Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Erməni jurnalistdən Qriqoryana dəstək


Ermənistanda Andranik Qriqoryana haqq qazandıranların, onun Azərbaycan tərəfinə keçməsini doğru sayanların sayı artmaqdadır


Erməni jurnalist Razmik Akopcanyan bu günlərdə yazdığı son məqaləsində bu cür düşünənələrin əhval-ruhiyyəsini əks etdirib. 

“Andranik Qriqoryan sadəcə erməni ordusunda baş verənləri bütün dünyaya göstərdi”, - deyə vurğulayan jurnalist erməni xalqını Azərbaycan tərəfə keçmiş erməni əsgəri satqın və qorxaq kimi qələmə verməməyə çağırıb.

Ermənistan ordusunun muzdlusu, 1991-ci ildə Azərbaycanın Xocavənd rayonunda anadan olmuş Andranik Qriqoryan bu il martın 22-də Azərbaycan tərəfə keçib. “Heç kim yaxşı həyatdan düşmən tərəfə keçmir. İsrail, ABŞ, yaxud Türkiyə ordusunda belə hadisə bir dəfə də baş verməyib. Belə bir örnək də yoxdur. Amma bizdə çox saydadır. Hələ çox olacaq”,- deyə Akopcanyan vurğulayır.

Erməni jurnalist Azərbaycan tərəfə keçmiş erməni əsgəri Andranik Qriqoryanın Ermənistan ordusuna etdiyi müraciəti də təqdir etdiyini gizlətməyib. “Hamını silahı yerə qoymağa, əsgər valideynlərini isə Azərbaycana keçməyə çağırıram. Mən bir məqsədlə - həyatımı qorumaq məqsədilə Azərbaycan tərəfə keçmişəm”,- deyə Andranik Qriqoryan vurğulamışdı.(ans press)



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar