Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərəblərin İran narahatlığı


ABŞ Dövlət katibi John Kerry bildirib ki, İranla nüvə sazişi regionda təhlükəsizliyi təmin edəcək


"İranla müqavilənin Misiri və regiondakı bütün ölkələri əvvəlkindən daha təhlükəsiz edəcəyi qətiyyən şübhə doğurmur." - Kerry avqustun 2-də Qahirədə jurnalistlərə deyib.

PİA.AZ "Azadlıq Radiosu"na istinadən bildirir ki, aparıcı dünya dövlətləri və İran keçən ay Vyanada İranın Nüvə Proqramı haqda razılaşma əldə ediblər. Mütəxəssislər deyir ki, bu, Tehran üzərindəki sanksiyaları yumşalda bilər.

Qətərin xarici işlər naziri Khalid al-Attiyah Dohada Kerry-nin qarşılanması zamanı deyib ki, İranla nüvə razılaşması "mehriban qonşuluğa" yol açır.

Ərəb dövlətlərinin çoxu İranla müqaviləni müsbət qarşılasalar da, bir neçəsi buna görə narahatlığını ifadə edib. Onlar bu müqavilənin İranı regionda söz sahibinə çevirəcəyini deyirlər.

Kerry Qahirədəki çıxışı zamanı deyib ki, Birləşmiş Ştatlar və Misir "İranın bölgədə sabitliyi pozan fəaliyyəti"nin olmasına inanır və ona görə də İran nüvə proqramının tamamilə dinc aparılmasını təmin etməlidir".

Kerry həmçinin Rusiyanın xarici işlər naziri Sergey LavrovSəudiyyə Ərəbistanının xairici işlər naziri Adel al-Jubeir ilə Qətərin paytaxtı Dohada üçtərəfli görüş keçirəcək.

İyulun 14-də Vyanada əldə edilmiş nüvə razılaşmasında İranın nüvə proqramını dondurması, əvəzində ona qarşı beynəlxalq sanksiyaların tədricən aradan qaldırılması nəzərdə tutulur.

Hələlik bu sazişin İran parlamentində səsə qoyulub-qoyulmayacağı bəlli deyil.

Ölkənin ali dini lideri Ayatollah Ali Khamenei bildirib ki, ölkənin milli maraqlarının qorunması baxımından sənəd hərtərəfli analiz edilməlidir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar