Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Erkən ölümün qarşısını almağın yolu tapıldı


Şərqi Finlandiya Universitetinin alimləri sübut ediblər ki, tərkibində yüksək miqdarda omeqa-6 doymamış yağ turşuları olan qidalar ürək-damar xəstəlikləri və vaxtından əvvəl ölüm riskini azaldır


Bu barədə Oxu.Az “EurekAlert”ə istinadən xəbər verir.

Tədqiqatçılar 42-60 yaş həddində olan 2480 kişinin qanında yağ turşularının səviyyəsini müəyyən edib. 22 il ərzində aparılan müşahidələr zamanı xəstəlikdən 1143 insan dünyasını dəyişib.

 Nəticədə alimlər belə qənaətə gəliblər ki,  tədqiqat zamanı orqanizmlərində linoleik turşusunun səviyyəsi yüksək olan insanlarda digərlərindən fərqli olaraq vaxtından əvvəl ölüm riski 43% aşağıdır.

Bununla yanaşı ürək-damar xəstəlikləri, eyni zamanda sağlamlıq və həyat üçün təhlükə yaradan, xərçəngdən savayı, digər xəstəliklərin yaranma riski minimuma enir.

Müəyyən edilib ki, Araxidon turşusu oxşar təsir göstərsə də, nəticə zəif olur. Linoleik və digər omeqa 6 doymamış yağ turşularının səviyyəsi insanın qida rasionu ilə müəyyən edilir. Xüsusilə linoleik turşularının zəngin mənbəyi qoz, bitki yağı və kətan toxumlarıdır.

Doymamış yağ turşularının insan orqanizminə faydalı təsirinə baxmayaraq, əvvəllər bir sıra xroniki xəstəliklərin səbəbi məhz omeqa 6 hesab edilirdi. Bu onunla izah edilirdi ki, linoleik turşusu insan orqanizmində araxidon turşusuna çevrilir, bu da öz növbəsində gələcəkdə iltihabi proseslərin yaranması ilə nəticələnir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Ən çox oxunanalar