Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Erməni atəşindən yaralanan daha bir mülkü şəxs vəfat etdi


Aprelin 27-dən 28-nə keçən gecə erməni silahlı birləşmələrinin Ağdam rayonunu ağır artilleriyalardan atəşə tutması nəticəsində yaralanan şəxslərdən biri dünyasını dəyişib


PİA.AZ Trend-ə istinadən bildirir ki, bu barədə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov məlumat verib.

İcra başçısı bildirib ki, yaralılardan biri, rayonun Çəmənli kənd sakini Hüseynov Əli Müseyib oğlu Müdafiə Nazirliyinin Ağdam rayonunun Sarıcalı kəndindəki hərbi hospitalında əməliyyat edilsə də, bir neçə saatdan sonra komaya düşüb. Komadan ayılmayan Ə.Hüseynov dünyasını dəyişib.

Digər yaralı, Əfətli kənd sakini, Ağdam rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunan Məmmədov Elnur Polu oğlunun vəziyyəti ağırdır.

R.Məmmədov deyib ki, hadisə nəticəsində xəsarət alan digər 6 kənd sakininin vəziyyəti isə orta-ağır qiymətləndirilsə də, həkimlər onların həyati təhlükəsi olmadığını bildirir.

Xatırladaq ki, bundan əvvəl ermənilərin Ağdam rayonunu ağır artilleriyalardan atəşə tutması nəticəsində rayonun Çəmənli kənd sakini, 1966-cı il təvəllüdlü Mustafayev Famil Əli oğlu həlak olub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Ən çox oxunanalar