Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilər Rusiyada mayın 28-də Azərbaycana qarşı təxribat hazırlayırlar


Rusiyanın Kursk şəhərində Azərbaycanın Respublika Günündə - 28 mayda ermənilər tərəfindən təxribat hazırlanır


APA-nın məlumatına görə, Kursk erməni gənclər Assosiyasiyası həmin gün şəhərdə “Şuşanın azad olunmasının 25 illiyi” adlı təxribat xarakterli aksiya və “bayram konserti” planlaşdırıblar.
 
Erməni gənclər məsələni artıq rəsmi qurumlarla razılaşdırdıqlarını bəyan ediblər.
 
Rusiyadakı Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun sədri Şamil Tağıyev APA-ya bildirib ki, azərbaycanlı gənclər məsələdən xəbərdardırlar və bununla bağlı Rusiya Xarici İşlər Nazirliyi, eləcə də digər qurumlara müraciət hazırlayaraq ciddi etirazlarını bildirəcəklər: “Rusiyada hər kəs mübaliğəsiz bilir ki, Şuşa Azərbaycanın şəhəridir və tarixən də azərbaycanlıların olub. İndi belə bir real faktın açıq aksiya formasında təhrif olunması, xüsusilə də həmin bölgədə münaqişənin, şəhərin ermənilər tərəfindən işğalının davam etdiyi zamanda baş verməsi ciddi təxribata hesablanıb. Əminik ki, Rusiya yetkililəri buna imkan verməyəcəklər”.
 
Qeyd edək ki, Azərbaycanın Şuşa şəhəri erməni silahlı birləşmələri tərəfindən 1992-ci il mayın 8-də işğal olunub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar