Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərəb şeyxi və Britaniya tarixçisi

Tənəzzül və tərəqqinin sirri


İslam Aləmi və Qərb sivilizasiyası: Nədən müsəlmanlar tənəzzül, xristianlar isə tərəqqi içindədir? Bu suallara iki mötəbər şəxsin cavabını təqdim edirik. 

Şeyx Yusif əl-Qərdavi misirli İslam teoloqudur. Qatarda yaşayır. Yaşı 90-nı haqlasa da, qıvraqdır, "əl-Cəzirə" TV kanalında apardığı şəriət verilişinə görə dünya şöhrəti qazanıb. Misir müftisi Şeyx Nəsr Fəridlə birlikdə Taliblərin budda heykəllərini dağıtmasına ən yüksək səviyyədə etiraz edib. Radikallıqdan uzaqdır, Quranın təfsirində mülayim mövqeyi ilə seçilir. Onun ərəb dünyasında zəlzələ effekti verən çıxışına diqqət edək. Ortada olan sualların bir hissəsinə o, cavab verəcək. 

Beynəlxalq İslam Alimləri Birliyinin sədri olan şeyx video-müraciətində ərəblərə üz tutaraq deyir: “Biz qatarlardan və təyyarələrdən istifadə edirik. Ancaq nə o qatarlar, nə də o təyyarələri biz istehsal etmirik. Qərb ölkələri həmin nəqliyyat vasitələrini bizə ixrac edir. Doğrudur, biz özümüz və  evimiz üçün dünyada önəm verilən mallar ala bilərik. Bizim insanlar çox dəbdəbəli maşınlar, məsələn, “Rolls – Royce” və “Mercedes”in ən bahalı modellərini ala bilər. Onlara sahib olmaqda problem yoxdur. Ancaq biz onları istehsal etməmişik. Hətta biz bu maşınlarda istifadə olunan ən sadə hissəni yaranmasında belə heç bir rolumuz yoxdur. Başqaları bizim yerimizə bizim üçün maşın istehsal edir.  
Bütün ərəb ölkələrinin (22 dövlət) birgə istehsalı heç İspaniya (əhalisi 40 milyon, iqtisadi baxımdan dünyada 16-cı yerdə gedir) qədər deyil. Mən hələ Almaniya,(əhalisi 82 milyon. iqtisadi baxımdan dünyada 4-cü yeri tutur)  Fransa, Britaniya və İtaliyadan danışmıram. İspaniya isə sənaye inkişafı baxımından tərtib olunmuş siyahıda o qədər də yuxarıda deyil. Niyə belədir? Çünki biz işləmirik. Biz işləyəndə də öz işimizi peşəkarcasına həyata keçirə bilmirik. Mahiyyətdə ərəb ölkələrində gün ərzində məhsuldar iş vaxtı cəmi 27 dəqiqədir.

yerdə qalan vaxtı isə işçi qəhvə içir, qəzet oxuyur və ora bura vurnuxur. (Nə yaxşı ki, iş vaxtı internet, facebook, youTube, e-mail kimi nəsnələr işçilərə qadağan olunub) Bir sözlə, çox az adam işləyir. Çoxluq isə baş girləyir. 
1970-ci ilin ortalarında Almaniyaya getmişdim. Səhər oraya çatdıq. Məni hava limanından qurultay keçiriləcək zala aparan oğlandan soruşdum ki, niyə bu ölkənin küçələrində insanlar bizdəki kimi qaynaşmırlar. Dedi ki, indi iş vaxtıdır, hamı çalışır. Axşam saat 7-də həmin gənc məni geri gətirəndə təəccübümü gizlədə bilmədim. Dedim ki, axı indi də küçələr boşdur. Oğlan cavab verdi ki, insanlar işdən evə dönüblər, indi onlar yorğundurlar, istəyirlər ki, şam etsinlər, bir az xəbərlərə baxsınlar, daha sonra isə yatağa girsinlər. Çünki sabah səhər erkən onlar yenidən yuxudan durub işə getməlidirlər. Ağır iş günü onları gözləyir. 
Bəli, almanlar durmadan işləyir. Bizim millət isə işləmir. Biz axı işləmədən necə inkişaf edə bilərik? Gördüyümüz işin də keyfiyyəti yoxdur. Bizim dilimizin şüarı belədir: “Boş ver getsin, işi sonra da görmək olar”...

İslam bizi öyrədir ki, işimizə məsuliyyətlə yanaşaq, görəvimizi peşəkarlıqla həyata keçirək. Bu, həm də bizim dini borcumuzdur. Peyğəmbərimiz Həzrət Məhəmməd (ə) deyirdi ki, hər şeydə yaxşı mənada fərqlənməyi Allah bizə əmr edir. Mükəmməllik və peşəkarlıq insandan Allahın tələbidir. Peşəkarlıq hər işdə olmalıdır...

Bədbəxtlikdən nə hərbi, nə də mülki sənayedə biz kimsədən üstün deyilik. Biz iynədən tutmuş raketlərə kimi hə şeyi  idxal edirik. Bizim millət bu gündədir. Heç bir ərəb ölkəsi indiyə kimi bir mühərrik istehsal etməyib. Ola bilər ki, biz idxal etdiyimiz müxtəlif hissələri quraşdıraraq nəsə düzəldək. Amma bunu  da istehsal hesab etmək olmaz. Hətta Hindistan maşın buraxır, təyyarə hazırlayır, biz isə bir dairənin içində fırlanırıq. Təkrar-təkrar başlanğıc nöqtəsinə dönürük. 

Nədən əhali baxımından çox-çox az olmaqlarına rəğmən sionistlər (dünyada 15 milyon yəhudi yaşayır) bizdən (dünyada 400 milyondan çox ərəb yaşayır)  üstündürlər? (hərbi və texnologiya baxımından). Onlar işləmək bacarığına görə bizi arxada qoydular. Biz gözümüzü açandan səhra gördük, amma orada elə bir işlə məşğul olmadıq. Ancaq sionistlər səhraya sahib olandan sonra orada yaşıl vahə yaratdılar. İşləməyən millət necə inkişafa nail olacaq? Axı o millət necə irəli gedə bilər?” 

İndi isə Britaniyalı Niall Fergusonun “Civilization. The West und the Rest” əsərinə diqqət edək. O yazır ki, son 600 ildə Qərb sivilizasiyası dünyada dominantlıq edir. Tarixçi bunun səbəbini 6 əsas şərtlə əlaqələndirir və qeyd edir ki, Qərbdən kənarda bu şərtlərə yetərincə əməl olunmayıb. Bəs şərtlər hansılardır?

1. Rəqabət
2. Elm
3. Demokratiya
4. Tibb
5. Konsyurmerizm (həddən çox istehlak) 
6. İş etikası (əxlaqı)

İslam dünyasında Britaniya tarixçinin inkişafın 6 şərti kimi vurğuladığı məqamların demək olar ki, heç biri işləmir. Nəticə də göz qabağındadır... 

Elbəyi HƏSƏNLİ(musavat.com)
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar