Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğanın məhkumluğu.., dizdən yuxarı şalvar geyinən ərəb.. və Kazımoğlunun nənəsinin serial dərdi... - Həftənin sitatları


Aqil Ələsgər: “İndiki zamanda “dayday”ı olmayan jurnalist “detdom” uşağı kimi bir şeydir. “ “Detdom” uşağının bayramı olmur, nəçənnik””


Çingiz Abdullayev: “Bu gün Ərdoğan və onun tərəfdarları qalib gəldi. Ancaq bu, Pir qələbəsi idi (qurbanlarının sayına görə, məğlubiyyətə bərabər qələbə). Əgər ölkədə ordu öz Ali Baş Komandanına qarşı çıxırsa, demək ki, o öz leqitimlik ehtiyatını tam itimişdir. Ərdoğan daha bir neçə il ölkəni idarə edə bilər, lakin onun reputasiyasına dağıdıcı zərbə dəymişdir. Bütün türk ordusuna vurulmuş zərbə kimi... Ərdoğan indi məhkumdur”.

PİA.AZ-ın redaktoru Gülyanaq İSMAYILQIZI “Həftənin sitatları” layihəsini təqdim edir.

Qeyd edək ki, bəzi sitatlar konteksdən çıxarıldığı üçün düzgün anlaşılmaya da bilər. Bunu nəzərə almağı xahiş edirik.

Türkiyənin baş naziri Binəli Yıldırım:Azərbaycana çox minnətdarıq. Hörmətli Əliyev bütün fəaliyyətlərini (Fətullah Gülənə bağlı fəaliyyətləri nəzərdə tutur.-red) dərhal dayandırdı. Digər dostlarımızdan da bunu gözləyirik. Bunların həmin ölkələrə də xeyri yoxdur, olduqları ölkələrdə insanlıq üçün böyük təhdid təşkil edirlər. Bəri başdan bütün dostlarımızı bunlara şərait yaratmaqdan əl çəkməyi və Türkiyə ilə dostluğu seçməyi tövsiyə edirik”.

Rəcəb Tayyib Ərdoğan: “Bu çevrilişin arxasında başqa dövlətlər dura bilər. Gülənçilərin (FETÖ terror təşkilatının üzvlərinin) ali şüuru var ki, bunu planlaşdıra bilərdi. Vaxt gələcək, bütün bu əlaqələr ifşa ediləcək”.

Azərbaycan Respublikası prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov: “Ümummilli lider Heydər Əliyev “Əkinçi” qəzetinin nəşr olunmağa başladığı 22 iyul gününü Azərbaycanda Milli Mətbuat Günü elan etdi və 70 illik sovet idarəçiliyi dövründə kölgədə qalmış ənənələr, mətbuatımızın şanlı tarixi özünə qaytarıldı. Heydər Əliyev söz və məlumat azadlığını, fikir plüralizmini Azərbaycanda Konstitusiya normasına çevirdi, 1992-ci ildə tətbiq olunmuş və milli mətbuatın inkişafı yolunda ciddi maneəyə çevrilmiş senzuranı 1998-ci ildə aradan qaldırdı. 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyi ləğv olundu və Azərbaycan dövləti mətbuat üzərində dövlət nəzarətindən imtina etdi”.

Xalq yazıçısı Çingiz Abdullayev: “Açıq danışaq, Ərdoğan Atatürkün vəsiyyətlərindən sadəcə uzaqlaşmadı, o, həm də bütün bu illər ərzində ölkəni dəyişdi və onun yolunda başlıca maneə türk ordusu idi. Çoxları unudur ki, Mustafa Kamal Atatürk qətiyyətli antiklerikalist idi və dünyəvi dövlət  tərəfdarı olub. Şübhəsiz, Türkiyə iqtisadiyyatının möhkəmlənilməsində, son uğurlarında, onun nüfüzunun yüksəlməsində Ərdoğanın xidmətləri etiraf olunmalıdır. Bununla bərabər, o da etiraf olunmalıdır ki, bütün bu illər ərzində Ərdoğan ordunun simasında özünün başlıca ideoloji düşmənini görmüş və şüurlu şəkildə onun dünyəvi ruhunu məhv etmişdir”.

MHP-dən olan deputat Atilla Kaya: “Türkiyə çox böyük bir uçurumun başından döndü”.

NATO-nun baş katibi Yens Stoltenberq: “Türkiyədə hərbi çevriliş cəhdindən sonra həyata keçirilən həbslər ölkənin silahlı qüvvələrini zəiflətməyib”.

Yenicag.az” saytının baş redaktoru Aqil Ələsgər: “Gül də açıq şəkildə Gülənə qarşı cəbhə açdısa, bu o anlama gəlir ki, FETÖ ən önəmli ölkələrdən birinin dəstəyini itirdi...”

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan: “Biz əhalisi 79 milyonu keçmiş Türkiyədə bu çirkin qruplaşmanın bütün ünsürlərini zərərsizləşdirmək məcburiyyətindəyik. Əgər onları təmizləməsək, bunun cəzasını ağır ödəyərik”.

Azərbaycan Respublikası prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov: “Ayrı-ayrı ölkələrdə sabitliyin pozulması, vətəndaş qarşıdurmaları, sosial fəlakət və bu kimi digər neqativ hallar artıq günümüzün reallığına çevrilib. Qlobal informasiya məkanına nəzarət meylləri güclənir, müxtəlif xarici dairələr transmilli media resursları vasitəsilə bütün dünyaya öz baxışlarını təlqin etməyə, insanları müəyyən maraqlar çərçivəsində istiqamətləndirməyə çalışırlar və əfsus ki, müəyyən mənada buna nail olurlar”.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova : “Türkiyənin və ya hər hansı digər ölkənin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə cəlb edilməsi həmin ölkənin danışıqlar prosesinə verəcəyi konstruktiv töhfədən asılıdır”.

Politoloq Zərdüşt Əlizadə: “Türkiyə nə ABŞ, nə də  Avropa Birliyindən üz döndərməyəcək.  Öz növbəsində ABŞ da Türkiyə kimi tərəfdaşından  imtina etməz. ABŞ-ı ittiham etməsinə gəldikdə isə bu məsələ bir o qədər də ciddi deyil”.

Tanınmış jurnalist Azər Sarıyev: “Dünyada ən çox lənətlənən, qorxulan ağıllı güclülərdir. Fiziki güclülər, əqli zəiflər onlara nifrət edir. Məsələn, anqlosakslar, yəhudilər zəiflərin ən çox tənə, nifrət etdiyi xalqlardır, ancaq dünyanı idarə edirlər”.

Yazar Mirmehdi Ağaoğlu: “Əsgəri bu cür rəzil günə qoymaq şərəfsizliyin Everestidir. Hərbdə olanlar bilir ki, əsgər qərar vermə haqqı özündə olmayan şəxsdir. Əsgər o formanı geyəndə hərbi and içir. Hərbi and bilirsiz nədir, əgər atan belə düşmən kimi qarşına çıxsa tərəddütsüz vurmalısan”.

Toğrul Allahverdili: “Ya ov ol, ya da ovçu, ancaq ovu ovçuya aparan it olma...”

Milli Məclisi Sədrinin birinci müavini Ziyafət Əsgərov: Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Amma biz onlara Azərbaycanın tərkibində ən yüksək muxtariyyət statusu verməyə hazırıq. Bu, bizim birdəfəlik mövqeyimizdir”.

Xalq yazıçısı Çingiz Abdullayev: “1917-ci ildə zabitləri alçaldır, təhqir edirdilər, bu da dövlətin möhkəmlənməsinə imkan vermirdi. Bu Türkiyənin və türk xalqının əsl faciəsidir. Başa düşürəm milyonlarla digər seçicilər var ki, nə Ərdoğan, nə də onun partiyası onların xoşuna gəlmir. Bəli, bu demokratiyadır! Və çoxları yaxşı başa düşür ki, Ərdoğanın məqsədi  mütləq prezident hakimiyyəti və kardinal şəkildə Konsitiutusiyanın dəyişdirilməsidir”.

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu: “Bir şeyə dəqiq əminəm ki, istənilən vəhhabi-nurçu razborkası sonda Türkiyənin xeyrinə bitəcək”.

Prodüser Tarix Əliyev (Tolik): “Mən əsgər forması geyindim, ANS on dəfə efirdə dedi ki, Tolik kimilər… Halbuki öz işçiləri arasında məndən yüz, min qat artıq oyundan çıxanlar var. Niyə xəstəxanada kimsəsiz qalan hansısa xəstəni yox, pensilvaniyadakı qoca adamı çəkmək yadlarına düşürdü?.. Vaxtında o qədər müğənnini ağladıblar ki, Allah göydən görür. Bəzi müğənnilər nəsə deməkdən qorxar, amma mən qorxmuram”.

Tanınmış jurnalist Azər Sarıyev: Rusiya-Türkiyə münasibətlərinin tarixi qorxudur adamı. Xüsusən də yaxınlaşmalar. Allah qorusun Azərbaycanı”.

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin sədri Toğrul Allahverdili: “Dostumuz Aytən Məmmədli yazır ki , Gültəkin Hacıbəyli mıxalifətə keçəndən sonra aqresiv olub .  Mən isə deyərdim ki , aqresiv olmayıb heç də, sadəcə olduğu mühütə uyğunlaşıb. Atı atın yanına bağlayanda həmrəng olmasa da, həm xasiyyət olur axı ... P.S bənzətməyə görə dünyada bütün atsevərlərdən xüsusəndə Qarabağ atlarından üzür istəyirəm...”

Jurnalist Fərahim İlqaroğlu: “İŞİD-çilərin əli üzündə qalıb, Əbu Bəkr əl-Bağdadi də deyib ki, kül bizim təpəmizə”.

Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov: “Dünənə qədər Qərbin ayırdığı qrantların hesabına bir yerdə Azərbaycan dövlətinə qarşı `mübarizə` aparanlar indi həmin pulları kimin yediyinin üstündə bir-biri ilə davaya qalxıblar”.

Jurnalist Pərvin Kazımoğlu: “O hesabla Ben Ladendən müsahibə götürən jurnalisti asmaq lazım idi”.

Politoloq Qabil Hüseynli: İran indiyə qədər bölgədə nə sabitləşdirici rol oynayıb, nə də beynəlxalq hüququ tanıyıb”.

 ANS şirkətin baş direktoru Mirşahin Ağayev: “Bu ciddi xətadır, ANS rəhbərliyi adından Türkiyə və Azərbaycan xalqlarından üzr istəyirəm”.

Azərbaycan Atlantik Əməkdaşlıq Təşkilatının sədri  Sülhəddin Əkbər: “Əgər AKP hakimiyyəti bu uğursuz çeviriliş cəhdindən sonra yaranmış vəziyyətdən öz siyasi maraqları üçün sui-istifadə etməyə çalışacaqsa və siyasi hakimiyyət avtoritarizmə meyllənəcəksə, Türkiyədə dini radikalizmə dayanan avtoritar rejim yaranacaq”.

Xalq artisti Nurəddin Mehdixanlı: “Milli kimliyimizi xatırladan, dostunun, düşməninin kim olduğunu göstərən məkanlara, insanlara xüsusi diqqət yetirilməlidir”.

Tanınmış jurnalist Xalid Kazımlı: “Əsgərin əliyalın insanlara güllə atması qəddarlıqdır, söz yox. Çox da ki, komandir “vur” əmri verir, amma əsgərin önündəkini vurmamaq imkanı var. O görür ki, onun qarşısındakı düşmən deyil, silahlı deyil, heç bir təhlükə törətmir, demək, gülləni havaya da ata bilər, daha insanları ürəyindən vurmaz”.

Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov: “Əslində öküz qırmızı rəngi görmür. Ümumiyyətlə, heç bir heyvan heç bir rəngi görmür. Lap dərinə getsək, təbiətdə rəng deyilən bir şey yoxdur - o, bizim beynimizdə yaranan psixofizioloji hadisədir”.

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu: “Bu günlərdə Bakıda gördüyüm ən möhtəşəm mənzərə - dizdən yuxarı şalvar geymiş saqqallı ərəblə onun yanındakı hicablı-niqablı 2 qadın. Başqa sözlə, əsl multikulturalizm nümunəsi”.

İŞİD-ə məlumat ötürməkdə ittiham edilən şəxs: “Keçmiş MTN naziri mənə deyirdi ki, Allahına zəng vur, istintaqa gəlsin, görək Allah kişidir, ya arvad?”.

Tanınmış jurnalist Xalid Kazımlı: “Unutmayaq ki, yüz il əvvəl türk əsgərinin erməni paşa Andronik Uzunyanın qulağını kəsməsi sonradan minlərlə Anadolu və Azərbaycan türkünün qətlinə səbəb oldu”.

Yazar-jurnalist Cəlil Cavanşir: “Sosial şəbəkələrdə əxlaqdan, namus-qeyrətdən, milli-mənəvi dəyərlərdən, adət-ənənədən dərs keçən əsəbi, kobud və narazı insanlarla yəqin sizlər də qarşılaşırsınız. İşini-gücünü atıb xalqa ağıl öyrətməyə çalışan bu insanların dözülməz aqressiyası, gərgin aurası insanı hövsələdən çıxarır. Onlar ağlınıza gələcək hər şeyə qarşı müxalifətdədirlər. Real həyatda heç nəyə nail olmayan bu adamlar, virtual aləmdə meydan sulayır”.

Jurnalist Şəmşad Ağa:Azərbaycanın indiki durumu bu misranı xatırladır: Öylə sərməstəm ki, idrak etməzəm dünya nədir?”…

Jurnalist Pervin Kazimoglu: “Günün 15-16 saatını türk seriallarına (Hatta Kurtlar Vadisinə) baxan 80 yaşlı nənəm deyir ki, “Bu alçaq Fətoş Ərdoğana torba tikdi, biz də seriallarımıza baxa bilmirik. Birdən əzrayil gəlib məni aparar, finala baxa bilmərəm””.

“Yenicag.az” saytının baş redaktoru Aqil Ələsgər: “İndiki zamanda “dayday”ı olmayan jurnalist "detdom" uşağı kimi bir şeydir. “ “Detdom” uşağının bayramı olmur, nəçənnik””.

Jurnalist Nahid Canbaxışlı: “Görəsən Ağamusa Nağıyev bu gün sağ olsaydı  tarixləşən İsmayiliyəni tikməyi tərcih edərdi, yoxsa şadlıq sarayı , restoran filan?” 

Jurnalist Fərahim İlqaroğlu: “Salyan xanlığı"nın giriş qapısı...Fikir vermişəm, demək olar ki, bütün rayonların girişində belə qala divarları var...Yəqin, bu icra başçılarının özlərini "XAN" hesab etmələrindən irəli gəlir...”

Gənc jurnalist Rəşid Mustafazadə: “23 il əvvəl bu gecə Ağdam işğal olundu, bu gecə isə ağdamlı tələbə Sumqayıtda naməlum səbəbdən intihar etdi... Silahı ya düşmənə, ya da özümüzə sancmalıyıq. Başqa çıxışımız yoxdur!”

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev: “Bu gün ana dilindən imtahan verən şagirdlər "2" alırsa, öz dilini bilmirsə, bu bizim bədbəxtliyimizdir. Faciə haradan başlayır?! İnsanların təhsili olmayanda, maariflənmədən kənarda qalanda, dünyada gedən prosesləri, öz tarixini bilməyəndə həmin insanlar bədbəxt olur”.

Xalq artisti Nurəddin Mehdixanlı: “Bəzən ayrı-ayrı xalqların sənətçilərinin az qala əl-ayaqlarını yumağa hazırıq, amma öz sənətçilərimizi diqqətdən kənarda saxlayır, lazımi diqqəti yetirmirik. Sənətçilərimizin dırnağına dəyməyənləri gətirib ölkəmizdə baş tacı edir, başlarına pullar səpir, gedəndə çamadanlarını dolu göndərirlər, amma Azərbaycan aktyorunu tədbirə dəvət edəndə onun öz zəhmət haqqını vermirlər...”

Xalq yazıçısı Çingiz Abdullayev: “Bu gün Ərdoğan və onun tərəfdarları qalib gəldi. Ancaq bu, Pirr qələbəsi idi (qurbanlarının sayına görə, məğlubiyyətə bərabər qələbə). Əgər ölkədə ordu öz Ali Baş Komandanına qarşı çıxırsa, demək ki, o öz leqitimlik ehtiyatını tam itimişdir. Ərdoğan daha bir neçə il ölkəni idarə edə bilər, lakin onun reputasiyasına dağıdıcı zərbə dəymişdir. Bütün türk ordusuna vurulmuş zərbə kimi... Ərdoğan indi məhkumdur”.

Gülyanaq İSMAYILQIZI
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar