Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərəb şeyxinin Hacıqabulda bəzgək ovu davam edir



Dubay şeyxi Məhəmməd bin Rəşid əl-Məktumun 19 övladından biri, 18 milyard dollar məbləğində sərvətə malik Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşidin hələ də Azərbaycandadır


Əshabələri ilə birlikdə ov etmək üçün martın 24-də Hacıqabul rayonunun Qarasu kəndinə gəlmiş şahzadənin ov əyləncəsi davam edir.

Virtualaz.org saytının Şirvan bürosunun əldə etdiyi məlumata görə, əvvəllər də dəfələrlə Azərbaycana ova gəlmiş şahzadə və onu müşayiət edən şəxslər bu dəfə çöldə çadırlar quraraq ov etmək ənənəsindən hava şəraitinə görə daşınıblar. Onlar bu dəfə Rusiyada yaşayan hacıqabullu biznesmenin Qarasu kəndindəki istifadəsiz, amma hər cür şəraiti olan lüks villasını kirayələyiblər və orada qalırlar.

Ərəb zənginlərinin ovdanı isə Şamaxı rayonu ilə həmsərhəd olan Hacıqabulun Qarasu və Muğan kəndlərinin düzəngahlarıdır. Onların buranı ovdan seçməsi təsadüfi deyil. Yerli sakinlər bildirir ki, hazırda sıx ot örtüyünə malik olan bu yerlərdə şahin quşlarına nadir hallarda rast gəlinsə də əti delikates sayılan nadir bəzgək quşları çoxdur. Belə ki, bəzgəklər adətən sıx, şirəli və yaşıl otla qidalanmaq üçün ilin bu vaxtlarında sürülər halında bu düzəngaha  enirlər. Bu zaman ərəblərin saatda 100 km-dək sürətlə uçmaq qabiliyyətinə malik şahin quşları bəzgəkləri ovlayır. Təxminən adi toyuq boyda olan bəzgəklərin əti əvəzolunmaz dada malikdir və qiymətli delikates sayılır. Kür-Araz ovalığında yerləşən bu çöllüklərdə həm də turac və çöl göyərçinləri məskunlaşıb.

Ərazinin hamar relyefə malik olması isə ovçulara sürətlə uçan quşları CİP-lərlə müşayiət etməyə və alıcı quşların bu ov prosesini izləməyə imkan yaradır.

Şahzadə və müşayiətçiləri də bura əslində bu ov həzzini yaşamağa gəlib. Ərəb ölkələrində hər birinin qiyməti 50-100 min dollara çatan şahin quşlarının ov ovlamasına, daha doğrusu, quş quşlamasına tamaşa etmək varlı ərəblərin ən sevimli əyləncəsidir.

Onu da qeyd edək ki, ərəblər şahin quşlarını adətən ya quzu əti , ya da vəhşi göyərçinlə yemləyirlər. Onlar bir neçə il əvvəl Salyanda qalıb ov edərkən çöl göyərçininin birini yerli əhalidən 10 manata alıb şahinlərinə yedirirdilər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar