Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Erməni tərəfi Paris danışıqlarının məzmunu açır


Parisdə oktyabrın 27-də Fransa prezidentinin vasitəçiliyi ilə keçirilən Ermənistan-Azərbaycan danışıqları haqda erməni tərəfi bəzi məqamları açıb


Virtualaz.org saytı xəbər verir ki, xarici işlər naziri Edvard Nalbəndyan jurnalistlərlə söhbətində prezidentlərin görüşünün “faydalı, səmimi və konstruktiv” keçdiyini deyib.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında dair çoxsaylı məsələlər müzakirə olundu. Bizim mövqeyimiz həmsədrlərin mövqeyi ilə bu məsələdə üst-üstə düşür ki, həmin yanaşmaların tətbiqi danışıqlar prosesində irəliləyiş əldə olunması baxımından münbit şərait yarada bilər. Azərbaycanın yanaşması başqadır. Onlar məsələyə digər tərəfindən yanaşırlar, hesab edirlər ki, əgər danışıqlar prosesində irəliləyiş əldə olunsa, o zaman bu, həmin tədirlərin həyata keçirilməsində etimadın möhkəmlənməsinə şərait yaradacaq. Bu, Azərbaycanın məlum yanaşmasıdır, əvvəllər də olub” - deyə Nalbəndyan bildirib.

Erməni KİV-lərinin məlumatına görə, Nalbəndyan onu da deyib ki, bütün fikir ayrılıqlarına baxmayaraq Paris danışıqları kifayət qədər maraqlı keçdi.

Prezidentlərin görüşündə həmçinin bir sıra regional və beynəlxalq məsələlərə toxunmaq imkanı da yaradıldı, bu müzakirələr göstərdi ki, bəzi məsələlərdə Azərbaycanın və Ermənistanın mövqləri bir-birinə yaxın ola bilər” - erməni nazir deyib.

Nalbəndyan danışıqlarda konkret irəliləyiş olduğunu da deyib: “Mənim nitqimdə müəyyən müsbət notlar var. Bu da təsadüfi deyil. Biz danışıqların səmimi, faydalı, konstruktiv və maraqlı keçdiyini deyiriksə deməli nəsə var. Paris görüşündə tərəflərin mövqelərinin yaxınlaşması istiqamətində addım atılıb. Soçi görüşündən Paris görüşünə qədər tərəflərin əhval-ruhiyyəsində müsbət irəliləyiş olub.

Əlbəttə, bu, mürəkkəb prosesdir. Bir və ya bir neçə görüşlə dönüş əldə etmək olmaz”.

Nalbəndyanın dediyinə görə, görüşdə Fransa prezidenti tərəfləri snayperləri təmas xəttindən geri çəkməyə və atəşkəsin pozulması insidentlərini araşdırmaq üçün birgə mexanizm yaratmağa, habelə digər etimad tədbirlərinə çağırıb. Azərbaycan isə bu təklifə müsbət yanaşmayıb.

“Mən deyərdim ki, Azərbaycan buna o qədər də hazır deyil, hesab edirlər ki, danışıqlarda irəliləyiş olsa, bu cür tədbirlərin də faydası olacaq. Lakin danışıqlarda irəliləyiş olsaydı heç etimad tədbirlərinə də ehtiyac qalmazdı” - Nalbəndyan deyib.

Qeyd edək ki, rəsmi Bakı hələlik Paris danışıqlarına dair şərh verməyib. Bu baxımdan danışıqların “səmimi, konstruktiv və faydalı keçdiyinə” dair erməni tərəfin qiymətləndirmələrini Azərbaycan tərəfin də bölüşüb-bölüşmədiyi məlum deyil.

Bununla belə Yelisey sarayındakı mənbə də “Frans Press” agentliyinə danışıqların sonuna doğru “prezidentlərin arasında əla atmosferin hökm sürdüyünü” demişdi.

Bu il iyulun sonları-avqustun əvvəllərində təmas xəttində gedən şiddətli döyüşlərdən sonra Soçidə keçirilən danışıqlar sonrası atmosferə baxanda indi doğrudan da “irəliləyiş” müşahidə etmək olar. Çünki o vaxt Serj Sərkisyan Soçidən dönən kimi Ermənistan televiziyasının kameraları qarşısına keçib Azərbaycanı hədələyən, prezidentlərin görüşündə aparılan müzakirələrin bəzi detallarını təhrif olunmuş formada çatdıran açıqlamalar vermişdi.

Təbii ki, Sərkisyanın həmin açıqlamalarına Azərbaycanın Prezident Administrasiyası sərt cavab verdi. Ancaq indi tərəflər, ən azından erməni tərəfi müsbət notlarla danışır, ittihamedici ifadələrdən çəkinir və hətta konkret irəliləyiş haqda danışır. Deməli, tərəflər ən azından bir məsələdə razılaşıblar ki, dünyada, regionda vəziyyətin onsuz da kritik olduğu bir vaxtda Qarabağ münaqişəsi ətrafında gərginliyin artması heç kimə sərf etməz.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar