Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğanın kritik İran səfəri


Qarabağ üçün daha bir koalisiya yaranır


Bölgənin ən qanlı münaqişə ocağına dair mühüm gəlişmə; Ankara-Tehran-Moskva formatında Suriya böhranın həlli böyük bir bölgədə digər potensial müharibə ocaqlarının da söndürülməsinə yol açardı; Azərbaycanın daxil olduğu region taleyüklü mərhələ astanasında... 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gələn həftə İrana gedəcək. “Fars” agentliyinin yaydığı xəbərə görə, məqsəd Suriyadakı terrorçu qruplaşmalara qarşı Rusiya-Türkiyə-İran əməkdaşlıq formatının yaradılmasını müzakirə etməkdir. İnterfaks isə “əl-Hayat” ərəb qəzetinə istinadın yazır ki, səfər Suriyaya dair Ankara, Tehran və Moskva arasında koalisiya formalaşdırılmasının başlanğıcı ola bilər.

Yada salaq ki, ötən həftə İranın xarici işlər naziri Cavad Zərif Türkiyəyə səfər edib. Səfər zamanı nazir bəyan etmişdi ki, İran, Rusiya və Türkiyə əməkdaşlıq etməli olan regional oyunçulardır. İran XİN başçısının müavini Hoseyn Ənsari isə ardınca bildirmişdi ki, Tehran və Ankara regional problemlərlə bağlı danışıqları davam etdirmək barədə razılığa gəliblər. Ənsari bu məsələlərin müzakirəsi üçün tezliklə Türkiyəyə gedəcəyini də öz sözlərinə əlavə eləmişdi.
Öz növbəsində Rusiya prezidenti Vladimir Putinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov bəyan eləmişdi ki, Rusiya, İran və Türkiyə üçtərəfli formatda Suriyadakı situasiya ilə bağlı danışıqlar apara bilər. “Rusiyaİran həm Suriya, həm də ümumən Yaxın Şərqlə bağlı ikitərəfli və fəal məsləhətləşmələr aparmaq üçün razılığa gəlib. Türkiyəli tərəfdaşlarla bu məsləhətləşmələr XİN-lər səviyyəsində üçtərəfli görüş formatına da çevrilə bilər. Bu - tamamilə mümkündür” - rusiyalı diplomat bildirmişdi. Onun sözlərinə görə, İran xarici işlər naziri və onun müavini ilə görüşdə tərəflər Suriyaya dair informasiya mübadiləsi edib. Problem habelə Moskva və Tehran rəsmilərinin Türkiyə rəhbərliyi ilə təmasları kontekstində müzakirə edilib.

*** 
Xatırladaq ki, İran, RusiyaAzərbaycan prezidentlərinin Bakı sammitində də Suriya mövzusu diqqət mərkəzində olub. Prezident Ərdoğanın Peterburq səfərindən sonra isə Türkiyə baş naziri Binəli Yıldırım Suriya probleminin həllinə çox yaxın olduqlarını bildirmiş, “Biz bölgədə marağı olan qüvvələrlə birlikdə problemi həll edəcəyik” deyərək, məsələnin həlli ilə bağlı Türkiyənin 3 bəndlik planını açıqlamışdı. 



Həmin bəndləri bir daha yada salaq: “1. Suriyanın ərazi bütövlüyü qorunacaq. Başqa sözlə, bu ölkədə PYD-nin (terrorçu PKK-nın Suriyadakı qolu - red.) təsiri altında olacaq bir dövlətin qurulması müzakirə edilməyəcək; 

2.Yeni mərhələdə məzhəbə, etnik və regional məsələlərdən birinin üstünlüyünə əsaslanan bir dövlət quruluşu olmayacaq. Məzhəb əsasında bir dövlət qurulmayacaqsa, deməli, Bəşər Əsəd də siyasi səhnədə uzun müddət qalmayacaq; 

3. Məsələnin Türkiyə ilə bağlı ən əhəmiyyətli hissəsi isə suriyalı qaçqınların geri qayıtmasıdır. Böhran həll edilməyə başlayandan sonra Türkiyə də daxil olmaqla, bölgə ölkələrinə sığınan və qaçan suriyalı qaçqınlar müəyyən proqram əsasında geri dönəcək".

 

*** 
Göründüyü kimi, türk-rus barışından sonra Suriyaya dair prosesin intensivləşdiyi göz önündədir. Əgər Suriya böhranı ilə bağlı üç ölkə ortaq məxrəcə gəlib vahid həll mexanizmi tapsa, bu mexanizmi reallaşdıra bilsə, müharibə alovu söndürülsə, bu, təkcə həmin üç dövlət adına böyük uğur olmayacaq, udan bütövlükdə beynəlxalq birlik, qlobal sülh olacaq. Eyni zamanda İŞİD probleminin birdəfəlik qapadılması üçün unikal fürsət yaranacaq. 



Suriya böhranının üç regional surpergücün ortaq səyləri ilə aradan qaldırılması həmçinin, regiondakı digər konflikt ocaqlarının söndürülməsinə ciddi töhfə verə bilər. Söhbət ilk növbədə Yaxın Şərq böhranı səbəbindən arxa planda qalmış Dağlıq Qarabağ məsələsinə bu presedentin təsirindən gedir. Bəllidir ki, hər üç ölkə xüsusən də Rusiya və Türkiyə həmsərhəd olaraq, Güney Qafqaza mühüm təsir rıçaqlarına malikdir - Moskva İrəvanla, Ankara isə Bakı ilə müttəfiq münasibətlərindədir, üstəlik, Tehranın işğalçı ölkəyə vazkeçilməz təzyiq rıçaqları mövcuddur. 



Elə isə niyə də daha bir koalisiya Qarabağ məsələsi üçün yaranmasın? Təbii ki, Qərblə - ABŞAvropa Birliyi ilə sinxron hərəkət ediləcəyi təqdirdə Suriya ixtilafının ardınca daha bir təhlükəli münaqişə, potensial müharibə mənbəyi qapadıla bilər - yetər ki, buna region dövlətlərində, ələlxüsus da Rusiyada siyasi iradə olsun. 

Heç şübhəsiz, Moskva Suriya məsələsində göstərdiyi qətiyyəti Qarabağ məsələsində də nümayiş etdirsə, o zaman ötən saylarımızın birində qeyd elədiyimiz kimi, Suriyadan sonra növbə Qarabağa çata bilər. Bu ehtimalı gücləndirən amillərdən biri də son vaxtlar İran-Rusiya-Azərbaycan formatının uğurla təşəkkül tapması, İran-Rusiya-Türkiyə, İran-Rusiya-Azərbaycan-Türkiyə formatlarına isə “yaşıl işıq” yandırılmasıdır... 

Belə görünür, Azərbaycan da daxil, böyük bir region taleyüklü, yeni bir mərhələnin astanasındadır. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar