Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əri ölən, qızı boşanan 6 uşaq anası özünü asdı


Xaçmazda 55 yaşlı qadın intihar edib


Hadisə bu gün səhər Xaçmaz rayonu, Azərbaycan küçəsi, 13 ünvanında baş verib. Qadın özünü hamamda asıb.

İctimai-iaşə obyektlərinin birində aşpaz işləyən 55 yaşlı Nərgiz Dübərovanın ailə üzvləri onun işə getdiyini güman ediblər. Onu hamamda ipdən aslı vəziyyətdə görəndə isə artıq hər şey gec olub. Qadının həyatını xilas etmək mümkün olmayıb.

Xaçmaz Rayon Prokururluğundan ans-ə verilən məlumata görə, həyatına qəsd edən Nərgiz Dübərovanın həm maddi problemləri olub, həm də yataq xəstəsi olan ərini itirib. Qızlarından birinin boşanması isə onun yükünü bir az da artırıb. Mərhumun 6 uşağının olduğu bildirilir.

İşlədiyi yerdən cəmi 150 manat əməkhaqqı alan qadının xeyli borcu olub. Maddi sıxıntılara tab gətirməyən qadın çıxış yolunu özünü öldürməkdə görüb. Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda CM-in 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar