Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğanın neft karvanları və Rusiya təyyarəsi...

Suriya səmasında Rusiyanın “Su-24” təyyarəsinin Türkiyə tərəfindən vurulması xəbərini Vladimir Putin İordaniyadan şərh etdi


 “Bizi kürəyimizdən vurdular” dedi. “Bilmirəm, bu, kimə sərfəlidir?” sualını verdi.

Putin Türkiyəni “Terrorla guya ki, mübarizə aparan ölkə” adlandırdı. Təyyarənin Türkiyə sərhədlərini keçmədiyində israr etdi. İki dövlət arasındakı münasibətlərin kəskin pisləşəcəyinin anonsunu səsləndirdi. Və “Bizim təyyarəmiz heç bir halda Türkiyə üçün təhlükə yaratmırdı” söylədi.

İnsidentdən dərha sonra Ankaranın Rusiya ilə yox, birbaşa NATO ilə əlaqə saxladığına da Putin reaksiya verdi: “Onlar NATO-nu İŞİD-in xidmətinə qoymaq istəyirlər?!”

Beləliklə, terrora qarşı koalisiyanın üzvü olan bir ölkə terrora qarşı mübarizə aparan başqa ölkənin təyyarəsini vurub salmaqla terrorçuları bombalamağa mane oldu. Sanki cavab tələb edən çoxlu suallar yaranır, halbuki belə deyil - hər şey bəllidir, bu hava faciəsini isə gözləmək lazım idi. Əgər rus təyyarəsi həqiqətən Türkiyə sərhədini keçməyibsə belə, Ankara tərəfinin səhvini şüurlu, məqsədyönlü səhv saymaq daha məntiqidir. Çünki Rusiya Ərdoğan hökumətinin Suriyadakı mənfur siyasətinə qarşı sipər rolunu oynayır.

Əmmandan verdiyi açıqlamasında Putin ilk dəfə olaraq rəsmən Türkiyəni İŞİD-lə neft alverində ittiham etdi. Onun sözlərinə görə, söhbət “yüz milyonlarla, bəlkə də milyardlarla dollar”dan gedir. Beləliklə, Türkiyəyə satılan ucuz neft İŞİD-in maliyyə bazasını formalaşdırır.

“Ona görə də terrorçular özlərini bu qədər harın aparır, Avropanın mərkəzində terror törədirlər” - Putin söylədi.

Yəni o, Ərdoğanı birbaşa terrorçuların sponsoru adlandırdı. Bu, ilk dəfədir ki, səslənən ittihamdır.

Əslində bu əlaqələr “Polişinel sirri”dir. Hamı bilir, ancaq dilinə gətirmir. Elə Türkiyədə “20-lərin sammiti”ndə də Putin bu gerçəkliyi kamuflyaj edərək söyləmişdi. Həmin vaxt o, bildirmişdi ki, İŞİD maliyyəni 40 ölkədən alır və onların cərgəsində “Böyük 20-liyə daxil olan ölkələr də var”.

Üstəlik, Putin həmin sammitdə Suriya boyunca uzanan neft daşıyan karvanlardan bəhs etmişdi. “Bu karvanlar  qədər uzundur ki, havadan baxdıqda neft kəmərinə bənzəyir” demişdi.

Bəlli idi ki, maşınların istiqaməti Türkiyəyədir. Habelə Putin sammitdə sübut üçün aerokosmik fotoları da göstərmişdi. Yəni hamı anlamışdı ki, söhbət Türkiyə ilə İŞİD-in təkcə hərbi yox, həm də iqtisadi əlaqələrindən gedir.

Elə türk mətbuatı da çoxdandır Ərdoğanın oğlu Bilalın Suriya nefti ilə alver etdiyini yazır. Bilal Ərdoğanın terrorçularla çəkilmiş fotoları da mətbuatda dəfələrlə peyda olub.

Beləliklə, Putin hamıya məlum olan həqiqəti söyləyirdi - ona qədər isə heç vaxt bu həqiqət hansısa dövlət başçısı tərəfindən (Bəşər Əsəd istisna olmaqla) rəsmən səsləndirilməmişdi.

Ancaq Putin təkcə səsləndirməklə kifayətlənmədi. Rusiya aviasiyası Türkiyəyə gedən neftdaşıyan maşınları bombaladı. Beləliklə, Ərdoğan və ailəsi hər gün 1,5 milyon dollarlıq “müqavilə”ni itirmiş oldu. Bunu isə çətin ki, o, bağışlayardı.

Son günlər daha bir əlavə səbəb yarandı - Rusiya aviasiyasının köməyi ilə Suriya ordusu və “Hizbullah” döyüşçüləri Latakiyanın şimalındakı Qızıldağ ərazisini terrorçulardan təmizləməyə başladı. Söhbət Türkiyə ilə sərhədə yaxın olan Türkman dağından və bitişik ərazilərdən gedir. Buralarda Suriya dövlətinin nəzarəti bərpa olunarsa (hər şey buna doğru gedir), Türkiyənin terrorçularla əlaqəsi tamamilə kəsilir. Üstəlik, Türkman dağına və Kürd dağına nəzarət Əsəd ordusuna İdlib və Cisr-əş-Şuqur şəhərlərinə doğru irəliləmək imkanı verir.

Bu da hamısı deyil - buradakı strateji yüksəkliklər Hələbin cənubu istiqamətində də perspektivlər vəd edir. Bu isə Ərdoğan üçün pis röyadır. Odur ki, o, təbliğat maşınını işə salaraq “türkmanların soyqırımı”ndan danışır. Halbuki hətta türk sayt və forumlarında da səsləndirilir ki, o ərazilərdə sivil türkmanlar qalmayıb, qalan türkmanlar isə “Nüsrə Cəbhəsi” və İŞİD-ə qoşulublar, yəni terrorçudurlar.

Məsələn, bir türkman forumda yazır: “Orada türkmanmı qalmış?! Hamısı “əl-Nüsrəçi”, İŞİD-çi terroristlər. Əsədi 5 il boyunca bombaladılar, Suriyanı yerlə bir etdilər. İndi də bu terroristlər niyə hay-küy salır? Türkmanlar zatən Türkiyədə və Latakiyanın təhlükəsiz yerlərində...”

Və bu tipli şərhlər çoxdur.

Yaxud ən yaxın keçmişə ekskurs edək - Mosul və Kərkükdə türkmanları İŞİD qıranda Ərdoğanın səsi çıxmadı. Suriyanın Tel-Abyad şəhərini islamçılar ələ keçirib kütləvi qətllər törədəndə də Ərdoğan susdu.

Bu ilin iyununda İŞİD Hələbin şimalındakı 8 türkman qəsəbə və kəndini ələ keçirəndə Ərdoğan yenə nəinki dinmədi, üstəlik türkmanları Türkiyəyə buraxmamaq göstərişi verdi.

Məsələn, həmin vaxt “Zaman” qəzeti Suriya Türkmanları Hərəkatının sədr müavini Sulo Cevizçinin sözlərinə yer ayıraraq yazırdı ki, 20 min türkmana Türkiyəyə keçməyə mane olurlar.

S.Cevizçi deyirdi: “Türkiyə bizim Kilisdən keçərək daxil olmağımıza icazə vermir və bunu seçki öncəsi təhlükəsizlik tədbirləri ilə əlaqələndirir”.

Yəni qalın oralarda və ölün. Seçkilərə isə hələ 4 ay vardı.

Odur ki, həm maliyyədə, həm də Latakiyadakı mövqelərində geri düşən Ərdoğanın təhlükəli avantüraya gedəcəyini ehtimal etmək olardı. Bu, düyünü aça bilməyərək onu kəsən şəxsin nevrotik hərəkətinə bənzəyir. Qiyməti isə istənilən halda ödəmək lazım gələcək - ən kədərlisi də elə budur.

Suriya savaşının başlanmasında da, davam etməsində də əlahiddə rolu olan Ərdoğan hökuməti rus təyyarəsinin sərhədi keçdiyinə görə vurulduğunu iddia edir. Bu diqqətin mində birini də Ərdoğan kaş qonşu Suriyanın sərhədlərinə münasibətdə nümayiş etdirəydi...

Məmməd SÜLEYMANOV(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar