Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Erməniləri kəskin zərbələr gözləyir – general Aydəmirov


Ermənistan bu gün Azərbaycanla açıq döyüş girə bilmir


Bu sözləri Azərbaycan Ordusunun sabiq korpus komandiri, Birinci Qarabağ müharibəsinin iştirakçısı, general-leytenant Yaşar Aydəmirov cəbhə bölgəsində ermənilərin son təxribatları ilə bağlı Axar.az-a danışarkən deyib. General vurğulayıb ki, Ermənistan ordusu ordu səviyyəsində deyil və Azərbaycan Ordusu ilə müharibə aparmaq qabiliyyətindən çox uzaqdır:

Ermənistan nə texniki-təminat məsələlərində, nə döyüş qabiliyyətində, nə də döyüş təlimlərinin keçirilməsində lazımı vəsaiti tapa bilir. Ona görə də Azərbaycanla açıq, qarşı-qarşıya döyüşlərdə iştirak etmək əvəzinə ön cəbhə xəttində və yaşayış məntəqələrində dinc əhaliyə qarşı müxtəlif təxribatlara yol verir. Bu, ermənilərin həmişəki sifətidir, onların psixologiyası əvvəldən də bundan ibarət olub. Ermənistan bu gün Azərbaycanla açıq döyüş girə bilmir. Əgər ermənilər təxribatları bu şəkildə davam etdirərlərsə, sözsüz ki, bundan da ağır zərbələr alacaqlar. Ordumuzun iradəsi, dözümlüyü nə qədər möhkəm olsa da, Azərbaycan ermənilərin həyasızlığına göz yuma və yaxud sakit reaksiya verə bilməz, odur ki, çox kəskin zərbələr alacaqlar”.

Qeyd edək ki, mayın 15-də cəbhənin Füzuli-Xocavənd istiqamətində Ermənistan hava hücumundan müdafiə qoşunlarına məxsus OSA zenit-raket kompleksi hərbi qulluqçular tərəfindən müdafiənin ön xəttində yeni mövqeyə çıxarılaraq, hava məkanını nəzarətə götürməyə cəhd göstərilib.

Azərbaycanın uçuş aparatlarına yaranan real təhlükənin və düşmənin aktivliyinin qarşısını almaq məqsədilə Ermənistanın OSA zenit-raket kompleksi və nəqliyyat-doldurucu maşını atəşlə tam sıradan çıxarılıb, şəxsi heyəti məhv edilib.

16 may axşam saatlarından başlayaraq isə gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam istiqamətində mövqelərimizi və müdafiəmizin dərinliyində yaşayış məntəqələrimizi müxtəlif çaplı minaatanlardan intensiv atəşə tutub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar