin də söykəndiyi bir fakt var ki, birinci seçkidən bu tərəfə ölkədə vəziyyət nəinki yaxşılığa doğru dəyişib, hətta pisləşib. Bu isə Ərdoğanın partiyasının şansını çox azaldır...

Amma Ərdoğana haqq qazandıranların da öz arqumentləri var. Onlar da diqqəti kürd partiyası olan HDP-nin şanslarına yönəldirlər. Onlar belə hesab edir ki, HDP-nin mandatları böyük ehtimalla digər müxalifət partiyaları arasında bölünəcək və ola bilsin ki, onun bir qismi də elə hakimiyyətə nəsib olacaq. Fəqət, belə fikirlərə düşmək hələ tezdir. Hələlik bəlli olan budur ki, HDP də müvəqqəti hökumətdə iştirak etmək üçün dəvət alıb... 

Qərəz, çox ssenarilər fikirləşmək olar. Amma bizim istədiyimiz nədir? Bu gün müsəlman dünyasında bir az əvvəldə qeyd etdiyimiz kimi, tək bir demokratik ölkə var. Bu ölkənin insanlarının buna görə pərt olmasını istəməzdik! Allah öz  köməyini onlardan əsirgəməsin!.. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Ən çox oxunanalar