Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilər artilleriya sistemini və iriçaplı texnikanı ön xəttə yığır - Nazirlik açıqladı


Vəziyyətlə yerində tanış olmaq üçün Müdafiə Nazirliyinin rəhbərliyi cəbhəboyu zonaya səfər edib


Ermənistan silahlı qüvvələri tərəfindən təxribatların intensivləşməsi ilə əlaqədar, eləcə də müdafiənin ön xəttində bölmələrimizin döyüşə hazırlıq səviyyəsinin yerində qiymətləndirilməsi məqsədilə Müdafiə Nazirliyinin rəhbərliyi cəbhəboyu zonaya səfər edib.

Müdafiə nazirinə təqdim edilən kəşfiyyat məlumatları göstərir ki, düşmən öz qoşunlarının yenidən qruplaşması, həmçinin artilleriya sistemlərinin və digər iriçaplı texnikanın bizim müdafiənin ön xəttində cəmləşdirilməsi üzrə tədbirlər həyata keçirir. Bu isə düşmənin məqsədinin vəziyyətin gərginləşdirilməsinə yönəldiyini qeyd etməyə əsas verir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən PİA.AZ-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin növbəti təxribatlarının qarşısının alınması ilə əlaqədar Müdafiə Nazirliyinin rəhbərliyi düşmənə qarşı daha sərt və qətiyyətli cəza tədbirlərinin görülməsi üçün ön xətdə yerləşən qoşunlarımıza istiqamətlər üzrə konkret tapşırıqlar verib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar