Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərəstun Oruclu həbs təhlükəsi ilə üzləşdiyini deyir


Ərəstun Oruclu: “Bu barədə yaxın günlərdə çox tutarlı, konkret açıqlamam olacaq”


“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, sabiq MTN zabiti, politoloq Ərəstun Oruclu facebookda diqqətçəkən statusla çıxış edərək üstüörtülü şəkildə özünün də həbs təhlükəsinin mövcudluğuna toxunub və hakimiyyətə sərt ismarışlar göndərib. 

Politoloq qeyd edib ki, təxminən 3 ay əvvəl Avropa ölkələrindən birinin səfirliyində bir neçə aparıcı dövlətin səfirinin və beynəlxalq təşkilatların nümayəndələrinin ölkənin ictimai-siyasi fəalları ilə görüşü keçirilirdi. 

Görüş zamanı Azərbaycan üçün İŞİD təhdidindən danışarkən, bu terrorçu təşkilatın sıralarında təxminən 850 - 1200 Azərbaycan vətəndaşı olduğunu bildirib. 

Görüşdə iştirak edən bir hakimiyyət təmsilçisi isə onu yalan danışmaqda ittiham eləyib, halbuki onda olan məlumata əsasən, səlahiyyətli dövlət orqanlarının ölkə rəhbərliyinə təqdim etdiyi hesabatda bu rəqəm 1500 nəfər göstərilib: “Son günlər terrorçu təşkilatla bağlı yayılan məlumatlarda və Türkiyədə aparılan həbslərdə azərbaycanlı radikalların xüsusi diqqət çəkməsi artıq ciddi qəbul edilməli siqnaldır. Qanunsuzluq, haqsızlıq və ədalətsizlik mənbəyi olan Azərbaycan tipli idarəetmə sisteminə malik dövlətlər İŞİD və bu qəbildən olan təşkilatlar üçün münbit şəraitdir. Bu isə təhlükənin miqyasını bir qədər də böyüdür.

Bu fonda ölkənin siyasi müxalifəti və vətəndaş cəmiyyəti fəalları üzərində “məhkəmələr” quran və mən də daxil olmaqla, yerdə qalanları həbslə təhdid edən iqtidar başbilənlərinə isə bir tövsiyəm var: birdəfəlik hamını şərləyib atın içəri, bizlər onsuz da sizin üçün opponent deyilik artıq. Belə davam etsə, bu işi ən yaxşı bacaran elə İŞİD olacaq".

Ərəstun Oruclu ilə əlaqə saxlayıb onu kimin təhdid etdiyi, həbs təhlükəsinin olub-olmadığını xəbər aldıq. Ə.Oruclu qeyd etdi ki, belə bir təhlükə, hədə var. Sadəcə, bu gün geniş açıqlama vermək istəmir: “Mənim bu barədə yaxın günlərdə çox tutarlı, konkret açıqlamam olacaq. Ona görə də hələlik danışmaq istəmirəm”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar