Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərəb mətbuatı Mehriban Əliyevadan yazdı


Birləşmiş Ərəb Əmirliklərinin “Vəhdət” qəzetində, “Arabian business” biznes xəbərləri, “Ermi Media” qrupuna daxil olan “Foochia”, eləcə də mərkəzi ofisi Londonda yerləşən “Middle East Online” portallarında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva haqqında məqalələr dərc edilib


Bütün yazılarda Mehriban Əliyevanın ziyalı valideynləri haqqında məlumat verilir, onun görkəmli yazıçı Mir Cəlal Paşayevin nəvəsi olduğu bildirilir.

Məqalələrdə Azərbaycanın birinci xanımının çoxşaxəli fəaliyyətindən ətraflı bəhs edilir. Birinci xanımın ölkədaxili fəaliyyətinə nəzər salınarkən ilk növbədə bildirilir ki, Mehriban Əliyeva Azərbaycan Mədəniyyətinin Dostları Fonduna və Azərbaycan xalqının Ümummilli Liderinin adını daşıyan Heydər Əliyev Fonduna rəhbərlik edir. Diqqətə çatdırılır ki, hər iki Fond humanitar, sosial və iqtisadi layihələr həyata keçirməklə Azərbaycan dövləti və xalqı üçün töhfələr verir. Bu xüsusda, Mehriban Əliyevanın uşaqlara və yaşlı nəslin nümayəndələrinə göstərdiyi xüsusi diqqət, onların qarşısında duran problemlərin həlli istiqamətində gördüyü işlər diqqətə çatdırılır.

Tolerantlıq və sülh dəyərlərini üstün tutan Heydər Əliyev Fondunun ölkədə məscid və kilsələrin tikintisi və ya yenidən qurulmasını öz üzərinə götürdüyü məqalələrdə qeyd edilir. Məhz bu cür yanaşmanın da respublikamızda yaşayan çoxsaylı milli azlıqların bir-biri ilə dinc şəraitdə yaşamasını təmin etdiyi vurğulanır.
Azərbaycan xalqının zəngin milli musiqi irsinin gənc və yetişən nəsillərə ötürülməsi işində birinci xanım Mehriban Əliyevanın xüsusi rolu qeyd edilir. Oxucuların diqqətinə çatdırılır ki, məhz birinci xanımın hərtərəfli diqqəti hesabına bu gün Azərbaycanda incəsənət obyektləri tikilir, musiqiyə, ələlxüsus da onun muğam janrına gənc istedadlar tərəfindən böyük rəğbət göstərilir.

Mehriban Əliyevanın idmana qayğısı da məqalələrdə öz əksini tapır. Azərbaycanın birinci xanımının Milli Gimnastika Federasiyasına rəhbərlik etdiyi bildirilir və bunun sayəsində bu idman növündə irəliləyişin nəzərə çarpdığı qeyd edilir, paytaxt Bakının müxtəlif mötəbər beynəlxalq yarışlara ev sahibliyi etdiyi barədə oxucular məlumatlandırılır. Bundan başqa, 2015-ci ildə Bakıda birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsinin məhz Mehriban Əliyevanın sədrlik etdiyi Təşkilat Komitəsinin adı ilə bağlı olduğu vurğulanır, həmin Oyunların yüksək səviyyədə təşkili sayəsində birinci xanıma 2017-ci ildə Azərbaycanda keçiriləcək IV İslam Həmrəylik Oyunları üzrə Milli Komitənin sədri missiyasının həvalə olunduğu qeyd edilir. Eyni zamanda, Mehriban Əliyevanın “Eurovision” mahnı müsabiqəsi üzrə Təşkilat Komitəsinin rəhbəri olaraq, bu mötəbər musiqi yarışmasının uğurla keçirilməsini təmin etdiyi vurğulanır.

Birinci xanım Mehriban Əliyevanın xarici fəaliyyətinə gəlincə, burada Heydər Əliyev Fondunun xətti ilə humanitar aksiyalara nəzər salınır. Bu xüsusda Rusiya, Pakistan və digər ölkələrdə peyvənd aksiyaları, açıq ürək əməliyyatları, Pakistanda Göz Xəstəxanasına və Talassemiya Mərkəzinə ianələr, qan donorluğu aksiyaları misal çəkilir. Həmçinin Fondun Rumıniya, Haiti, Pakistan və dünyanın digər yerlərində baş vermiş təbii fəlakətlərdən əziyyət çəkən insanlara yardım əlini uzatdığı diqqətə çatdırılır.

Məqalələrdə Heydər Əliyev Fondunun zəngin milli musiqi irsimizin dünya miqyasında tanıdılması istiqamətində töhfələri ilə yanaşı, qlobal bəşəri dəyərlər, sülh və tolerantlığın təbliğində rolu da qeyd edilir. Oxucuların diqqətinə çatdırılır ki, tolerantlıq və sülh dəyərlərini üstün tutan Fond qlobal səviyyədə fərqli mədəniyyətlər və dinlər arasında dialoq və əməkdaşlıq formatının intişar etməsində səylərini əsirgəmir, bu məqsədlə mühüm beynəlxalq tədbirlər təşkil edir. Heydər Əliyev Fondunun Fransa, Almaniya, İtaliya və digər ölkələrin maddi-mədəni dəyəri sayılan tarixi abidələrin təmirində yaxından iştirak etdiyi vurğulanır.

Məqalələrin yekun hissələrində Mehriban Əliyevanın çoxşaxəli və yorulmaz fəaliyyətinin ona UNESCO və ISESCO kimi nüfuzlu beynəlxalq təşkilatların xoşməramlı səfiri adını, habelə Fransa, Pakistan, Polşa, Serbiya kimi ölkələrin ali dövlət ordenlərini, eləcə də Dünya Səhiyyə Təşkilatının mükafatını, UNESCO-nun “Qızıl Motsart” medalını, “Qızıl ürək” beynəlxalq mükafatını qazandırdığı diqqətə çatdırılır. (“Azərtac”)

pia.az





Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar