Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilər “Aqos”un azərbaycanlı əməkdaşını öldürə bilərlər


Ermənilər öz çirkin niyyətlərinə çatmaq üçün onun ölümünü də təşkil edib, məsuliyyəti Azərbaycanın üzərinə yıxmaq planından belə çəkinməzlər


Bir müddət öncə Türkiyə ermənilərinin tribunu hesab olunan “Aqos” qəzetində Azərbaycan mətbuatına qarşı yeni əks-təbliğat kampaniyasına start verildiyi ilə bağlı yerli mediada yazılar getdi.
Məsələ ilə bağlı nəşr oluna məqalənin müəllifi Fatih Gökhan Diler adlı şəxs yazır ki, azərbaycanlı yazarlar Elnur Eltürk və Elnur Hidayətoğlu adı çəkilən jurnalist haqqında təhqiramiz ifadələr işlətdikləri üçün, qəzet onun müdafiəsinə qalxıb: “Biz əməkdaşımız Arzu Qeybullayevin ağır bir kampaniyaya məruz qaldığını düşünərək, onun həyatının təhlükə qarşısında qalmasından narahatıq. İctimaiyyəti,  jurnalistləri və media təşkilatlarını, həmkarımızı hədəfə alan hücumlar qarşısında səssiz qalmamağa çağırırıq”

“Aqos” qəzetində dərc olunan məqalədə qeyd olunur ki, Azərbaycanda yayımlanan aznews.az, musavat.com, modern.az və.s. saytlar Arzu Qeybullanı düşmən mətbuatına işləməkdə ittiham edirlər.
Bundan sonra Türkiyə erməniləri bu məsələni inhisar və nəzarətlərində olan digər nəşrlərdə də ictimailəşdiriblər. Bu gün ermənilərə xidmət edən odatv.com-da (http://www.odatv.com/n.php?n=agos-muhabirlerine-olum-tehdidi-1110141200) da guya A.Qeybullanın Azərbaycan mediası, daha doğrusu, jurnalistləri tərəfindən ölümlə hədələndiyi iddia olunur. Absurd və ağlasığmayan bir iddia ilə çıxış etməyin arxasında hansı məqamların dayandığı bəllidir. Türkiyə erməniləri A.Qeybulladan Azərbaycan mediasına qarşı istədikləri planlarını həyata keçirməyə çalışırlar. A.Qeybulla isə hələki özündə cəsarət tapıb Azərbaycan jurnalistləri tərəfindən ölümlə hədələnmədiyini deyə bilmir, həqiqəti söyləməkdən çəkinir. Çünki ermənilərin çörəyini yeyir, ermənilərin sifarişini yerinə yetirir.

Axı erməniləri A.Qeybullanın nə  savadı, nə də təcrübəsi, nə də istedadı maraqlandırıb. Bunlar ermənilər üçün ikinci plandadır. Ermənilər üçün əsas göstərici onlara rəğbət və antiAzərbaycan meylli olmaqdır ki, bu da A.Qeybullada olduğundan ermənilərin yanındadır.  Ermənilər Azərbaycan-Ermənistan üzrə apardığı işlərlə tanış olduqları üçün onu “Aqos”a dəvət ediblər. Bunu A.Qeybullanın özü də etiraf edib.  2009-cu ildən kiçik miqyaslı proyektlərdə daha çox təlimçi kimi iştirak edən A.Qeybulla təbii ki, ermənilərin maraqlarını müdafiə etdiyindən onların rəğbətini qazanıb. 2011-ci ildə “İmagine Center for Conflict Transformation” adında təşkilata qoşululb. 2007-ci ildə qurulan və münaqişələrin həlli üzərində çalışılan bu mərkəz yalnız separatçıların maraqlarından çıxış edir. Ermənilərin toruna düşən azərbaycanlı jurnalistdən kəşfiyyatçı kimi də yararlana bilərlər, bəlkə də yararlanırlar.

Avropada təhsil alan A.Qeybulla Türkiyənin daha tanınmış media orqanlarında çalışa bilərdi. Onun “Aqos”da işləməsi, erməni rəhbərlərinin sifarişlərini yerinə yetirməsi də faktdır. “Aqos”da türklər də çalışırlar. A.Qeybulla daha çox bunu əsas gətirərək özünə haqq qazandırır, onu bu məsələdə ittiham edənlərə cavab verir.. Amma əgər onlar da A.Qeybulla kimi türk dünyasına xələl gətirən, onu aşağılayan, işğalçı ermənilərin mənafelərini qoruyan yazılar dərc edirlərsə, (buna şübhə yoxdur) deməli, əsl türk deyillər. Türkləşmiş ermənilərdir ki, onlar Türkiyədə yetərincə saydadırlar. Ad və soyadlarını dəyişsələr də antiTürk xislətlərini dəyişmirlər.

A.Qeybullanın Azərbaycan mediası tərəfindən ölümlə hədələnməsinə gəlincə isə bu yalnız iddia olunacaq bir  məsələdir, özü də ağlasığmayan. A.Qeybulla Azərbaycan mediası üçün önəmli bir şəxs deyil ki, onun ölmünə fərman verilsin. Azərbaycan mediasında yalnız onun “Aqos”da işləməsini qınayan fikirlər dərc olunub. Daha çox tanınmış jurnalistlər Elnur Eltürk və Elnur Hidayətoğlunun onun haqqında dediklərini əsas gətirənlər bu jurnalistlərin işlətdiyi fikirlərə yenidən nəzər salsalar yaxşı olardı. A.Qeybulla ilə bağlı jurnalistlərin fikirlərində heç bir təhdid yoxdur, sadəcə qınaq var, subyektiv fikirlərdir.  Bu qınaq  millətini və xalqını sevməkdən, torpağa bağlılıqdan doğur. Axı heç bir bəhanə azərbaycanlının erməni mediasında çalışmasına haqq  qazandıra bilməz. A.Qeybulla əgər işlədiyi layihələrdə erməni işğalçılığını ifşa etsəydi, o bu gün “Aqos”da çalışmazdı.  Azərbaycan mediasında hansısa bir erməni işləsəydi və öz ölkəsinə qarşı məqalələrlə çıxış etsəydi, ermənilər tərəfindən daha ağır formada qınanılardı.

Görünür ermənilər bu kimi xırda məsələləri Türkiyə mətbuatında şişirtməklə A.Qeybulladan ikinci Hrant Dink yaratmaq niyyətindədirlər. Ermənilər öz çirkin niyyətlərinə çatmaq üçün onun ölümünü də təşkil edib, məsuliyyəti Azərbaycanın üzərinə yıxmaq planından  belə çəkinməzlər.  A.Qeybullanın həyatına təhlükə elə ermənilərdən gələ bilər, Azərbaycandan yox. Hrant Dinkin öldürülməsindən ermənilər çox qazandılar. Onların ikinci qazanılacaq adamı A.Qeybulla ola bilər. Olada bilər ki, erməni kəşfiyyatçıları A.Qeybullanın həyatına təhlükənin Azərbaycandan ola biləcəyini onun beyninə yeridib, onu Avropa tribunalarına çıxartsınlar. Çox güman ki, A.Qeybulla da ermənilərin sifarişini yerinə yetirib Avropanın möhtəşəm tribunalarında erməni qəzetində işlədiyi üçün Azərbaycandan təhdid olunduğunu dünyaya bəyan edəcək. Gözləməyə məcburuq…

Qeyd edək ki,  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın keçmiş müşaviri Qeybulla Qeybullayevin qızı olan Arzu Qeybulla həqiqətən də çalışdığı “Aqos” qəzetində Azərbaycan əleyhinə bir neçə məqalə və fikirlərlə çıxış edib.

Xatıradaq ki, bu qəzet 2007-ci ilin yanvar ayında İstanbulda qəzet ofisinin qarşısında naməlum şəxs tərəfindən qətlə yetirilən erməni əsilli türkiyəli jurnalist Hrant Dinkə məxsus olub.(Avrasiya.net)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar